DİQQƏT! Qazla bağlı MÜHÜM XƏBƏR: Bundan sonra...

DİQQƏT! Qazla bağlı MÜHÜM XƏBƏR: Bundan sonra...Xəbər verdiyimiz kimi, Rusiyanın "Qazprom" şirkəti Azərbaycanda nümayəndəlik açmağa hazırlaşır. Sözügedən məsələ oktyabrın 2-də şirkətin Direktorlar Şurasında qiyabi şəkildə razılaşdırılacaq.

"Qazprom"un Bakıda ofis açmasını OilGas.az-a şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu məsələni birmənalı şərh etmək çox çətindir. Belə ki, maraqlı məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan dünyaya qaz nəql etməyə hazırlaşdığı bir dövrdə Rusiya "Qazprom"un əliylə Azərbaycana qaz satmaq istəyir. Lakin hazırda Azərbaycana hər hansı digər ölkədən qaz idxalında maraqlı deyil:
"Hazırda TAP və TANAP layihələrinin tikintisi davam etdirilir. 2019-cu il və 2020-ci illin əvvəllərində Azərbaycan bu kəmərlə dünya bazarlarına qaz çıxarmağı planlaşdırır. "Qazprom"un ölkəmizə gəlişi ola bilsin ki, Azərbaycan və Rusiya arasında müəyyən qədər bu prosesləri sürətləndirmək üçün nəzərdə tutulub. Belə ki, bu məsələdə Azərbaycan üçün mühüm problemlərdən biri məhz Rusiyanın prosesi sabotaj etməsi ehtimalıdır. Təbii ki, bu günə qədər sözügedən istiqamətdə müxtəlif formada preventiv addımlar atılıb və müəyyən qədər neytrallaşdırma yönümlü işlər görülüb. Amma "Qazprom"un birbaşa olaraq Azərbaycanda gəlib yerləşməsi buradakı proseslərə müdaxilə imkanlarını sürətləndirə bilər. Düşünmürəm ki, hansısa formada gələcəkdə Azərbaycanın TAP və TANAP-la Avropaya qaz nəqlinə ciddi təhlükə yaransın. Böyük ehtimalla, bu imkanlar "Qazprom"un əlində olmayacaq. Ümumiyyətlə, proseslər artıq o mərhələdədir ki, hər hansı formada onu dayandırmaq mümkünsüzdür. Lakin gələcəkdə "Qazprom" Azərbaycanda qazın istehsalı və satışında iştirak etməyə cəhd edəcək".

İqtisadçı qeyd edib ki, Rusiya şirkəti gələcəkdə böyük layihələrdə iştirak edə bilər. Bu iştirak ola bilsin ki, orta və qısamüddətli dövrdə risk mənbəyi olmasın. Lakin uzunmüddətli dövrdə şirkət Azərbaycanın qaz siyasətini hansısa formada yönləndirməyə çalışa bilər:
"Yəqin ki, bu kimi risklər hökumət tərəfindən də diqqət mərkəzində saxlanılır. Hesab edirəm ki, növbəti dövrlərdə bu məsələnin pərdəarxası səbəbləri məlum olacaq. Şirkətin buradakı maraqlarının reallaşıb-reallaşmaması isə dövlətin gördüyü tədbirlərdən asılı olacaq".

Ekspertin fikrincə, "Qazprom" nümayəndəliyinin Azərbaycanda hansı müddətə qalacağı Azərbaycan və Rusiya arasındakı əməkdaşlığın formasından asılı olacaq. Şirkət burada destruktiv mövqe nümayiş etdirmək, bu istiqamətdə hər-hansı formada sabotaj etmək fikrində olarsa, onun buradakı fəaliyyətinin dayandırılması istiqamətində qərar qəbul edilə bilər: "Lakin onu da nəzərə almaq lazımdır ki, "Qazprom" Rusiya hökumətini təmsil edir. Odur ki, gələcəkdə nümayəndəliyin bağlanmasındansa, yaxşı olardı ki, indidən preventiv addımlar atılsın və şirkətin Azərbaycandakı fəaliyyətinin sərhədləri əvvəlcədən müəyyən edilsin".

Xəbərlər     Baxılıb: 2622   Tarix: 26 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

Ətrafdakı əşyaların və divarların gözləri önündə hərəkət etməsi hissi baş ağrısı yaşayanlara tanışdır. Ancaq bunu yorğunluqla əlaqələndirməyin. Əslində başgicəllənmə bəzən dörd ciddi sağlamlıq probleminin əlaməti ola bilər

.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəz

.

Bakının ən bahalı ginekoloqları - Qeysəriyyə qiymətləri - SİYAHI

Azərbaycanda son illər bahalaşan tibbi xidmətlərdən biri də qeysəriyyə əməliyyatlarıdır. İcbari tibbi sığorta hələ tam qüvvəyə minməzdən öncə özəl klinikalar demək olar, doğuş və qeysəriyyə sahəsini tam ələ ala bilmişdi

.

Qan şəkərini aşağı salan və xolesterolu "parçalayan" meyvə

Həkimlər meyvələri pəhrizinizə mümkün qədər tez-tez daxil etməyi məsləhət görürlər. Bu da orqanizmi xolesteroldan təmizləməyə, qan şəkərinin səviyyəsini aşağı salmağa və hətta daha sürətli arıqlamağa kömək edir.   -a istinadən xəbə

.

Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. . Maraqlıdır, görəsən

.

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

Ətrafdakı əşyaların və divarların gözləri önündə hərəkət etməsi hissi baş ağrısı yaşayanlara tanışdır. Ancaq bunu yorğunluqla əlaqələndirməyin. Əslində başgicəllənmə bəzən dörd ciddi sağlamlıq probleminin əlaməti ola bilər

.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. .   -a istinadən xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir.  . Ancaq bu komponentlər hamıy

.

Hər səhər bir ovuc badam yeməyin faydaları

Badamın sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə də hər səhər bir ovuc badam yesəniz. -ə istinadən bildirir ki, səhərləri ac qarına yeyilən badamın orqanixmə verdiyi inanılmaz faydaları təqdim edir:. Pəhriz saxlayand

.

Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR

A (II) qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb. -a istinadən xəbər verir ki, bu barədə Merilend Universitetinin tədqiqatçıları araşdırm

turlar.az

sonxeber.az qis geyimləri 2024 yaz geyimleri 2024 gozel gorunmek quru yemekler ayaq şişməsi sağlam qida tənəffüs orqanları kosmetika suni mayalanma qizliq perdesi veten seirleri seksi ekizler