"Direktor seks videolarına baxmağı xoşlayırdı, dəfələrlə ərimdən xahiş edib ki, porno..." - Müəllimə

"Direktor seks videolarına baxmağı xoşlayırdı, dəfələrlə ərimdən xahiş edib ki, porno..." - MüəlliməŞəmkir rayonunun Aşağı Seyfəli kənd məktəbində keçmiş laborantı Xatirə Əliyeva direktor Akif Namazovun iddialarına cavab verib.

Qadinsayti.az xəbər verir ki, publika.az-a danışan X.Əliyevə bunları deyib: "Akif Namazovun (Sözügedən məktəbin direktoru - Red.) dediyi noutbukda onun məktəblə bağlı saxta sənədləri olub. Həmin noutbukda nə seks videoları olub, nə də sonradan ora yerləşdirilib. Onun dedikləri hamısı yalandır və onun bu fikirlərinə münasibət bildirmək belə istəmirəm. Akif Namazov təhsil şöbəsində düşmən olduğu Cəlal müəllimin işini gördüyümə görə mənə acıqlanıb. "Mənim onunla düşmən olduğumu bilə-bilə nə üçün onun tapşırdığı işi görürsən", - deyərək noutbuku əlimdən aldı. İki ay olar ki, həmin noutbuka əlimi vurmuram. O, özü seks videolarına baxmağı xoşlayırdı, dəfələrlə yoldaşımdan da xahiş edib ki, belə videolar tapsın onünçün. Bu onların öz aralarındadır, istəməzdim ki, ağsaqqal adam haqqında belə fikirlər dilə gətirim.

Özü məndən tələb etdi ki, ərizə yazıb işdən çıxım. Mən də çıxmadığıma görə bu yollara əl atdı. Akif Namazov məktəbdə 7 kompüterin işlədiyini deyir. Hazırda məktəbdə 10 kompüter işləyir. Biz iki laborantıq, necə olur ki, kompüter çatmırsa, məhz məni işdən çıxarır? Məktəb haqqında çox şey bildiyimə görə məni məktəbdən uzaqlaşdırmaq üçün bu yola əl atıb. Mən Nizami (Məktəbin əvvəlki direktoru - red.) müəllimin vaxtında işə qəbul edilsəm də, 4 ildir Akif Namazovla işləyirəm. Artıq heç nə danışmaq istəmirəm. Bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəm".

Aşağı Seyfəli kəndinin bələdiyyə sədri Qalib Əhmədov Publika.az-a açıqlamasında bu məktəbdə illərdir qalmaqalın müşahidə edildiyini deyib: "Məktəbdə illərdir qalmaqal sakitləşmir. Məktəbin direktoru Akif Namazovdan əvvəl Nizami Rzayev idi. Nizami müəllimin 65 yaşı tamam olmağına bir ay qalmış, Akif Namazov onun işdən çıxarılması üçün ərizə yazdı.

Həmişə də deyirdi ki, "onun yerinə mən direktor olacam". Akif Namazovu ona görə direktor qoydular ki, problemlər bir az sakitləşsin. İndi məktəbdə bir neçə qrup var, nə qədər direktor dəyişsə də, problem həllini tapmır. Hesab edirəm ki, problemin də kökü bu qruplar arasındakı qalmaqaldan yaranıb. Xatirə müəllimə çox tərbiyəli xanımdır. Akifin özünü də tanıyıram, onun da qadınla harasa getməsini, qadınla adının çıxmasını eşitməmişəm, görməmişəm".

Xəbərlər     Baxılıb: 5032   Tarix: 12 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Niyə hər gün avokado yemək lazımdır? - Mütəxəssislər AÇIQLADI

Alimlər hər gün avokado yeməyin orqanizmə təsirlərini açıqlayıb.   -a istinadən bildirir ki, araşdırmalara görə, avokado yemək həzmi yaxşılaşdırır. Alimlər avokadonun abdominal piylənmədən əziyyət çəkən insanlarda sağlamlığ

.

Düzgün yastıq seçimi rahat yatmağa kömək edir

Gərgin iş günündən sonra çarpayıda rahat yatmaq, yorğunluğu atmaq, ertəsi gün təravətli oyanmaq hər kəsin arzusudur. Təəssüf ki, əksəriyyət yaxşı yata bilmədiyini deyir. Bunun əsas səbəblərindən biri yastığın düzgün seçilməməsidir

.

Hansı kosmetik prosedurlar təhlükəlidir? - AÇIQLAMA

Endokrinoloq Yuliya Krivovyaz məşhur kosmetik prosedurların ciddi təhlükələrini açıqlayıb.   -a istinadən bildirir ki, mütəxəssisin fikrincə, qadınların çox sevdiyi bir sıra prosedurlar sağlamlıq üçün ciddi risklər yarad

.

Yerkökünün bilmədiyimiz faydası

Mütəxəssislər yerkökünün faydalarını açıqlayıb.   -a istinadən bildirir ki, bu tərəvəzin bir sıra dəyərli faydaları var. Yerkökü xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ümumiyyətlə ürəyə müsbət müalicəvi təsi

.

Mixəyin faydaları nələrdir?

Mixəyin bir çox faydası olduğu məlumdur. Daha çox ağız qoxusunu aradan qaldırmaq üçün istifadə olunsa da, mixək həzmi asanlaşdırmaqdan mədə ağrılarını aradan qaldırmağa qədər bir çox işdə təsirlidir. Həm bütöv, həm də to

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qida əlavələri və vitaminlərin ziyanları haqda bilmədiklərimiz

Təbii qida əlavələrindən sui-istifadə və onlara qarşı qərəzli münasibət böyrək daşlarının əmələ gəlməsinə, həzm problemlərinin yaranmasına və dərmanların yanlış hərəkətinə səbəb ola bilər. Bu barədə Corc Vaşinqton Universitetini

.

Bağırsaq üçün ƏN FAYDALI QİDA

"Qırmızı kələm şirəsi mədə-bağırsaq traktında iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova deyib. Bu xəstəliyi olanlar banan yeməlidir. Mixəyi

.

Öskürək və köpün dərmanı - Razyana

bildirir ki,  "Şəfalı bitkilər" silsiləsindən növbəti bitki haqqında məlumatı təqdim edir. Bu dəfə razyana barədə məlumat verəcəyik. Razyana bitkisinə bəzi rayonlarımızda boyana deyilir. Bir növ şüyüdə bənzəyir

turlar.az

sonxeber.az toy gecesi geymler 2024 gelinlikler seks hekayəsi immun sistemi sarimsaqin xeyri oxsamalar kosmetika vətən haqqında bayatı sekisler anabaci toyuq salati qız bürcü