Dırnaq göbələyinin müalicəsində YENİ ÜSUL: "Dərmansız..."

Dırnaq göbələyinin müalicəsində YENİ ÜSUL: "Dərmansız..."Dırnaq göbələyi bir çox insanda rast gəlinən problemlərdən biridir. Tibbi dildə onixomikoz adlanan bu sağlamlıq problemi son vaxtlar daha geniş yayılıb.

Xanim.az bildirir ki, həkim-dermatoloq, kosmetoloq Günay Mikayılova lent.az-a dırnaq problemi və onun müalicəsi haqqında danışıb. Mütəxəssis dırnaq göbələyinin müxtəlif səbəblərdən yarandığını deyir. Dırnaq göbələyinin yoluxucu xəstəlik olduğunu bildirən kosmetoloqun sözlərinə görə, münbit şərait yarandıqda bu xoşagəlməz parazitin şansını əldən vermədiyini qeyd edir: "Dırnaqda göbələyin yaranmasına səbəb trixofıton göbələk ailəsidir. Bu, həm ayaqda, həm də dırnaqda olan dəri göbələyinin törədicisidir. Məsələn, hər bir canlı kimi, göbələyin də qidaya, suya, temperatura ehtiyacı var. Əsasən ayaq və müəyyən büküşlər daha çox sürtünmə və tərləməyə məruz qalan yerlər olduğundan göbələk bədənin həmin hissələrində inkişafı üçün münbit şərait tapır. Sürtünmə nəticəsində həmin yerdə dərinin baryer funksiyası pozulur. Çünki dərinin özünün qoruyucu, baryer qatı var. Bu, bizi müxtəlif xəstəliklərdən, mikroblardan qoruyur. Amma sürtünmə və tərləmə nəticəsində dərinin PH səviyyəsi aşağı düşür və ya qalxır. PH-ın dəyişməsi isə göbələklər üçün əlverişli şərait yaradır. Nəticədə göbələklər həmin dərinin baryer qatından daha asan keçirlər və orada artıb çoxala bilirlər".

Keyfiyyətsiz ayaqqabı, gigiyenik olmayan məkanlara getmək də dırnaq göbələyinin yaranmasına imkan verir. Buna görə də mütəxəssis ümumi istifadə olunan məkanlara getdikdə diqqətli olmağı məsləhət görür: "Bildiyimiz kimi keyfiyyətsiz ayaqqabının ventilyasiyası, yəni havalanması pis olur. Ona görə də ayaq tərləyir və göbələyin əmələ gəlməsinə şərait yaranır. Nəticə etibarı ilə dərinin nəmliyi və sürtünməsi nəticəsində göbələklər inkişaf edir. Bununla yanaşı, saunalar, hamamlar, hovuzlar, idman zalları, gözəllik salonları və digər ümumi istifadə edilən ictimai yerlərdə də gigiyenik qaydaların pozulması nəticəsində dırnaq göbələkləri yaranır. Məsələn, həmin yerlərdə ümumi çəkələklər geyilir, ümumi ləvazimatlardan istifadə edilir. Vaxtlı-vaxtında və yaxşı dezinfeksiya edilmədikdə isə göbələyə yol açılır".

Həkim dırnaq göbələyinin müalicəsinin çətin olduğunu etiraf edir. Lakin o, bu problemin birdəfəlik həll oluna biləcəyini də vurğulayır: "Dırnaq, saç, piy və tər vəziləri dəri artımı hesab olunur. Dəri artımında ən aktual problemlərdən biri də dırnaq göbələyidir. Uzunmüddətli müalicə tələb edir. Xüsusən də ayaqda olduqda. Çünki ayaq dırnaqları daha qalındır. Müalicə ağır dərmanlarla aparılır. Onların arasında digər orqanlara əlavə təsirləri olan dərmanlar da var. Həmin dərmanların uzunmüddətli istifadəsi bəzi xəstələr üçün qəbulolunmazdır. Məsələn, yaşlı insanlara, qaraciyərində problem olan xəstələrə o dərmanları yazmırıq. Bu zaman dırnaq göbələyi qarşısında silahsız qalırıq".

Lakin hazırda dırnaq göbələyinin müalicəsində yeni üsul var. Çox qısa müddətdə sistemli olaraq, daxilə heç bir dərman qəbul etmədən bu problem həll edilir. G. Mikayılova dırnaq göbələyinin müalicəsində yeni üsulun lazer proseduru olduğunu açıqladı. Çox qısa kurslarla, həftədə 1 dəfə olmaqla 5 və daha çox prosedur tətbiq etmək şərtilə müalicə aparılır: "Prosedurların sayı individualdır. Yəni müalicə kursu göbələyin ilkin vəziyyətindən asılı olaraq təyin edilir. Dırnağın 50 faizdən çoxu zədəlidirsə, seansların sayı artır. Lazer üsulunun üstünlüyü ondan ibarətdir ki, həm yaşlılar, həm uşaqlar, bir sözlə, bu problemi yaşayan hər kəs üçün keçərlidir. Əvvəl dırnağın müalicəsi üçün 7-8 ay, bəzən 1 il vaxt tələb edilirdi. Lazer müalicəsində xəstə çox vaxt sərf etmir. Sadəcə kurs bitdikdən sonra müəyyən vaxt keçməlidir ki, dırnaq təzələnsin. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ayaq dırnaqları əl dırnaqlarından üç dəfə gec uzanır. Bir dırnağın tam dəyişməsi üçün bir neçə ay keçməlidir. Xəstələr nəzərə almalıdırlar ki, biz ora yeni dırnaq qoymuruq, sadəcə olaraq zədələnmiş dırnaq çıxmalıdır ki, yerinə təzəsi gəlsin. Məqsəd dırnağın mayasında olan göbələyi öldürməkdir ki, yayılmasının qarşısı alınsın. Onu da biz çox uğurla edirik".

Sağlamlıq     Baxılıb: 1857   Tarix: 04 aprel 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

Yuxuda orqazm: səbəblər və xüsusiyyətlər

Yuxuda orqazmın səbəbləri sonuna kimi öyrənilməmişdir. Biri aydındır: kişilərdə və qadınlarda o yuxuda müxtəlif xarakteri daşıyır və müxtəlif səbəblərlə çağırıla bilər. Yuxuda orqazmın ən sadə variantı cinsiyyət yetişməs

.

Samirə Bağırova: "Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir

Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıye

.

30 dəqiqə seks 200, orqazm həddi isə 312 kilokalori yandırır – NORMAL ÇƏKİDƏ QALMAĞIN TƏBİİ YOLLARI

Artıq qəbul olunmuş kalorilər orqanizm üçün bir sıra problemlər yaradır. İnsanlar üçün ən böyük bəlalardan biri sayılan piylənmə də məhz bunun nəticələrindən biridir. Bəs nə etməli, artıq kalorilərdən yaxa qurtarmaq, təbi

.

Qədim yunanların YAŞAM SİRRİ - Cəmi 2 məhsul ilə ömrünüzü uzadın

Bal və darçın qarışımının bir çox faydası ortaya çıxıb. Qədim Yunanıstanda dərman kimi istifadə edilən bal və darçın qarışımı immun sistemini gücləndirir. O, həm də təbii antibiotikdir. Tərkibində çoxlu vitamin və yüksə

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

40 gündən bir menstruasiya - TƏHLÜKƏLİDİR?

Menstruasiya nizamsızlığı qadınların tez-tez qarşılaşdıqları və onları narahat edən problemdir. Hormonal problemlər sonsuzluqdan xərçəngə qədər bir çox mühüm xəstəliklərin xəbərçisi ola bilər. Xüsusi İstanbul Şafak Xəstəxanas

turlar.az

sonxeber.az gelinlikler geyim necə seçməli yemek reseptleri ayaqqabi ve cantalar doğuşdan sonra saglamlig cennet almasi murebbesi kosmetika birlik klitor sekisler əfsanələr maska