Dırnaq yemək vərdiş yox, xəstəlikdir

Dırnaq yemək vərdiş yox, xəstəlikdirNadir insan tapılar ki, o, ömründə bir dəfə də olsun dırnaqlarının "dadı"na baxmasın.

Xanim.az xəbər verir ki, virus mənbəyi olan dırnaqlar əslində insana dərd gətirir. İstər süni olsun, istərsə də təbii dırnaq, içində gizlətdiyi bir çox mikroblarla təhlükə mənbəyi sayılır. Yaşı az olan uşaqlar üçünsə bu təhlükə ikiqat artır. Belə ki, daim əli ağzında olan uşaqlar normadan 3 dəfə artıq mikrob udmuş olur.

Ali məktəblərdən birinin tələbəsi, 22 yaşlı Pərviz Hüseynov dırnaq yeməyin yaxşı hal olmadığını bildirsə də, özü hələ də dırnaqlarını yeyir: "Mən zövq üçün, yaxud bekarçılıqdan dırnaq yemirəm. Əsəbi olan vaxtlarımda istər-istəməz əlimi ağzıma aparıb, dırnaqlarımı yeyirəm. Bu, məni bir növ sakitləşdirir" deyən həmsöhbətimiz 6-7 yaşından etibarən dırnaqlarını yeyir. "Düşünürəm ki, bu, məndə vərdiş deyil. Sadəcə əsəb sakitləşdirməyin bir yoludur. Ən yaxşısı isə buna öyrəşməməkdir".

Terapevt Xatirə İsayevanın sözlərinə görə, uşaqların dırnaq yemə, barmaq əmmə kimi vərdişlərini dərhal tərgitmək lazımdır: "Uşaqlar barmaq əmməyə lap körpəlikdən vərdiş edir. Ağlı kəsmir ki, barmaqdır. Əmzik əvəzi əlinə nə keçsə, ağzına aparır. Bəzən ayaq barmaqlarını əmən uşaqlar da olur. Bu hal uşaq ayaq açandan sonra daha təhlükəli olmağa başlayır. Uşaq barmaq əmməkdən dırnaq yeməyə keçir. Dırnaq yemək uşaqların qarnında qurd əmələ gətirir, bəzən uşaqlar qızdırır, qusur. Bu halı uşaqlara mümkün qədər tərgitmək lazımdır".

Psixoloq Gülnarə Vəliyevanın sözlərinə görə isə dırnaq yemə vərdişi 4-5 yaşından tez başlamır: "Dırnaq yeməyə gözucu baxılsa da, əslində çox ciddi bir problemdir. Bu problemlə nadir hallarda 1 yaşı tamam olmayan uşaqlarda müşahidə olunur. Uşaqların böyük bir qismi dırnaq yeməyə meyllidir".

Onun sözlərinə görə, bu hal uşaqlarda yetkinlik yaşına qədər davam edir. Artıq yetkinlik yaşında bu hal azalmaqdansa daha da artmağa başlayır. Həmsöhbətimiz bildirir ki, bunun bir çox səbəbləri var: "Bunlardan birincisi gənclərin ətrafdakı insanlardan təpgi görməməsidir. Zaman keçdikcə ictimai mühitdən təpki görən insanlar bu vərdişi tərk edir. İkinci hal odur ki, uşaqlar böyükləri bir növ təkrarlamağa meylli olur. Böyüklər dırnaq yediyi halda, istər-istəməz uşaq da buna maraq göstərir və dırnaq yemənin təməli qoyulur".

Psixoloqun sözlərinə görə, dırnaq yemə davranışından çox bu davranışa səbəb olan hadisələri təyin etmək lazımdır: "Ana və atanın həddindən çox narahat olması, uşağı həddindən artıq dərəcədə qoruyub-gözləmələri də dırnaq yeməyə səbəb olan amillərdəndir".

G.Vəliyeva uşaqlara dırnaq yeməyin tərgidilməsindən danışarkən bildirib ki, bu halı görməzlikdən gəlmək ən yaxşı üsuldur: "Bu hal uşaqlarda varsa, onu görməzlikdən gəlin. Bir müddət uşağa fikir verməyin. Əgər bu hallar davam edərsə, o zaman buna səbəb olacaq halları öyrənmək lazımdır. Uşaq dırnaq yeyir deyə, onu danlamaq, ağlatmaq, qorxutmaq qətiyyən yolverilməzdir".

Uşaqları qorxu, qayğı yaradacaq vəziyyətlərdən uzaq tutmağı məsləhət görən psixoloq bildirib ki, kiçik uşaqların qayğı, qorxuverici televiziya filmlərini izləmələri, davalı hadisələrdə olmaları onu həyəcanlandıracağı üçün təhlükəlidir. "Dırnaq yeyən uşaqlara gecələr yatarkən yüngül əlcək geyindirmək olar. Uşaq gecə dırnaqlarını yemək və ya dişləmək istəyəndə xatırladıcı olması baxımından bu, faydalı ola bilər".

Bundan başqa, onun dediyinə görə, barmaq və dırnağa acı lak, zərərsiz bir maye də sürtülə bilər ki, bu, həm xatırladıcı və həm də uşaq dırnağını ağzına apardığı zaman ağrı ilə birləşdiyində tərk etməyə köməkçi olur. Həmsöhbətimiz hesab edir ki, uşaqların marağını başqa istiqamətə yönəltməklə də dırnaq yeməyinin qarşısını almaq olar, Belə ki, film, televiziya izlərkən və ya musiqi dinləyərkən onun ağzını dişləyəcək bir şeylə məşğul etmək dırnaq yemənin və dişləmə yerinə gələcək bir fəaliyyət ola bilər.

Dırnaq yemənin və dişləmənin çox pis bir vərdiş olmadığı və bunu istəyənlərin asanlıqla tərk edə biləcəkləri uşaqlara izah edilməlidir. Uşaq buna inandırıldığı zaman bu vərdişdən imtina etmək üçün səy göstərəcək. Çünki xarici faktorlar uşağın bu vərdişdən imtina etməsinə çox təsirli olmamaqla bəzi hallarda vərdişin kök atmasına və başqalarını hirsləndirmək, narahat etmək üçün bir vasitə olaraq istifadə edilməsinə səbəb olmaqdadır.

G.Vəliyeva onu da qeyd edir ki, dırnaq yemək zamanla vərdişdən əlavə xəstəliklərə də səbəb ola bilər: "Əsəb keçirən insanlar da zaman-zaman dırnaq yeməyə adət edir. Dırnaq yemək bəzən onları rahatlaşdırır, gərginliyi azaldır. Bununla da orqanizmə müxtəlif mikroblar daxil olur".

Sağlamlıq     Baxılıb: 2210   Tarix: 12 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Kişiləri razı salan intim elementləri - Həm sağlamlıq, həm həzz

Çoxlarının düşündüyünün əksinə olaraq, kişilər hər saniyə seks xəyal etmir və cinsi əlaqə zamanı təkcə boşalmağı arzulamırlar. Həm də yataqdakı həzzi uzatmaq və müxtəlif cinsi fantaziyaları sınamaq istəyirlər. Dünyanın

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

Həftədə 3 dəfə intim münasibət - Bu xəstəlikləri sağaldır

Müntəzəm sağlam cinsi münasibətlər insan orqanizmində bir sıra pozğunluqlar və xəstəliklərin müalicəsinə də müsbət təsirini göstərir.  seksin hansı xəstəliklərdə yardımçı dərman ola biləcəyi barədə araşdırmasını təqdim edir

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Seksoloqdan kişilərə tövsiyə- Bu tumları yeyin

Kişi cinsi sağlamlığı üçün lazım olan hər şey adi balqabaq tumlarında birləşib. "Medicina" xəbər verir ki, rusiyalı seksoloq Şevçenko kişilər üçün bir çox vitamin və mineralların zəruri olduğunu bildirib və çıxı

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Sağlam hamiləlik necə olmalıdır - Qadınların diqqət edəcəyi məqamlar

Qadın  həyatının  ən əhəmiyyətli və həssas  dövrü olan sağlam hamiləliyin olması həm ananın həm də körpənin sağlamlığı üçün əhəmiyyətlidir. Sağlam hamiləliyin əsas şərti gələcək ananın hamiləlik boyu zərərli maddələrdən uza

turlar.az

sonxeber.az qadın geyimi geyim necə seçməli yaz geyimleri 2024 valideynlərə məsləhət kombinler 2024 yay moda xəbərləri ayaqqabı modelləri kosmetika dolca dostluq hakista sozler hakışdalar novruza aid hakistalar