Dırnaqların sınmaması üçün bunları edin - TÖVSİYƏ

Dırnaqların sınmaması üçün bunları edin - TÖVSİYƏDırnaqların sağlamlığı bədən sağlamlığının aynasıdır. Əgər zəif, kövrək və ya solğun dırnaqlara sahibsinizsə, bədəninizdə bəzi problemlər mövcud ola bilər. Zəif dırnaqlar asanlıqla qopur və qırılır. Əgər manikür etdirməyi və ya dırnaqlarınızı boyamağı sevirsinizsə, bu problemlər sizin əhvalanızı korlaya bilər. Lakin narahat olmayın, dırnaqlarınızı zəiflədən səbəbləri aradan qaldıra və onların yenidən sağlam olmalarını təmin edə bilərsiniz. Xanim.az lent.az-a istinadən bununla bağlı mütəxəssis fikirlərini təqdim edir.

İlk növbədə onu bildirək ki, dırnaqları gücləndirmək üçün ən əhəmiyyətli iki maddə biotin və zülallardır. Ona görə də bu maddələri kifayət qədər qəbul etmək lazımdır. Yaş artdıqca dırnaqlar zəifləməyə başlayır. Ancaq zəifləmənin yeganə səbəbi təkcə yaş deyil. Suya çox məruz qalmaq da dırnaqları gücsüzləşdirir. Duş qəbul etdikdə, üzdükdə və ya qab yuduğunuz zaman dırnaqlar suyla çox təmas edir. Bu zaman dırnaqdakı hüceyrələr genişlənir və yumşalır. Nəticədə vaxt keçdikcə dırnaqlar zəifləməyə başlayır. Soyuq havanın da bənzər təsiri var. Ona görə də qış aylarında qalın və isti əlcəklər geymək dırnaqları gücləndirməyin asan yollarından biridir.

Genetika dırnaq sağlamlığında çox əhəmiyyətli faktordur. Valideynlərinizin birinin gücsüz, kövrək dırnaqları varsa, sizdə də olma ehtimalı artır. Bunu dəyişdirmək asan olmasa da, sizdən də çox şey asılıdır. Dırnaqlarınızın sağlamlığının qayğısına qalmaq sizin də sağlamlığınıza faydalı olacaq.

Tiroid xəstəliyi və ya anemiya kimi sağlamlıq problemləri də dırnaqların korlanmasına gətirib çıxarır. Dırnaqlarınızın həddən artıq kövrək olması bu xəstəliklərdən birinin başlanğıcı ola bilər. Ona görə də həkimə müraciət etməyə biganə yanaşmayın.

Zülalın tərkibində olan keratin dırnaqların ana maddəsidir. Kifayət qədər zülal, yəni keratin qəbul etmək dırnaqları gücləndirmək üçün şərtdir. Bu səbəblə də bol miqdarda dəniz məhsulları, toyuq, yemiş, yumurta və tam taxıllı qidalar yemək tövsiyə edilir. B7 vitamini kimi də tanınan biyotin güclü dırnaqlar və saçlar üçün lazım olan maddədir.

Somon balığı, çərəzlər, mərcimək, banan, paxlalılar və gül kələm bol miqdarda biyotin ehtiva edən qidalardandır. Lakin nəzərə alın ki, dırnaqların özlərini yenidən canlandırmaları təxminən 6 ay davam edir. Ona görə də nəticələri görmək üçün 6 ay gözləmək lazımdır.

Sağlam dırnaqlar üçün bədənin sinkə ehtiyacı var. Bu mineral bədənin dırnaq quruluşuna qatılan zülalları meydana gətirmə bacarığını nizamlayır. Yağsız qırmızı ət, yaşıl lobya, paxla kimi qidalar bol miqdarda sink ehtiva edir.

Nizamlı olaraq manikür etdirmək də dırnaqlara zərər verir. Xüsusilə aseton dırnağın təbii yağlarını götürür. Asetonsuz lak çıxaranlardan da istifadə edə bilərsiniz. Lakin bir müddət dırnaqları təbii saxlayın. Bu da onların güclənməsinə səbəb olar.

Sağlamlıq     Baxılıb: 1902   Tarix: 08 aprel 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Doğuşdan sonra intim əlaqə niyə bitir?

Qadınların əksəriyyəti doğuşdan sonra cinsi istəksizlik və disfunksiya ilə üzləşirlər. "Medicina" xəbər verir ki, alimlərin fikrincə, 70% qadın uşaq dünyaya gətirdikdən sonra cinsi sağlamlıqlarının dəyişdiyini görür

.

Aybaşı zamanı dənizdə və ya hovuzda çimmək olarmı?

Yayın gəlişi ilə dənizdə çimmək ən ideal istirahət növlərindən hesab edilir. Amma qadınlar bu istirahət günlərinin menstruasiya günlərilə üst-üstə düşməməsi üçün planlar qururlar. Qadınların əksəriyyətini düşündürən önəml

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Güclü antioksidant mənbəyi - Bənövşəyi kartof

Bənövşəyi qidaların DNT-sini birləşdirərək yetişdirilən bənövşəyi kartof antioksidant mənbəyidir. İnsan sağlamlığına faydalarına görə istehlak edilməsi tövsiyə edilən bənövşəyi kartof dadı ilə də diqqət çəkir. Görünüşü il

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

turlar.az

sonxeber.az qis geyimləri 2024 sade makiyaj sekilleri qadin sayti testosteron nədir faydalı məlumat qırmızı xalça qarağatın faydaları kosmetika qaynana hakista video baliq seksual aysel