Dişlərə düzgün qulluğun qaydaları

Dişlərə düzgün qulluğun qaydalarıDişlərə düzgün qulluğun qaydaları

Diş ağrısı zamanı əsəblər gərginləşir və dözülməz ağrılar adama "cəhənnəm əzabı" verir. Keçmişdə diş ağrılarını sakitləşdirmək üçün daha çox tiryəkdən istifadə edirdilər. Diş ağrısını azaltmaq üçün ən maraqlı üsul yanmış qənddir. Belə ki, qəndi od üzərində əridir, üzərinə bir qədər döyülmüş qara istiot səpilir. Sonra çürük və ağrıyan dişə qoyurlar. Qara çörək otu toxumundan isə keyləşdirici vasitə kimi istifadə edirlər.
• Ağrını azaltmaq üçün darçını dişə sürtmək və çeynəmək də kömək edir.
• Xardalı döyüb dişin dibinə qoymaq şişli ağrıya qarşı çox faydalıdır. Küt ağrılar olarsa, istiotu sirkədə qaynadıb dişin dibinə qoyurlar.
• Çiy kələmi çeynəmək də dişləri möhkəmləndirir.
• Ada çayı, şərab və zeytun yağının qarığışı da dişlər üçün xeyirlidir.
• Çöl nanəsi çeynəmək faydalıdır.
• Diş ağrılarını kəsmək üçün tutun yarpağını və qabığını qaynadıb qarqara etmək və yaxud yovşanı çeynəyib uzun müddət ağızda saxlamaq güclü təsir edən vasitələr sırasındadır.
• Diş ağrısı üzə və qulağa vurarsa, baş tükünü yandırıb gül yağı ilə qarışdırıb ağrıyan diş tərəfdəki qulağa damcılatmaq lazımdır.
• Diş ətini möhkəmlətmək üçün zeytunu duzlu suda saxlayıb sonra həmin su ilə qarqara etmək çox yararlıdır.
• Kəklikotunu çeynədikdə dişin dibindəki ət möhkəmlənir.
• Şirin və turş nar şirəsini piyə qatıb dişin dibinə qoyanda da yaxşı kömək edir.
• Diş dibi ətinin iltihabı və zədələnməsi zamanı qızılgülü döyüb suyunu çıxarır, onu şarabda qaynadaraq qarqara edirlər.
• Təzə qoz qabığı da faydalıdır. Onu yumşaq halda döyüb suyunu çıxarır, üzüm şirəsi əlavə edib iltihablı hissəyə qoyurlar.

Dişlərin xarab olmasının, qurd yeməsinin və çürüməsinin səbəbləri, əsasən, onların arasında yemək qalıqlarının yığılması, damağın, əsəblərin və dişin minasının zədələnməsidir. Keçmişdə dişləri təmizləmək üçün indiki kimi diş məcunları və digər vasitələr yox idi. Lakin onu əvəz edən təbii vasitələr hazırlanırdı. Bunun üçün daha çox dəniz sahilindən sədəf muncuqları toplayırmışlar. Onlar əslində, ölmüş balıqların belində, dəri altında yerləşən enli və qalın pulçuqlardır. Sonradan dalğalar onları sahilə atır. Onu əvvəllər rahatlıqla əzir və limon şirəsinə qatırdılar. Əldə edilən məhluldan diş tozu kimi istifadə edirdirlər. Bu məhlul dişlərin xarab olmasını, bakteriyalarla dolmasının qarşısını alır və minanı möhkəmləndirir. Arpanı yandırıb külünü həmin toza əlavə edib istifadə etmək də faydalı hesab olunur. Bu üsul həm dişləri ağardır, həm də onların minasını möhkəmlətməyə kömək edir. Bundan başqa balıqqulaqlarından da istifadə edilib.

Sağlamlıq     Baxılıb: 2224   Tarix: 29 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Seksoloqdan kişilərə tövsiyə- Bu tumları yeyin

Kişi cinsi sağlamlığı üçün lazım olan hər şey adi balqabaq tumlarında birləşib. "Medicina" xəbər verir ki, rusiyalı seksoloq Şevçenko kişilər üçün bir çox vitamin və mineralların zəruri olduğunu bildirib və çıxı

.

İntim üçün ən uyğun saat - Qadınlarda cinsi istək 23:00, kişilərdə isə

Qadın və kişi münasibətlərində önəmli rol daşıyan amil cinsi münasibətdir.  . Lakin cinsi istəyin saatları qadın və kişilərdə fərqlidir.  .  xəbər verir ki, araşdırmalar nəticəsində qadın və kişilərdə sevişmə üçün ən uyğu

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Psixoloq ideal öpüşün 3 sirrini açdı

Romantik münasibət və evliliyi ehtiraslı öpüşsüz təsəvvür etmək mümkün deyil.  . "Medicina" xəbər verir ki, psixoloq Kevin Bennet şəxsi həyatda uğur qazanmaq üçün düzgün və yaddaqalan öpüşün vacibliyini vurğulayıb

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

sonxeber.az gözəllik məhsulları hamilelikde qidalanma reseptler ayaq şişməsi hər gün bal onkoloji xəstəliklər zirinc faydalari kosmetika kəlamlar haxista sevgi azerbaycan ginekoloq