Doğuş sonrası ölən ananın qohumları FƏRYAD ETDİ: "Deyir sistem düşməyib, səhv vurublar rəhmətə gedib" - VIDEO - FOTO

Qubada doğuşdan sonra dünyasını dəyişən 34 yaşlı qadının ailəsi ölümündə həkimləri günahlandırır

Milli.Az ARB Şimal-a istinadən xəbər verir ki, Xaçmaz rayon Müzəffəroba kənd sakini Seyidəliyeva Sevinc Oruc qızı qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

Quba Regional Perinatal Mərkəzdə ananın damarına doğumdan sonra "Riopoliqulikin" adlı preparat vurulub. Xəstə bundan şoka düşüb. Həkimlərin səyinə baxmayaraq, Sevinc Seyidəliyevanın həyatını xilas etmək mümükün olmayıb.

Oqtay Xankişiyev - Sevinc Seyidəliyevanın qohumu: "Səhər saat 7 radələrində zəng ediblər ki, vəziyyəti pisdir. Gediblər. Deyiblər ki, rəhmətə gedib. Deyirik ki, nədən olub? Deyir, sistem düşməyib, səhv vurublar rəhmətə gedib. Həkimə mən o sualı verdim ki, bu, necə olub? Axı sən həkimsən. Bilməyə-bilməyə necə vurursan iynəni. Dedi ki, o, 100 nəfərdən birində olur. Ola bilər".

Xanlar Əsgərov - Sevinc Seyidəliyevanın qohumu: "Ailə qurandan sonra bunların bir qız uşağı dünyaya gəlib. O qız uşağı da dünyaya gələndə qeysəriyyə yolu ilə götürülüb. Aradan 5 il keçib. İndi də bu ayın 31-də 2-ci dəfə bu uşaq dünyaya gəlib. Səhəri gün bu gəlin həyatını itirib".

Sevinc Seyidəliyevanın 4 yaşında bir övladı var. Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova doğum zamanı həkim səhvinin olmadığını deyir. Onun sözlərinə görə bütün prosedur qaydalara əməl edilib.

Şəhla Həsənova - Quba Regional Perinatal Mərkəzin direktoru: "Mayelərdən biri 3 saat sonra 18:05-də biz qoşanda ilk damcıdan bu qadın kəskin reaksiya vermişdi. Anafilaktik şok keçirmişdi. Anestezioloq-Reanimatoloqlarımız əlindən gələni etdilər. Bu xəstəni vəziyyətdən çıxarmaq üçün. Amma reaksiya çox kəskin olub. Buna görə müvəffəq olmayıblar".

Dünyaya gələn körpənin vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırmalar aparılır.
Doğuş sonrası ölən ananın qohumları FƏRYAD ETDİ: "Deyir sistem düşməyib, səhv vurublar rəhmətə gedib" - VIDEO - FOTODoğuş sonrası ölən ananın qohumları FƏRYAD ETDİ: "Deyir sistem düşməyib, səhv vurublar rəhmətə gedib" - VIDEO - FOTODoğuş sonrası ölən ananın qohumları FƏRYAD ETDİ: "Deyir sistem düşməyib, səhv vurublar rəhmətə gedib" - VIDEO - FOTO

Xəbərlər     Baxılıb: 2066   Tarix: 03 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Albalı bu xəstəliyin dərmanıdır

a istinadən albalının faydalarını təqdim edir:. Gündə nə qədər kolbasa yemək olar? . Niyə körpələrə yumurta ağı vermək olmaz? . Ən zərərli tərəvəzin adı açıqlandı . - Albalı ürək xəstəlikləri riskini azaldır. - Albalı arıqlamağ

turlar.az

sonxeber.az gelinlikler kosmetoloq qadin sayti sağlamlıq haqqında kişi xəyanət edərsə qadinlarda cinsi isteksizlik kişi xəyanət kosmetika həmidə 8 mart narin faydasi layla cinsi elaqe