Doğuşun süni stimulyasiyasının təhlükələri

Doğuşun süni stimulyasiyasının təhlükələriDoğuş vaxtı gələndə qadının orqanizmində müəyyən mexanizmlər işə salınır, hormonlar, bioloji aktiv maddələr ifraz olunur ki, bütün bunlar qadına körpəni dünyaya gətirməkdə kömək edir.
Nənələrimizdən biz dəfələrlə eşidirdik ki, onlar özləri və həmçinin onların anaları, nənələri və s. evdə, hətta tarlada, həkimsiz, dərmansız uşaq dünyaya gətirirdilər. Bu əsil həqiqətdir. Əksər hallarda qadınlara doğuş zamanı heç bir tibbi müdaxilə lazım deyil.
Lakin hal hazırda biz daha tez-tez eşidirik ki, doğuş zamanı stimulyasiyadan istifadə olunur. Doğuşun stimulyasiyası nə deməkdir? Stimulyasiya zamanı qadının orqanizminə (vaginal şamlar, damardaxili inyeksiyalar, həblər şəklində) xüsusi dərman preparatları yeridilir ki, bu preparatlar doğuş fəaliyyətinin başlanmasına təkan verir, doğuş prosesini sürətləndirir. İlk baxışdan burada pis bir şey yoxdur. Lakin bu yanlış fikirdir.
Doğuşun stimulyasiyası heç də ziyansız deyil. Bu təbii doğuş prosesinə olan müdaxilədir. Stimulyasiya körpədə oksigen çatışmazlığına səbəb ola bilər ki, bu uşağın sağlamlığı üçün ziyanlıdır.
Digər tərəfdən süni şəkildə yaradılmış doğuş sancıları təbii doğuş sancılardan daha ağrılıdır. Bunu stimulyasiyadan keçmiş qadınların əksəriyyəti təsdiq edə bilər. Doğuş zamanı qadının qanına xüsusi təbii ağrısızlaşdıran maddələr ifraz olunur ki, qadın hətta güclü doğuş ağrısına dözə bilir. Lakin doğuş prosesinə olan müdaxilə (stimulyasiya) bu incə mexanizmləri pozur və doğuş daha ağrılı keçir. Bəzən ağrılar o dərəcədə güclü olur ki, həkimlər doğuş zamanı epidural anesteziyadan istifadə etmək məcbur olurlar. Anestetiklər isə həm qadın, həm də körpə üçün heç də ziyansız deyil.
Bəzən stimulyasiya heç bir effekt vermir. Bəzən isə hiperstimulyasiyaya səbəb olur ki, bunun nəticəsində uşaqlıq hətta yırtıla bilər.
Bütün bu səbəblərə görə doğuşun stimulyasiyasından yalnız buna ciddi səbəblər  yarandıqda istifadə olunmalıdır. Həkim 100% əmin olmalıdır ki, stimulyasiya həqiqətən zəruridir və körpə məhz indi və məhz bu üsulla dunyaya gəlməlidir.
1. İlk növbədə stimulyasiya gecikmiş doğuşlarda istifadə oluna bilər. Normal hamiləliyin müddəti 40 həftə sayılır. Uşaqların əksəriyyəti 38-41 həftələr arası doğulur. Əgər hamiləliyin 41-ci həftəsi tamam olubsa, lakin doğuş fəaliyyəti yoxdursa, bu halda həkimlər doğuşun stimulyasiyasını tətbiq edə bilərlər. Daha çox ana bətnində qalmaq uşaq üçün ziyanlıdır. Cift qocalır və öz fəaliyyətini tam yerinə yetirə bilmir, uşağa oksigen və qidalı maddələr lazım olan miqdarlarda çatmır, uşaqda xroniki oksigen çatışmazlığı inkişaf edə bilər ki, bu onun sağlamlığı və hətta həyatı üçün təhlükəlidir.
Dölün vəziyyətindən asılı olaraq stimulyasiya hamiləliyin 40-cı həftəsində də tətbiq oluna bilər.
2. Qadında olan və onun özünün və körpəsinin sağlamlığı üçün təhlükəli olan bəzi xəstəliklər və pozulmalar, döldə olan bəzi pozulmalar doğuşun hətta 38-ci həftəsində stimulyasiyası üçün səbəb ola bilər.
3. Bəzən qadında dölyanı sular açılır, lakin doğuş fəaliyyəti (doğuş sancıları) başlamır. Əgər bu halda doğuş fəaliyyəti 12 saat ərzində başlamazsa, qadına doğuşun stimulyasiyası təyin olunur.
4. Bəzən doğuş fəaliyyəti zəif olduqda, uşaqlıq boynu açılmadıqda, doğuş sancıları azaldıqda, qadın doğuş zamanı çox yorulduqda da stimulyasiya tətbiq oluna bilər.
Stimulyasiyanın müxtəlif üsulları mövcuddur. Dərman preparatların arasında bu məqsədlə bu kimi preparatlardan istifadə olunur:
- Prostaqlandinlər. Bu fizioloji aktiv maddələr orqanizm tərəfindən ifraz olunur. Doğuş zamanı onlar uşaqlıq boynunu yumşaldır və açır. Süni sintez olunmuş prostaqlandinlər preparatları qadına şam və ya gel formasında vaqinaya yeridilir. Bir neçə saatdan sonra doğuş sancıları başlayır. Lakin bəzən bu baş vermir və həkimlər təkrar bu preparatdan istifadə edir və ya digər stimulyasiya üsullarına müraciət edirlər.
- Oksitosin. Bu süni şəkildə sintez olunmuş təbii oksitosin hormonunun analoqudur. Oksitosin doğuş zamanı qadının orqanizmində hazırlanır və uşaqlığın yığılmasını təmin edir.
Doğuşun stimulyasiyası məqsədi ilə süni oksitosin damardaxili sistem şəklində qadının orqanizminə yeridilir. Yüksək dozada orqanizmə düşdükdə oksitosin körpədə oksigen çatışmazlığına və hiperstimulyasiyaya səbəb ola bilər. Bu səbəbdən oksitosin həkimin nəzarəti altında yeridilir və bu zaman körpənin vəziyyətinə (ürək döyüntüsü və s.) ciddi nəzarət edilir.
- Antihestagenlər (mifepriston və s.). Hal hazırda doğuşun stimulyasiyası üçün mama-ginekoloqlar süni sintez olunmuş antihestagenləri (həblər şəklində) istifadə edirlər. Bu həblər doğuş fəaliyyətin inkişaflna təkan verir, uşaqlıq boynunun yetişməsini və açılmasını sürətləndirir.
Bütün tibbi prosedurlarda olduğu kimi doğuşun stimulyasiyasının da müəyyən əks-göstərişləri var. Məsələn, əgər qadının uşaqlığında (Qeysəriyyə kəsiyi və digər cərrahiyyə əməliyyatlardan sorna) çapıqlar varsa, bu doğuşun stimulyasiyası üçün əks-göstəriş sayılır. Bu zaman hiperstimulyasiya uşaqlığın yırtılmasına səbəb ola bilər. Dölün uşaqlıqda düzgün olmayan yerləşməsi (köndələn və s.), gölün vəziyyətində olan bəzi pozulmalar, qadında olan bəzi xəstəliklər və patologiyalar, istifadə olunan preparatlara qarşı fərdi dözümsüzlük və s. stimulyasiyanın tətbiq edilməsi üçün əks-göstəriş sayılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1064   Tarix: 18 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yaz çillərindən bu yolla xilas olun

Çillər xüsusilə yaz aylarında, günəş şüalarının təsiri ilə yaranır. Adətən, saçları kürən və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir. axşam.az-a istinadən xəbər verir ki, dəridə melanin ifraz edən melanosi

.

Qarğıdalı alanda bunlara DİQQƏT EDİN

Bir çox insan qarğıdalının vacib komponentlərdən biri olduğu salatlar hazırlayır.   -a istinadən xəbər verir ki, bununla belə, həqiqətən yüksək keyfiyyətli məhsul tapmaq həmişə mümkün deyil. Bəs, bunun üçün nə etmək lazımdır?

.

Təhlükəli səviyyədə civə miqdarı olan balıq növləri açıqlandı

Braziliya, Fransa, Kanada, ABŞ və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu müxtəlif balıq və vəhşi təbiət növlərində civə ilə çirklənmənin ilk qlobal təhlilini aparıb. . -a istinadən xəbər verir ki, tədqiqat "Ecotoxicology"

.

Çay diabet riskini azalda bilər: Belə içsəniz

Alimlər sübut ediblər ki, çayın müntəzəm istehlakı insan sağlamlığına müsbət təsir göstərir.   -a istinadən bildirir ki, tədqiqatçılar çayın insan sağlamlığına təsiri ilə bağlı 20 elmi araşdırmanı araşdırıblar. Nəticələ

.

Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM

Xoşbəxt münasibətlər harmoniyanı qorumağa və ümumi səhvlərdən qaçmağa kömək edən müəyyən prinsiplərə malikdir.   -a istinadən xəbər verir ki, psixoloqlar əlaqənizi yaxşı vəziyyətdə saxlamağınıza kömək edəcək əsas aspektlər

.

Sarımsağı belə yetişdirin – Alma boyda olacaq

Sarımsaq yetişdirən insanlar əməklərinin nəticələrini geniş miqyasda görüşmək istəyirlər. Ancaq çox zaman istənilən nəticə əldə edilmir. Çünki bunun üçün düzgün yetişdirilmə forması vacibdir. .   -a istinadən xəbər verir ki

.

Bu yağlar qanı laxtalandırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələr

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

.

Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı

Yaponiyanın Toregem Biopharma startapı dişlərin böyüməsi üçün dünyada ilk dərmanın sınaqlarını elan edərək stomatologiya sahəsinə inqilabi töhfə verib. .   -a istinadən xəbər verir ki, bu dərman, yaradıcılarının iddia etdiy

turlar.az

sonxeber.az aksessuarlar gozel gorunmek qadın geyimi cennet almasindan murebbe bürc xəbərləri hakışta xınayaxdı döşlər kosmetika ziyafet geyimleri baldiza aid haxisda kondom nedir oyunlar salatlar