Dondurmanın faydası və zərəri… Pəhriz saxlayanlar dondurma yeyə bilərmi?

Dondurmanın faydası və zərəri… Pəhriz saxlayanlar dondurma yeyə bilərmi?Yay aylarının ən dadlı, vazkeçilməz təamlarından olan dondurmanın tərkibindəki kalsium və fosfor sümüklər üçün əsas elementlərdən olduğu üçün bu məhsul olduqca zəngin və faydalı hesab olunur.
Bu maddələrin ən gözəl qaynağı süd və süd məhsullarıdır. Ancaq 100 qr süddəki kalsium və fosforun miqdarı konsentrasiyasındakı sıxlıqdan asılı olaraq  dondurmada daha çoxdur. Dünya Sağlamlıq Təşkilatı 1-10 yaşlarında 800  mq, 11-24 yaşlarında 1200 mq, sonra isə gündə 800 mq kalsium qəbulunu tövsiyə edir. Yetkinlik və klimaks dövrundə buna daha çox ehtiyac duyulduğu üçün bu yaşlarda olanlar B və A qrupu vitaminləri ilə zəngin dondurma yeməlidir .
Ancaq dondurmanın gündə 100 qr-dan artıq yeyilməsi artıq çəki ilə bağlı problemlərə səbəb ola bilər. 100 qr dondurmada 190-200 kalori mövcuddur. Bununla bağlı xüsusilə valideynlərin uşaqların dondurmadan istifadəsini nəzarət altında saxlamaları onların sağlamlığı üçün xeyirli olar.
Bəs pəhriz saxlayanlar dondurma yeyə bilərmi?
Pəhriz saxlayan insanların pəhrizlərində adətən şirniyyat kimi dondurma yemələri məsləhət görülür. Lakin miqdara da diqqət etmək lazımdır. Dondurma digər şirniyyatlara nisbətən daha az kaloriyə malik olmaqla daha bəsləyici qida hesab olunur. Balanlaşdırılmış və sağlam bir qidalanma proqramında, həmçinin idman hərəkətləri proqramına əməl etməklə həftədə 1-2 dəfə qatqısız dondurma yeyilməsi tövsiyə olunur.
Ancaq dondurmanın kalori miqdarı istehsal zamanı onun tərkibinə qatılan məhsullardan asılı olaraq dəyişə bilər. Aromatik maddələr, biskit, vafli, fındıq və fıstıq kimi dadlandırıcılar bu göstəricini artıra bilər. Məsələn, 100 qr sadə dondurmada 140 kalori vardır. 100 qr karamelli dondurmada bu rəqəm 265 kalori, 100 qr vanilli - 235, 100 qr bananlı  - 225, 100 qr şokoladlı - 220, 100 qr çiyələkli dondurmada 180 kaloridir.
Dondurmanın faydaları nələrdir?
Qida mütəxəssisləri vərdiş etdiyimizin əksinə olaraq dondurmanın hətta qışda da yeyilməsini tövsiyə edirlər. Onlar sağlam şərtlərdə istehsal edilən və qorunan dondurmaların heç bir zərəri olmadığını, əksinə, insan sağlamlığına çox faydaları olduğunu qeyd edirlər.
- Stressə qarşı dondurma yeyin. Mütəxəssislərin fikrincə, dondurmanın sümükləri gücləndirməklə yanaşı verdiyi enerji stress ve yorğunluğu azaltma gücünə malikdir.
- Dondurma bol miqdarda karbohidrat ihtiva edir. Dondurma yeyərək daha çox enerjili ola bilərsiniz.
- Tərləmənin qarşısını alan və soyuq içkilərdən daha yaxşı təsir gücünə malik olan dondurma yorğun kişilərə yenidən gümrahlıq verir.
- Südlü dondurmalarda triptofan maddəsi vardır ki, bu da zülalların təməl daşı olan əhəmiyyətli bir amin turşusudur. Triptofan insana xoşbəxtlik verici bir hormon olduğu üçün insanı rahatladır. Mütəxəssislər çox stress keçirən insanlara heç çəkinmədən dondurma yemələrini məsləhət görür.
- Hər 100 mililitr dondurmada 125 milliqram miqdarında sümüklərin əsas maddəsi olan kalsium mövcuddur. Bu da sümüklərin güclənməsini təmin edir.
Dondurma xəstəliyə səbəb olmur
Dondurma əslində xəstəliyə səbəb olmur. Ancaq istehsal əsnasında qida maddələri nizamnaməsinə əməl etmədən sintetik maddələrdən istifadə olunması, düzgün paylama və saxlama qaydalarına əməl olunmaması xəstəlik yarada bilər. Süd məhsulları tez xarab olan və faydasını tez itirən məhsul olduğu üçün sağlamlıq şərtlərinə əməl olunaraq istehsal edilən və sağlam qablaşdırmada satışa çıxarılan dondurmalar yeyilməlidir. Həmçinin yedikdən sonra ağzın yaxşıca yaxalanması və xüsusilə də uşaqların gündə iki dəfə dişlərini fırçalamaları məsləhət görülür.
Bəzən valideynlər artıq çəki yarada bilər qorxusu ilə uşaqlara dondurma verməkdən çəkinir. Lakin şokolad, halva və xəmirdən hazırlanan şirniyyatlar eyni miqdarda dondurmadan 3-4 dəfə çox enerji verir. Həmçinin dondurmanın tərkibində protein, karbohidrat və yağlarla yanaşı A, C, D, E və B qrubu vitaminləri, kalsium, fosfor, maqnezium, natrium, potasium, sink və dəmir kimi minerallar da vardır.
Dondurmanın farengit yarada biləcəyi düşüncəsi də bəzi insanları bu qidadan imtina etməyə vadar edir. Lakin bunun da qaydaları var. Farengit olmamaq üçün dondurmanı bədən temperaturunun həddindən artıq yüksəldiyi vaxtlarda sərinləmək məqsədilə yeyilməməsinə, qızmar istilərdə dondurmaya "hücum çəkməməyə" diqqət etmək lazımdır. Mümkün olduğu qədər 1 fincan otaq temperaturunda olan su ilə udumlayaraq yavaş-yavaş yeyilsə, sağlamlıqla bağlı heç bir problemə səbəb olmaz.
Dondurmanın zərəri varmı?
Memorial Xəstəxanası Qidalanma və Pəhriz Bölümündən diyetoloq Yeşim Çeliyin fikrincə, dondurmanı yeyən zaman ən diqqət etməli olduğumuz məqam dondurmanın sağlamlıq və gigiyena qaydalarına uyğun hazırlanmış olmasıdır. Süd mikroorqanizmlərin törəməsi üçün əlverişli mühit olduğuna görə tez xarab olur. Buna görə də xüsusilə dondurmanın hazırlandığı südün pasterizə olmasına fikir vermək lazımdır. İcazəsiz istehsal edilən və son istifadə tarixi keçmiş məhsullar əsla alınmamalıdır. Həmçinin bu cür qidaların saxlandığı soyuducuların da yetərli soyuqluqda işləməsi önəmlidir.
Marketlərdə alış-veriş səbətlərində unudulan dondurmalar əridikləri  və uzun müddət qaldıqları zaman əsla istifadə edilməməlidir. Həmçinin qablaşdırması pozulmuş dondurmaları da almaq olmaz.
Dondurma acqarına yeyildikdə  iştahı öldürdüyü üçün tox ikən və ara qida kimi yeyilməsi məsləhətdir. Dondurma soyuq şirniyyat olduğu üçün birdən-birə deyil, ağızda əridilərək yavaş udulmalıdır. Tez şəkildə udularsa, mədə sancmalarına və qısılmalara səbəb ola bilər.
Badamcıq əməliyyatından sonra bəzi həkimlər əməliyyatdan sonrakı ağırlaşmaları aradan qaldıra biləcəyi üçün dondurma yeməyi tövsiyə edir. Lakin tənəffüs yolları infeksiyalarında, udlaq və badamcıq iltihablarının müalicəsi müddətində dondurma məsləhət görülmür.
Satışda şəkər xəstələri üçün də dadlandırıcılarla hazırlanmış dondurma əldə etmək mümkündür. Aparılan tədqiqatlarda laktoza dözümsüzlüyü olan insanlarda gündə 2 dəfə dondurma yeyildiyi halda bununla bağlı hər hansı əlamət müşahidə olunmayıb. Dondurma yavaş həzm edildiyi üçün bu insanlar tərəfindən asanlıqla qəbul edilir.
Gigiyenik olduğundan əmin olduğunuz dondurmanı biraz meyvə əlavə edərək yemək daha faydalıdır. Xüsusilə kalori miqdarı az, su tərkibi çox olan vişnə ən ideal seçimlərdən biridir. İkindi yeməyində qəlyanaltı olaraq biraz yulaf və ya tam taxıllı qarğıdalı portlağı da əlavə edə bilərsiniz.
Qeyd edilməlidir ki, uşaqların gündə 100 qr-dan artıq dondurma yeməsi köklüyə səbəb ola bilər. Həmçinin 1 yaşdan kiçik olan uşaqlara dondurma verilməsi qida allergiyası yarada biləcəyi üçün təhlükəlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1024   Tarix: 26 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Arıqlamağa kömək edən YEGANƏ MƏHSUL

Mütəxəssislər arıqlamağın yeganə yolunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, kilo vermək üçün 50:50 deyilən qaydaya əməl etməlidir. . Karbohidratların səviyyəsini gündə 50 q-dan aşağı saxlamaq lazımdır, lakin zülalları

.

Bunu edin, 15 saniyəyə ürəyinizin sağlamlığını öyrənin

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Çayın xərçəngə səbəb olduğu sübut olundu

Çin alimləri çayla xərçəng xəstəliyi arasında əlaqəni sübut edən çoxillik araşdırmalarına yekun vurublar.   -a istinadən xəbər verir ki, nəticələr qara çayın siqaret qədər ağciyər xərçənginə səbəb olduğunu sübut edib. Əslində

.

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. -a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev məluma

.

Fiziki fəaliyyət xərçəng riskini azaldır?

"Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetində

.

Meteohəssas insanlara XƏBƏRDARLIQ: mayın 13-də

Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mayın 13-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssa

.

Mətbəxin ən çirkli əşyası – Təhlükələr nələrdir?

Mətbəxdə ən çirkli əşya müəyyən edilib.   -a istinadən xəbər verir ki, masaların üstünü silmək üçün istifadə olunan əskidir. . Bildirilir ki, o daim qida və yağ ilə təmasda olur. Bu da böyrək problemlərinə və hətta pnevmoniyay

.

Bu üç əlamət qaraciyər problemindən xəbər verir

Mütəxəssislər qaraciyər problemlərini göstərən üç dəri əlamətini açıqlayıblar.   -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyi dəridəki dəyişikliklərlə özünü göstərə bilər. Qaraciyər yağlanması iki növə bölünür: alkoqoll

.

Nəyə görə 40 yaşdan sonra təzyiq "oynayır"?

40 yaşdan sonra ömrü boyu təzyiq problemi olmayan insanda da təzyiq problemləri başlaya bilər. -a istinadən xəbər verir ki, məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra təzyiq probleminin səbəbin

turlar.az

sonxeber.az donlar 2024 hamiləlik adlarin menasi toy gecesi qaynar qazan düz qarın boyun osteoxondrozu kosmetika sekisler həmidə nizami gəncəvi fitat pomidor