Donuz qripi haqqında bilmədikləriniz faktlar. Həkim-virusoloqun tövsiyələri

Donuz qripi haqqında bilmədikləriniz faktlar. Həkim-virusoloqun tövsiyələriSaglamolun.az xəbər verir ki, rusiyalı virusoloq, ali dərəcəli həkim Serqey Qarusov "Komsomolskaya pravda" qəzetinə donuz qripinin simptomları və fəsadları, donuz qripindən qorunma yolları və s. haqqında geniş müsahibə verib. Bu müsahibədən bəzi vacib məlumatları sizə təqdim edirik.
- "Donuz qripi" kimi tanıdığımız A (H1N1) qripp ştammı tibdə çoxdan tanınır. "Donuz qripi" adını bu virus 1976-cı ildə alıb.
1976-cı ildə ABŞ ordusunun hərbi hissəsi Meksikada donuz fermasının yaxınlığında yerləşirdi və əsgərlər bu xəstəliyə xəstə donuzlardan yoluxublar. Bu səbəbdən bu infeksiyanı "donuz qripi" adlandırmağa başladılar.
- Donuz-qripi hava-damcı yolu ilə çox asanlıqla bir insandan digərinə keçir. Bağlı yerlərdə (məsələn, dükan, konoteatr və s.) xəstə insan öskürdükdə və ya asqırdıqda virus 7-10 m məsafəyə qədər yayılır. Bu səbəbdən belə yerlərdə bu virusa yoluxmaq çox asandır. Açıq havada donuz qripinə yoluxmaq daha çətindir.
- Donuz qripi çox sürətlə inkişaf edir. Yoluxmuş insanda xəstəliyin ilk simptomları 12-15 saatdan sonra sürətlə inkişaf etməyə başlayır.
- Xəstəlik bu kimi simptomlardan başlayır:
- hərarətin 38-39 C kimi  qalxması,
- ishal, qarın ağrıları,
- güclü əzələ ağrıları,
- alın nahiyəsində ağrılar, ağırlıq hissi. Bu çox xarakterli simptomdur, adi soyuqdəymə zamanı bu simptom olmur.
- yaşlı insanlarda, xüsusilə ürək xəstəliklərindən, hipertoniyadan əziyyət çəkənlərdə, nəfəsalmanın çətinləşməsi, soyuq tər kimi simptomlar meydana çıxır. Donuz qripi ürək xəstəlikləri olan yaşlı insanlar üçün xüsusilə təhlükəlidir. Bu qrup insanlarda xəstəlik fonunda çox tez ürək çatışmamazlığı inkişaf edə bilər ki, nəticədə xəstə həlak ola bilər.
- Donuz qripinin ən təhlükəli fəsadı pnevmoniyadır. Donuz qripinin fonunda pnevmoniya çox tez inkişaf edir. Pnevmoniya xəstənin həlak olmasına səbəb ola bilər. Nəticədə  xəstə virusun özündən deyil, bu virusun ağırlaşmasından ölə bilər.
- Donuz qripi zamanı yataq rejimi tövsiyə edilmir. İnsan uzandıqda bronxlarda və ağciyərlərdə durğunluq prosesləri inkişaf etməyə başlayır ki, nəticədə bronxitin və pnevmoniyanın inkişafının riski artır.
- İmmun sistemini aktivləşdirmək üçün qidalanmanızda bu kimi məhsullar olmalıdır: təbii süd məhsulları (qatıq, kefir, yoqurt və s.), sitrus meyvələri (limon, laym, portağal, qreypfrut), zülallarla zəngin olan qidalar (yumurta, toyuq əti, balıq və s.). Bu məhsullar həmçinin ürək və nəfəsalma sistemi üçün faydalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 851   Tarix: 20 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Əlavə çəkilərdən xilas olmaq üçün pəhriz saxlayan hər kəs bu prosesin nə qədər çətin olduğunu bilir.   -a istinadən xəbər verir ki, incə belə sahib olmağa köməklik edən kefir və kətan toxumundan hazırlanmış yağ yandırıc

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Qarğıdalı alanda bunlara DİQQƏT EDİN

Bir çox insan qarğıdalının vacib komponentlərdən biri olduğu salatlar hazırlayır.   -a istinadən xəbər verir ki, bununla belə, həqiqətən yüksək keyfiyyətli məhsul tapmaq həmişə mümkün deyil. Bəs, bunun üçün nə etmək lazımdır?

.

Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri

Səhər saatlarında yeyilən şirin sıyıq orqanizmə zərərli təsir göstərir.   -a istinadən xəbər verir ki, mütəxəssislərin gəldiyi qənaətə əsasən, xüsusən səhər saatlarında karbohidratlardan uzaq durmaq daha yaxşıdır. Eyni zamand

.

Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ

"Elektron siqaretlərin istifadəsi adi siqaretlə müqayisədə orqanizmə nikotinin daha çox daxil olmasına gətirib çıxarır ki, bu da orqanizmin müxtəlif həyati sistemlərinə mənfi təsir göstərir". -a istinadən bildiri

.

Gənələr ən çox bu qan qruplarına düşür: Otluqda oturanlara XƏBƏRDARLIQ

Yaz və yay aylarında park, bağ kimi, çəmənlərin olduğu yerlərdə insanlar dincəlməyə üstünlük verir. Ancaq otluqda oturub durandan sonra bədəninizi yoxlamaq tövsiyə olunur. Əgər bədəninizdə gənə aşkarlasanız va ya hər hans

.

Şabalıdın bilinməyən faydaları: Siz də yararlanın

Şabalıd pəhriz lifləri, minerallar, sağlam yağlar, vitaminlər və antioksidantlar da daxil olmaqla qida maddələri ilə zəngindir. -ə istinadən bildirir ki, şabalıd C vitamini ilə zəngindir. Xüsusilə soyuq qış günlərində qızardılmış

.

Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM

Xoşbəxt münasibətlər harmoniyanı qorumağa və ümumi səhvlərdən qaçmağa kömək edən müəyyən prinsiplərə malikdir.   -a istinadən xəbər verir ki, psixoloqlar əlaqənizi yaxşı vəziyyətdə saxlamağınıza kömək edəcək əsas aspektlər

.

30 dəqiqədən artıq telefonla danışmaq

Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir. -a istinadən xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasiir insanlara təzyiq problemi yaratmasından danışıb:

turlar.az

sonxeber.az geyim necə seçməli gozel gorunmek hamilelikde qidalanma valideyn haqqinda siqaret tergitmeyin asan yolu cümə gününün duası eşq və məhəbbət kosmetika hakistalar vətənə aid bayatılar xocali dovsan burclerin uyumu