Donvurma zamanı ilkin tibbi yardım necə aparılmalıdır?

Donvurma zamanı ilkin tibbi yardım necə aparılmalıdır?Donvurma uzun müddət hədsiz soyuqda qaldıqda baş verir və bu zaman orqanizm bədən temperaturunu tənzimləyə bilmir.
Zərərçəkənə vaxtında müdaxilə isə olduqca vacibdir, əks təqdirdə nəticə acınacaqlı ola bilər. Donvurma aşağı temperaturun dəri və dərialtı toxumalara təsiri nəticəndə baş verir və bu zaman orqanizmdə qan dövranı pozulur, donan nahiyədə keyləşmə, dəridə şişkinlik, qızartı və barmaqlarda uyuşma müşahidə olunur. Kəskin hava şəraiti ilə yanaşı uzun müddət nəm paltar və ayaqqabıda qalmaq, fiziki hərəkətsizlik donvurmaya səbəb olan amillərdəndir.
Xezerxeber.az xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov bununla əlaqədar deyib: "Don vurmamışdan əvvəl əl, üz, qulaq və alının üşüməsi zamanı onları ovxalamaq və ya ovuşdurmaq lazımdır ki, qan dövranı yaxşılaşsın və toxuma zədələnməsin. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır. Tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Hansı nahiyəni don vurursa, orda artıq hissiyyat itir və toxuma zədələnir. Hətta bu zaman insan həyatını itirə də bilər".
Əl və ayaqlar donvurmaya daha tez məruz qalır, həmçinin donvurma səthi və dərin olur. Həkim-terapevtin dediyinə görə, ilkin olaraq zərərçəkəni isti yerə aparmaq və donvuran nahiyəni suya salmaq lazımdır: "Don vuranı isti mühitə çəkmək və onun zərər çəkən nahiyələrini 20 dərəcə temperaturda suya salmaq məsləhətdir. Həmin temperaturda olan suyu yarım saatdan sonra yavaş-yavaş isidə-isidə don vuranın üzərinə tökmək olar. Çalışmaq lazımdır ki, həmin suyun hərarəti 40-41 dərəcədən yüksək olmasın. Bəzən don vurana isti içki, spirt, spirtli içki vermək istəyirlər, lakin bu, yolverilməzdir. Çünki huş aydın olmalıdır ki, suyu qəbul etmək və udmaq mümkün olsun".
Bunlarla yanaşı don vuran nahiyəyə həkim məsləhəti olmadan toxunmaq, yaxud masaj etmək olmaz: "Təəssüf ki, bəzən don vuran nahiyəni masaj etməyə cəhd göstərir, yaranan qabarcıq və suluqları partlatmaq istəyirlər. Bunu qətiyyən etmək olmaz. Don vuran orqanizmdə əmələ gələn suluq, şişkinlik və nahamar nahiyəyə 20-21 dərəcə istiliyi olan hər hansı bir tənzif və ya yaylıq parçası qoymaq lazımdır", - deyə N. Məhərrəmov bildirib.
Donvurma zamanı toxumalar dərhal zədələnmir, əvvəlcə soyuğun təsirindən həssaslığını və rəngini itirməyə başlayır. Ona görə də ilkin müdaxilənin vaxtında və düzgün aparılması çox vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1055   Tarix: 03 may 2022
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Həftədə neçə dəfə cinsi əlaqədə olmaq olar? - Həkim açıqladı

"Prostat vəzi sağlamlığı üçün xüsusi bir şeyə ehtiyac yoxdur. Sadəcə sağlam yaşamalıyıq". -a istinadən xəbər verir ki, bu sözləri "Baku City Hospital"ın uroloq-androloqu, həkim Mirhikmət Qiyasov Səhiyy

.

Ürəyi xəstəliklərdən qoruyan 10 qida

Ürək xəstəliyi riski demək olar ki, bütün insanları təhdid edən bir xəstəlikdir. Bu riski azaltmaq üçün idmanla yanaşı istehlak edilən qidalara da diqqət yetirmək lazımdır. "Unikal"a istinadən ürək-damar xəstəliklərində

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. axşam.az-a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdi

.

İnfarkt riskinizi ölçün

Həyati orqanların başında gələn ürək bir çox xəstəliklərin əsas səbəbidir. -a istinadən xəbər verir ki, xüsusilə də son illərdə gənclərin belə infarkt riski xeyli yüksəlib. Mütəxəssislər çox bəsit bir testlə infarkt riskin

.

"Allergiyası olanlar bu qidaları yeməsinlər - yeyən uşaqlar

Yaz mövsümündə ən çox rast gəlinən problemlər sırasında allergik xəstəliklər xüsusi yer tutur. Statistik məlumatlara əsasən, hazırda dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Mövsümi allergiya nəticəsind

.

Gündə 1 çay qaşığı qəbul edin, cinsi gücünüz artacaq

Cinsi performansı artırmaq üçün təbii üsullara maraq günü-gündən artır.   -a istinadən xəbər verir ki, kimyəvi dəstək əvəzinə qidalanma vərdişlərini dəyişdirərək cinsi sağlamlıq üzərində müsbət təsirlər yaratmaq mümkündür

.

Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin

Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq. . Gecə yatmazdan öncə anana

.

Çox yaşamaq istəyirsinizsə bunları yeyin

Uzun və sağlam ömür sürmək üçün emal olunmuş qidalardan uzaq durmaq vacibdir. Mütəxəssislərin fikrincə orqanizmi cavanlaşdıran qidalar da var. -ə istinadən sözügedən qidaları təqdim edir:. Tərəvəz. Brokoli, ağ kələm və Brüsse

.

İmmunitet hüceyrələrinin qocalmasını sürətləndirən infeksiya aşkar edilib

Malyariya immun hüceyrələrdə DNT zədələnməsinə səbəb ola bilər. Bu təsir xroniki xəstəliklərin inkişafına və sürətlənmiş yaşlanmaya kömək edə bilər.   -a istinadən xəbər verir ki, bu barədə "American Journal of Huma

turlar.az

sonxeber.az geyim və ayaqqabılar sac duzumleri yay kolleksiyasi soyuqdəymə vetene aid bayatilar milli mətbəx qazan kotleti hazirlanmasi kosmetika əqrəb narin faydasi xanim az əfsanələr hakiwda