Dövlətdən işsizlərə ŞAD XƏBƏR: ailələrə...

Dövlətdən işsizlərə ŞAD XƏBƏR: ailələrə...Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması tədbirləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu günə olan məlumata əsasən, artıq 103 ailəyə fərdi təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, bu sahədə ilk tədbir cəbhə bölgəsində yerləşən Tərtər rayonunda həyata keçirilib və həmin rayonda 11 aztəminatlı ailə biznes imkanlarına yiyələnmələri üçün mal və materiallarla təmin edilib. Həmçinin Laçın rayonu üzrə 12, Hacıqabul rayonu üzrə 8, Ağcabədi rayonu üzrə 10, Beyləqan rayonu üzrə 14, Xocavənd rayonu üzrə 10, Qəbələ rayonu üzrə 9, İsmayıllı rayonu üzrə 13, Göyçay rayonu üzrə 11, Ağsu rayonu üzrə 5 ailənin özünüməşğulluq fəaliyyətinin təşkili üçün aktivlərlə təminatı həyata keçirilib.

Hazırda proqrama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin rayon və şəhərlərində ailələrə fərdi təsərrüfatlarını qurmaları üçün mal və materialların alınıb verilməsi işləri davam etdirilir.

Dövlət başçısının qeyd olunan Sərəncamı əsasında icra olunan özünüməşğulluq proqramı ailələrin fərdi təsərrüfatlarını, fərdi bizneslərini qurmaqla özünüməşğulluğuna, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Proqramın icrası işləri çərçivəsində 2016-cı ilin 01 aprel tarixinədək Məşğulluq Mərkəzlərində işaxtaran və işsiz kimi qeydiyyatda olan və özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər arasından proqramda iştirak imkanları olanlar seçilərək iki aylıq təlim kurslarına cəlb olunublar. Kursları uğurla başa vuranların hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesi keçirilib. Qiymətləndirmədə onlardan 80 faizinin biznes planları uğurlu hesab edilib və ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunmalarına başlanılıb.

Xatırladaq ki, özünüməşğulluq proqramı çərçivəsində təqribən 1500 ailəyə fərdi təsərrüfatlarının yaradılması üçün mal və materiallar verilməsi, beləliklə, ailə bizneslərinin qurulması yolu ilə onların əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub.

Xəbərlər     Baxılıb: 4668   Tarix: 20 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır.   -a istinadən bildirir ki, xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazda

.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. -a istinadən xəbər verir ki, yazda ortaya çıxa

.

Qaraciyərimiz bu 5 qidanı sevir

Pəhrizinizə müəyyən qidaları daxil etməklə qaraciyərin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz. -a istinadən bildirir ki, araşdırmalara görə, bu 5 qida qaraciyərin sağlamlığında xüsusi rol oynayır. Mal əti

.

Bu qidaları uşaqlarınıza verməyin - Qızlarda sinə vaxtından tez böyüyür, oğlanlarda isə

Erkən yetkinliyin sürətlə artmasının səbəblərini öyrənmək üçün mütəxəssislər tərəfindən geniş araşdırmalar aparılıb. -a istinadla bildirir ki, araşdırmaların nəticəsinə görə, xüsusilə gənclər tərəfindən çox yeyilən qidaları

.

Bayramlarda salat hazırlayanların nəzərinə - Soyuducuda saxlamağın təhlükələri açıqlandı

"Yeni il tətilləri ərəfəsində xanımlar bayram süfrəsinin təmtəraqlı görünməsi üçün əlindən gələni edir. Nəticədə bir gündə yeyilə bilməyən çoxlu çeşiddə salatlar hazırlanır. Onları soyuducuya qoyarkən istifadə müddət

.

Bu balıq növü xərçəngə səbəb olur

Mütəxəssislər xərçəngə səbəb olan ən təhlükəli balıq növünü açıqlayıblar. -a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, həftədə ən azı iki dəfə pəhrizinizə balıq daxil etmək lazımdır. . Balıq sağlamlığı qorumaq üçü

.

Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır

Kartof hər evdə bişirilən yemək növlərindən biridir. Bu yemək həm çox asan, həm də çox dadlıdır. Hər kəs kartofu fərqli üsullarla qızardır. Bəs, kartofu necə mükəmməl şəkildə qızartmaq olar? .   -a istinadən xəbər verir ki

.

Uşaqlar niyə valideynlərini eşitmirlər? - 3 əsas səbəb

Bir çox valideynlər uşaqların itaətsizliyi və anlaşılmazlığı problemi ilə üzləşir. Buna məhəl qoyulmasa, hər şey daha da pisləşəcək.   -a istinadən xəbər verir ki, uşağın itaətsizliyinin səbəbini düzgün müəyyən etsəniz, hərəkətləriniz

.

Yatarkən smartfonu yanımızda saxlamaq TƏHLÜKƏLİDİR?

Bir çox insanlar gecələr smartfonu çarpayının yanında və ya yastığın altında saxlayır. .   -a istinadən bildirir ki, araşdırmalara görə, mobil telefondan istifadə insan sağlamlığı üçün təhlükəsizdir. Çoxsaylı tədqiqatla

turlar.az

sonxeber.az aksessuarlar maskalar reseptler arvaddan icaze kagizi qish geyimleri kabab reseptləri usaq oyuncaqlari kosmetika ana haqqinda bayati aydin sani vətən haqqında bayatı kurtlar vadisi anabaci