Dünyanın 57 ölkəsini gəzən azərbaycanlı - FOTOLAR

Çox gəzən çox bilər demiş atalarımız.

Bugünkü müsahibimiz 1992 ci il təvəllüdlü Orxan Aydın oğlu Vəliyevi sizə bu cümləmlə təqdim etmək istərdim: "Maraqlı olmaq, cox maraqlıdı"

Onunla söhbət etmək çox maraqlı gəldi mənə.Çox gənc olmağına baxmayaraq Orxanın zəngin dünya görüşü olduğunun şahidi oldum.Və bu da onun səyahətçi olmağından irəli gəlir.Atalar boşuna deməyiblərki " Çox gəzən çox bilər "

Orxan Aydın oğlu ilə olan müsahibəmi sizə anlatmadan öncə onun həyatı,təhsili ,uğurları, maraqları barədə sizə qısada olsa məlumat vermək istərdim.

Orxan Aydın oğlu Vəliyev 1992-ci ildə Rusiyanın Moskva şəhərində anadan olub. 5-ci sinifdən sonra isə ailə ilə birlikdə vətənə - Azərbaycana qayıdıb. 9-10-cu sinfi İsveçrədə oxuyub. 11-ci sinfi Azərbaycanda bitirib və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra Amerikaya köçüb və orada yaşayıb. Harvard Universitetində təhsil almaq onun uşaqlıq arzusu olub: "Evdə tək" filminə baxdıqdan sonra bu ölkədə yaşamağı qarşıma məqsəd qoymuşdum. Lakin Harvard Universitetinə 2 il qəbul ola bilmədim. 2 il sonra Harvard Universitetində Biznesin İdarə olunması fakültəsində magistr təhsili alıb.Subaydi.Bir qardaşı bir bacısı var. Uşaqlıqdan daim yaşıdlarından aktivliyi ilə seçilən Orxanı ailəsi idmanla məşğul olmağa yönləndirmək qərarına gəlirlər.Orxan Aydın oğlu 2003 cü ildən Uşusando idman növüylə məşğul olmağa başlamışdır.2010 cu ildə Dunya çempionatında Qızıl medala layiq görülmüşdü.Daha sonra bu uğuru 2017 ci ildə tekrarlamışdı.

Orxanın hələ uşaq yaşlarından Ədəbiyata böyük sevgisi var.O dünya ədəbiyatıyla maraqlanır ve bununla yanaşı özüdə şairlik və yazıçılıqla məşğul olur.Onun yazdığı bir çox şerlərə musiqilər bəstələnib.

Dünyanin 57 ölkəsində olmuş Orxanın ən çox sevdiyi məşğuliyyət səyahət etməkdir.
Orxan səyahət etməyə uşaqlıqdan başlayıb.Söylədiyinə görə ailəsidə də səyahəti çox sevirdi. Uşaqlığının çox hissəsi səyahətdə keçib.Meksikada, Braziliyada. Atası onları ən çox Avropada gəzdirərdi.. Amma o müəyyən yaşa çatdıqdan sonra dünyaya daha çox açılmışdır. Amerikaya köçdükdən sonra arzuları daha da çox reallaşmışdı.

Gəzdiyi ölkələrin çox məhşur olmayan şəhərlərinə səyahət etməyi sevir.Bəzi ölkələrin öz vətəndaşlarına belə az məlum olan yerlərinə səyahət edib.Sonradan orda tanış olduğu insanlara getdiyi yerləri anlatdığında məlum olubki o ölkədə yaşadiqlarına baxmayaraq həmən yerlər haqda məlumatları belə yoxdu.

Ən çox sevdiyi və dəfələrcə getsə bele orada olmaqdan doymadığı ölkə Amerikadir.Nədən məhz Amerika sualına belə cavab aldiq:
- Kaliforniyada San-Fransiskoya nə qədər getsəm yorulmaram. Ruh azadlığı deyilən bir məfhum var. Məhz həmin şəhərdə ruh azadlığını hiss edirəm. Sırf San-Fransiskoda insan öz ruhu ilə söhbət edə bilir. Şəhərin ab-havası sizi özünüzlə danışmağa vadar edir. Mən hislərimlə yaşayan insanam. Nəyi hiss edirəmsə, onu da edirəm. San-Fransiskoda şəhərin hər bir tərəfindən sevgi, ehtiras damır. Sakitlikdir. Adicə çirkin bir qadını görəndə deyirsiniz ki, İlahi, bu necə gözəldir... Bu şəhəri sevirəm, ona görə ki, sən lüt də olsan, sənə baxıb bir söz deməzlər. Əsas odur, öz həyatını yaşayırsan.

Orxan Aydın oğlu səyahətdə başına gələn hadisələrdəndə danışdı.Bir dəfə Avropa çempionatının hansısa oyunu izləmək üçün Fransada oluğunda futbol yarışı gedən stadionu partladacaqlar deyə xəbər veriblər . Bu hərkəsin həyacanına səbəb olub . Təyyarədə uçuşlar zamanıda təhlükəli anlar yaşayıb. Amma şükür Allaha hər şey yaxşı sonluqla bitib.
Orxandan səyahət etdiyi ölkələrin mətbəxləri barədə soruşdum.Ən çox hansı ölkənin mətbəxin bəyənir.Cavabı belə oldu:
-Hər bir ölkənin özünəməxsus mətbəxi var. Osmanlı mətbəxini çox sevirəm. Məncə türk mətbəxi kimi dünyada ikinci möcüzəvi bir mətbəx yoxdur. Livan mətbəxinin maraqlı yeməkləri olur, bir də Meksikada ət yeməyin ləzzəti ayrıdır.

Mətbəxlə bağlı sualımdan sonda həmən ağlıma gələn sual sizcə nə ola bilərdi?
Sizcə hansı ölkənin xanımları ailə qurmaqçun daha yaxşıdılar?

Bu sualımın cavabından sonra hemyerlimiz olan bu Azərbaycanlı gənclə biraz da qürur duydum.

- Hər zaman demişəm, indi də deyirəm. Dünyanın bir çox ölkəsində olmuşam, çox mentaliteti görmüşəm. Amma bir söz deyə bilərəm ki, Azərbaycan qadını dünyanın ən gözəl, ən səmimi, ən ehtiraslı və ən əsası qadın kimi qadındır. Yaxşı ki, Azərbaycan qadınları var və biz azərbaycanlıları xoşbəxt edirlər.
Dünyanın 57 ölkəsini gəzən azərbaycanlı - FOTOLARDünyanın 57 ölkəsini gəzən azərbaycanlı - FOTOLARDünyanın 57 ölkəsini gəzən azərbaycanlı - FOTOLARDünyanın 57 ölkəsini gəzən azərbaycanlı - FOTOLARDünyanın 57 ölkəsini gəzən azərbaycanlı - FOTOLAR

Xəbərlər     Baxılıb: 1671   Tarix: 03 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Qışda üz dərisi niyə tez qocalır?

Qış aylarında dərinin daha tez qocalmasının səbəbləri açıqlanıb. xəbər verir ki, rusiyalı həkim-kosmetoloq Yelena İlçukun sözlərinə görə qışda dəri həm soyuq hava, həm də qapalı məkanlarda istilik sistemləri səbəbindən dah

.

Bunu içsəniz arıqlayıb "çöpə" dönəcəksiniz

Şüyüd toxumu yağı uzun illərdir təbii müalicə vasitəsi kimi tanınır. Lakin çoxlarının bilmədiyi bir məqam var: düzgün və ölçülü istifadə edildikdə bu yağ çəki atmağa da dəstək ola bilər. -ın məlumatına görə, şüyüd toxum

.

Aclıq olmadan "cavanlaşma": Amerikalı alimlərdən yeni pəhriz modeli

ABŞ-li alimlər aclıq hissi yaratmadan orqanizmdə faydalı bioloji dəyişikliklərə səbəb olan yeni qidalanma modelini təqdim ediblər. Tədqiqatçılar bildirirlər ki, bu yanaşma qısa müddətdə sağlamlıq göstəricilərini yaxşılaşdır

.

Bu virus dəmir dövründən bəri var imiş

Herpes virusunun 2800-dən çox yaşı var imiş. -ın məlumatına görə Almaniya və Estoniya universitetlərinin alimləri müəyyən ediblər ki, insan herpes virusunun 6-cı tipi (HHV-6) dəmir dövründən bəri insanları yoluxdurur və onları

.

Qan damarlarını canlandıran təbii resept - Bir stəkanı kifayətdir

Hava çirkliliyi, qeyri-müntəzəm qidalanma və stress orqanizmdə toksinlərin artmasına səbəb olur. Mütəxəssislər isə qan dövranını dəstəkləyən və bədəni daxildən təmizləməyə kömək edən iki təbii qidanı xüsusi olaraq vurğulayırlar

.

40 yaşdan tez ölməmək üçün bu qidalardan uzaq durun

40 yaşına qədər sağlam qalmaq üçün əsas məqsəd qorxutmaq deyil, risk yaradan qidaları məhdudlaşdırmaq və balanslı qidalanmaqdır. xəbər verir ki, aşağıdakı qidalar uzunmüddətli və nəzarətsiz istifadə olunduqda ciddi sağlamlı

.

Uşaqlarda qızdırma nə zaman təhlükəlidir? - AÇIQLAMA

Uşaqlıq dövründə tez-tez rast gəlinən hərarət təkcə uşağın bədən temperaturunu deyil, valideynlərin narahatlıq səviyyəsini də artırır. xəbər verir ki, Medipol Acıbadem Bölgə Xəstəxanasının Uşaq Sağlamlığı və Xəstəliklər

.

Yuxuda armud yemək nə deməkdir?

Yuxuda armud yemək adətən insanın bəxtinin açılmasına, ruzi-bərəkətin artmasına və maddi vəziyyətinin yaxşılaşmasına yozulur. Bu cür yuxu, yuxu sahibinin həyatında müsbət dönüşlərin yaxınlaşdığını, maliyyə çətinliklərini

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

aksessuarlar geyim dəbləri qaşların formalari şir bürcü qadın və din qizil sozler goy qursagi nece yaranir kosmetika vətənə aid bayatı öpüşme qu quşu video masturbasiya