Dünyanın ən varlı qadınları: onlar kimlərdir və necə varlanıblar

Dünyanın ən varlı qadınları: onlar kimlərdir və necə varlanıblarDünyanın ən varlı adamının boşanma xəbəri yayılanda hamıya aydınıydı ki, əmlak bölgüsü zamanı çox böyük məbləğlərdən söhbət gedəcək.

Ötən həftə Amazon şirkətinin qurucusu Jeff Bezos və arvadı MacKenzie ailə kapitalının necə bölüşdürülməsiylə bağlı razılığa gəldilər.

MacKenzie Bezos Amazon-da 4 faizlik paya sahib olacaq.

Bu, 35,6 milyard dolar deməkdir. Beləliklə, Forbes jurnalının versiyasına görə MacKenzie dünyanın ən varlı 24-cü adamı olacaq, qadınlar arasında isə üçüncü yeri tutacaq.

Bəs, dünyanın ən varlı qadınları siyahısında kimlər var?

Bu siyahıya onlar necə daxil olublar?

1. Françoise Bettencourt-Meyers

Dünyanın ən varlı qadınları: onlar kimlərdir və necə varlanıblarSərvəti: 49,3 milyard dollar. Forbes jurnalının siyahısında 15-ci yerdədir.

Françoise kimdir?

Sərvəti ona anasından miras qalıb - Liliane Bettencourt L'Oreal parfümeriya və kosmetika şirkətinin sahibi olub. Hazırda Françoise şirkətdə 33 faiz paya sahibdir.

Anasıyla onun münasibətləri heç də yaxşı olmayıb, hətta ana-bala 2007-ci ildə məhkəmədə çəkişiblər də.

Françoise məhkəmədə iddia edib ki, anasının səhhəti getdikcə pisləşir və ətrafındakılar bundan istifadə edib maliyyə baxımından onu istismar edirlər.

Onların əlaqələri Liliane Bettencourt-un ölümündən bir neçə il əvvəl bərpa olunub.

65 yaşlı Françoise həm də araşdırmaçılıq fəaliyyətiylə məşğuldur, yunan tanrıları və xristianlarla yəhudilər arasındakı əlaqələrlə bağlı bir neçə məqalə dərc etdirib.

2. Alice Walton

Dünyanın ən varlı qadınları: onlar kimlərdir və necə varlanıblarSərvəti: 44.4 milyard dollar. Ən varlı adamlar siyahısında 17-ci yerdədir.

Alice kimdir?

69 yaşlı Alice Walton Walmart supermarketlər şəbəkəsinin sahibi Sam Waltonun yeganə qızıdır.

İki qardaşından fərqli olaraq şirkətin idarəçiliyində iştirak etməyib, incəsənətlə məşğul olub.

Arkanzas ştatının Bentonville şəhərindəki Amerika İncəsənəti Muzeyinin İdarə Şurasının sədridir.

3. MacKenzie Bezos

Dünyanın ən varlı qadınları: onlar kimlərdir və necə varlanıblarSərvəti: 35,6 milyard dollar. Bu, onun sadəcə Amazon şirkətindəki payının dəyəridir. Bütün sərvətinin nə qədər olduğunu günlərin birində bizə Forbes deyəcək.

MacKenzie Bezos kimdir?

MacKenzienin 48 yaşı var. Jeff Bezos-la 1993-cü ildə evləniblər - hedc-fondda birlikdə çalışdıqları zamanlarda.

Onların 4 uşağı var.

Qızlıq soyadı Tuttle olan MacKenzie əslən Kaliforniyadandır, Amazon-un ilk işçilərindəndir. İki roman yazıb.

Bundan başqa, o, zorakılığa qarşı mübarizə məqsədilə Bystander Revolution adlı qeyri-hökumət təşkilatı da yaradıb.

4. Jacqueline Mars

Dünyanın ən varlı qadınları: onlar kimlərdir və necə varlanıblarSərvəti: 23,9 milyard dollar. Ən ən varlı adamlar siyahısında 33-cü yerdədir. Amma Bezos-ların boşanmasından sonra bir pillə geriləmiş ola bilər.

Jacqueline kimdir?

79 yaşlı Jacqueline Mars Mars şirkətinə aid səhmlərin üçdə birinə sahibdir.

Bir çox başqa şeylərlə yanaşı, bu şirkət həm də məşhur Mars şokoladlarını istehsal edir. "Mars" 1911-ci ildə Jacquelinein babası Frank Mars tərəfindən qurulub.

Jacqueline şirkətdə 20 il işləyib və 2016-cı ilə qədər Direktorlar Şurasının üzvü olub.

Hazırda o, xeyriyyəçiliklə məşğuldur, Washington Milli Operasının və Milli Arxivin direktorlar şuralarının üzvüdür.

"Mars" ABŞ-ın ev heyvanları üçün yem istehsal edən ən böyük şirkətidir.

5. Yan Huiyan

Sərvəti: 22,1 milyard dollar. Çinin ən varlı qadını, dünyanın 42-ci varlı adamıdır.

Yan kimdir?

Country Garden Holdings adlı tikinti və inkişaf şirkətinə aid aksiyaların böyük hissəsi ona məxsusdur. Şirkətin saytında yer alan məlumatlara görə, Country Garden Holdings böyüklüyünə görə tikinti şirkətləri arasında dünyada 3-cüdür.

Yan Huiyan Ohayo Universitetində oxuyub. Şirkət səhmlərinin 57 faiz-i ona atasından miras qalıb.

6. Susanne Klatten

Dünyanın ən varlı qadınları: onlar kimlərdir və necə varlanıblarSərvəti: 21 milyard dollar. Ən varlı adamlar siyahısında 42-ci yerdədir.

Susanne kimdir?

56 yaşlı Almaniya sakini əczaçılıq və avtomobil istehsalı şirkətlərindəki səhmləri sayəsində varlanıb.

Valideynlərinin vəfatından sonra Altana AG kimya şirkətinə aid səhmlərin 50faiz-i ona miras qalıb. O və qardaşı BMW şirkətində də 50 faiz paya sahibdirlər.

Sonralar Susanne Altana AG şirkətini bütünlüklə sahiblənib. Eyni zamanda, bir çox başqa şirkətlərin də səhmlərini alıb.

7) Laurene Powell Jobs
Dünyanın ən varlı qadınları: onlar kimlərdir və necə varlanıblarSərvəti: 18,6 milyard dollar. Ən varlı adamlar siyahısında 54-cü yerdədir.

Laurene kimdir?

Apple şirkətinin qurucularından biri olan Steve Jobs-un arvadı. Ərinin ölümündən sonra Laurene və onun ailəsinə Apple və Disney şirkətlərindən 20 milyard dollarlıq sərvət miras qalıb.

Bundan sonra 55 yaşlı Laurene jurnalistika sahəsinə investisiya qoyaraq Atlantic jurnalına aid səhmlərin böyük qismini alıb.

Eyni zamanda, Mother Jones və ProPublica-ya da vəsait qoyub.

Laurene təhsildə və miqrasiya qanunvericiliyində islahatlar üçün mübarizə aparan təşkilatlara da yardım edir.

/Milli.az

Maraqlı     Baxılıb: 2289   Tarix: 10 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Bu gündən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi başlayır

Bu gündən müəlimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır.  xəbər verir ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

AMEA-da nə baş verdi və daha nələr olacaq? – Detallar

Gözlənildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi islahat baş tutdu. Prezidentin fərmanı ilə AMEA-nın 24 institutu, Naxçıvan bölməsinin 2 institutu və bir rəsədxanası, Gəncə bölməsinin 3 institutu və Nəbata

.

Yerin heyrətamiz yeni görüntüsü yayıldı

NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib. Bu barədə Amerikanın Səsi məlumat yayıb. Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasında

.

Dünyanı dəyişən dörd elmi kəşf və Azərbaycan Prezidentinin fərmanı

Məlumdur ki, dünyanın dörd böyük kəşfinə kağızın ixtirası (2-ci əsr), kitab çapı (9-cu əsr), kompas (11-ci əsr) və barıt (12-ci əsr) aiddir. Bütün bu ixtiralar Çində edilmişdir, amma barıt ixtirasında birinciliyə Hindistand

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Hər kəsi heyrətə gətirən araşdırma: dünyada ölümsüzlük dövrü – FOTO

İspaniyanın Ovyedo Universitetinin Biokimya və Molekulyar Biologiya İnstitutunun araşdırması hər kəsi heyrətə gətirib. -a istinadən bildirir ki, ispan elm adamları qəsdən öldürülmə istisna olmaqla, çox uzun müddət yaşay

.

27 ildən sonra Yeri gözləyən təhlükə... - Bu, 6-cı hadisə olacaq

Alimlər hesab edirlər ki, Yer kürəsi bu əsrin sonunda 6-cı dəfə yoxa çıxacaq. "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı araşdırma Kanadada aparılıb. Belə ki, BMT-nin Bioloji müxtəliflik adlı konfransınd

.

II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb

II və II ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqi"ni

turlar.az

sonxeber.az yay geyimləri 2024 sac duzumleri geyim seçimi soz haqqinda atalar sozu qadın sağlamlığı düzgün qidalanma dalğalı saç düzümləri kosmetika layla qadin saglamlig ginekoloq gozellik klitor