Düşüncə gücü ilə arıqlamaq

Düşüncə gücü ilə arıqlamaqDüşüncə yolu ilə arıqlamaq metodu haqqında isə nəinki bizim portalda ,digər milli saytlarda da yoxdur.Bizdə ilk olacaq bu məqalə,copy-paste edənlərin nəzərinə çatdırılır ki,tezliklə bu xəbəri milli saytlara da yaysınlar fellow

Hə,indi keçək əsas məsələyə,görək düşüncə ilə arıqlama nədir,necə olur və texnikası nədən ibarətdir?

Qeyd edim ki,dünyada çox az insan bu metoddan istifadə edir,çünki,belə arıqlamağa inamsız yanaşırlar,düşüncə gücünə inanmırlar və yaxud da düşünmək üçün zaman xərcləmirlər.

Düşüncə gücü ilə arıqlamaq digər yollarla arıqlamaqdan tam şəkildə fərqlənir.Bu metodda daha çox zehnimiz işləyir.Arıqlama müddətində etdiyimiz xətaları düzgün düşünməklə ,beynimizi düzgün proqramlamaqla aradan qaldırmaq mümkündür.

Bu metodla arıqlamağı tövsiyyə edən mütəxəssislər arıqlamağa başlamazdan əvvəl bir neçə məsləhətə əməl etməyi uyğun görürlər.

Onlar aşağıdakılardır:

1.Evdə çəki alətini yığışdırın! Ümumiyyətlə arıqlama müddətində çəki alətindən istifadə etməyin!Sual oluna bilər,niyə? Çünki,çəki alətində çəkilərkən,əgər tutaq ki,1-2 kilo arıqlamısınızsa,həmin dəqiqə beyinə arxayınlıq mesajları gedir və insan öz-özlüyündə rahatlayır,bir növbəti arıqlama müddəti yavaşlamağa başlayır,bəzilərində isə hətta bu proses dayana bilər.

2.Düşüncə gücü sistemi ilə arıqlama zamanı bu haqda yaxın ətrafınızla əldə etdiyiniz nəticələr barədə paylaşmağınız məsləhət görülmür.Ən azından 40 gün.

3.Köklük problemi yaşayan bir çox insanla özünüzü müqayisə etməməlisiniz.Bu beyində arıqlamaq yerinə,daha çox kökəlməyi çağıran bir hadisədir.Tam əksinə arıq insanlar barədə düşünməlisiz.Və yaxud da xəyalınızda qurduğunuz "Özünüzün ən ideal arıq halı" nı hər gün keyifli bir şəkildə düşünməlisiniz.

4.Şkafınızda sizə bol gələn geyimlərin hamısını kiməsə bağışlayın.Qəti evdə tutmayın.Bu kimi düşüncədən "Bəlkə gələcəkdə kökələcəm,bu paltarlar lazım olacaq" qurtulun.

5.Böyük və dərin boşqablardan istifadə etməməyə çalışın.

Bu sistemlə arıqlama zamanı düşüncə şəklimizi necə dəyişməliyik?

Bunun üçün ən əvvəl öz-özümüzlə danışmağı kəsməliyik.Çünki,beyin daha çox nəyi düşündüyü ilə maraqlanır.Bu necə olur? Məsələn,siz bütün günü öz-özünüzə daxilən "Şokalad yeməyəcəm!" deyirsinizsə,beyniniz bütün günü şokalad barədə düşünəcək və nəticə olaraq sonda siz şokalad yemiş olacaqsınız.Bunun yerinə,məsələn,brokkoli və ya salat haqqında düşünsəniz daha gözəl olar.Ümüumiyyətlə,insan özü-özünə nədə isə qadağa qoyduqda,ona doğru hərəkət edər.Bu baxımdan qadağalı qida haqqında deyil,sağlamlıq üçün əhəmiyyətli qidalar haqqında düşünsəniz,beyniniz də sözə baxar.

Və yaxud da ,misal üçün,kökəlməmək barədə düşünürsünüzsə və bütün günü köklüyünüzü göz önünə gətirirsinizsə,bu zaman kökəlməyə doğru gedəcəksiniz.

Onda sual oluna bilər,bəs necə düşünməliyik,nələri düşünmək lazımdır?

Özünüzü ən ideal necə görmək istədiyinizi düşünmək lazımdır.Bir nümunə verim,məsələn,harda olmanızı,üstünüzdə hansı geyimlərin olması,hansı aksesuarlar,səsinizin tonu,saçlarınızın uzunluğu və s.yəni siz özünüzü bir bütün olaraq necə görmək istəyirsinizsə,o halınızı düşünməlisiz.Gecə yatmazdan əvvəl 10-15 dəqiqə ilk günlərdə bu cür düşünməyə zaman ayırmaq olar.Gündüzlər isə sakit bir məkana çəkilib yenə də həmin düşüncəyə diqqət kəsilib hər gün dəqiqə sayını artırmaqla düşünmək lazımdır.Mütəxəssislərə görə 40 gün bu qayda ilə düşünməyə davam edilərsə heç bir çaba göstərmədən 4-7 kq arası arıqlamaq mümkün olur.Bu rəqəmlərin sayını düşüncə gücü sisteminə idmanı da əlavə etməklə artırmaq olar.

Düşüncə gücü ilə arıqlamaq
Əziz xanımlar,bu arıqlama metodu vaxt azlığından fiziki hərəkətlərlə məşğul ola bilməyənlər üçün yeganə vasitələrdən biridir.
Düşüncə gücünə inanan hər bir insan bu yolla istədiyi çəkiyə enə bilər.
Mən öz təcrübəmdən deyim ki, hələ 30 gün içərisində ,özü də davamlı (gündüzlər düşünməyə vaxt yetmir) olmayaraq düşünərək 3 kq arıqlamışam.Mütəxəssislərə görə,arıqlama müddəti düşünənin gücü ilə və düşünmə tərzi ilə də bağlıdır.Nə qədər çox və doğru düşünsəniz,bir o qədər lazımi nəticəni ala biləcəksiniz.

Sağlamlıq     Baxılıb: 1882   Tarix: 14 iyul 2021
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

turlar.az

sonxeber.az toy makiyajlari sade makiyaj sekilleri qaşların formalari bayatılar vətən haqqında erotik fantaziya faydalı məlumat 2024 payiz geyimleri kosmetika paxlava vetene aid atalar sozu dieta nagillar rus dili