Düyü qadın sağlamlığı üçün önəmlidir

Düyü qadın sağlamlığı üçün önəmlidirFol turşusu, dəmir və lif: düyünün sağlamlığa inanılmaz faydaları...
Günümüzdə qadınların əməl etdikləri diyetlərin ürək xəstəlikləri, müəyyən xərçəng növləri və buna bənzər bir çox problemləri ehtiva edən xronik xəstəliklərin qarşısının alınmasına yardımçı olduğunu təsdiq edən, qadınlara yönəlmiş bir çox yeni araşdırmalar mövcuddur. ABŞ Düyü Federasiyası aparılan araşdırmalar nəticəsində düyünün hər yaşda qadının sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən fol turşusu və dəmir kimi qida elementlərinə malik, lifli bir qidalandırıcı diyet tərkibi olduğunu bildirir.
Qidalanma üzrə tədqiqatçılar aşağı karbohidrat diyeti dəbinin qadınların folat səviyyələrinin azalması səbəblərindən biri olduğuna diqqət çəkir. Qadınlar eyni zamanda bədəndəki dəmir azlığının səbəb olduğu dəmir anemiyasına da meyillidir. Dəmirin miqdarı kifayət qədər olmadıqda bədən qırmızı qan hüceyrələri üçün yetərli hemoqlobin istehsal edə bilmir. Anemiyanın bu ən çox yayılmış şəkli ABŞ-da qadınların təxminən beşdə birinə və hamilə qadınların yarısına təsir edir. Bu xəstəlik yorğunluq və gücsüzlükdən nəfəs darlığına, baş ağrılarına və ya konsentrasiya itkisinə qədər müxtəlif əlamətlərlə özünü göstərir.
Amerika Diyet Dərnəyinin Qadın Sağlamlığı və Reproduktiv Qidalanma üzrə rəhbəri, diyetoloq Jeanne Blankenshipin fikrincə, ABŞ-da yaşayan qadınların çoxu hələ də gündəlik dəmir və fol turşusu ehtiyaclarını qarşılaya bilmir, halbuki bunlar qadınlar üçün kritik önəm daşıyan iki qida maddəsidir. Düyü qadınlara fol turşusu qəbulu üçün mükəmməl vasitədir. Düyü yağsız ət və az yağlı süd məhsulları, meyvələr, qoz-fındıq və tərəvəzlər kimi qarniri olduğu bir çox qidalara qida elementləri, tutarlılıq və ləzzət qatır.
Yaşam prosesində fol turşusu
Bəzi tədqiqatçılar tərəfindən fol turşusunun eyni zamanda infarkt və beyin qanaması daxil olmaqla ürək xəstəliklərində bir risk faktoru olduğunu göstərən qan homosistein səviyyəsinin aşağı salınmasına da yardımçı olduğu qeyd edilir. Amerika Ürək Dərnəyinin nəşri olan "Circulation"da dərc olunan araşdırma  fol turşusunun zənginləşdirilməsinin beyin qanamasından qaynaqlanan ölüm hallarının azaldılmasında effektiv dərəcədə təsirli olduğunu təsdiq edir. Daha yaxın zamanda aparılan araşdırmalarda isə fol turşusunun yumurtalıq xərçəngi və Alzheimer da daxil olmaqla müəyyən xərçəng növlərinin qarşısının alınmasında təsirini göstərdiyi irəli sürülür.
Milli.Az

Xəbərlər     Baxılıb: 1001   Tarix: 20 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Kəpəklə təbii üsullarla da mübarizə apara bilərsiniz - YOLLARI

Kəpəklə mübarizənin təbii yolları da var.   -a istinadən doktor Mehmet Uçar hazırladığı materialı təqdim edir:. Kəpəklə mübarizənin təbii yolları. İstəkli dinləyicilər, bu gün sizə kəpəklə mübarizənin təbii yollarından danışırıq

.

Körpələrə nə qədər duz vermək olar?

İnsan orqanizmində baş verən proseslər üçün natrium xlorid son dərəcə vacibdir.   -a istinadən bildirir ki, natrium və xlorid ionları hüceyrələrdə su balansının qorunması, elektrik siqnallarının ötürülməsi (ürəyin işinə təsi

.

Bu məhsul xoşbəxtlik və sağlam yaşlanma üçün lazımdır

Böyük bir genetik araşdırma, hansı vərdişlərin sağlam yaşlanma ilə əlaqəli olduğunu ortaya qoyub.   -a istinadən xəbər verir ki, onlardan biri də pendir sevgisidir. "Nature Human Behavior" jurnalında dərc oluna

.

İmmun sisteminin gücləndirir, ürəyi qoruyur və… - Göbələyin faydaları

Göbələk qida zənginliyi və sağlamlıq faydaları ilə tanınan bir qida məhsuludur. -ə istinadla bildirir ki, bu bitkinin aşağıdakı bir neçə faydası vardır:. 1. Nutrient dəstəyi. Vitaminlər və mineral: Göbələklər B vitamini kompleks

.

Saçın uzanmasına kömək edən 3 yağ

Dermatoloqlar saç böyüməsini yaxşılaşdırmağa və saç tökülməsini azaltmağa kömək edən bir neçə təsirli yağ tövsiyə edir. Bu yağlar əlverişli, sadə və sağlam baş dərisini dəstəkləmək üçün antiinflamatuar və antimikrobiyal xüsusiyyətlər

.

Kilosu 70 manata satılan püstə əzməsinin nə faydaları var?

hazırda marketlərdə kiloqramı 60-70 manata təklif olunan püstə əzməsinin faydalarını araşdırıb:. Püstə tərkibində yüksək miqdarda sağlam yağlar, protein, lif, vitaminlər (xüsusilə B6 vitamini), minerallar (məsələn, kaliu

.

Qadınlara VACİB XƏBƏRDARLIQ - Bunu etməyin, öldürür

Payızın gəlişi qadınların məşğuliyyətlərindən birini də artırıb. Artıq bir neçə müddətdir ki, turşu sezonuna start verilib. Ev şəraitində, dədə-baba üsulu ilə turşu bağlamaq asan görünsə də, zaman-zaman bunun riskli olduğunun

.

Bu 4 sıyıq qaraciyəri BƏRPA EDİR - Şəfasından xəbərsizik

Qaraciyər bir çox funksiyaları yerinə yetirən və həzm sistemində əsas rol oynayan son dərəcə vacib bir orqandır. Bədəni qida və dərmanlardan gələn zərərli maddələrdən və toksinlərdən təmizləyən bir filtr rolunu oynayır. B

.

Gözünüzün zəifləməməsi üçün telefondan belə istifadə edin

Telefonlar uzun illərdir hər kəsin həyatında mühüm yer alıb. -a istinadən bildirir ki, smartfona sahib olmayan nadir insanlar qalıb. Ancaq telefonlar görmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Görməmizi korlamamaq üçü

turlar.az

sonxeber.az qaşların formalari yemek reseptleri reseptler qış tədarükü dolma reseptleri hamiləlik testi yuxuda balqabaq kosmetika cinsi şebnem tovuzlu dieta novruz bayramina aid sirniyatlar