Əkiz bacılar Sevil-Sevincə ŞOK
Tanınmış əkiz bacılar olan Sevil Sevinc bacılarının yeni ərsəyə gətirdiyi mahnı ilə bağlı bəzi iddialar ortaya çıxıb.
BiG.AZ xəbər verir ki, yaxın ərəfədə ərsəyə gələn Sevil Sevinc bacılarının "Səhv özündədir" adlı mahnılarının plagiat olması ilə bağlı iddialar səslənməkdədir. Belə ki, izləyicilər sözegdən mahnının türk ifaçılardan plagiat olduğu barədə iddialar səsləndiriblər. Onlar qeyd ediblər ki, əkiz bacıların ərsəyə gətirdiyi mahnı Emrah Karaduman və Aleyna Tilkinin "Cevapsız çınlama" mahnısının plagiatıdır.
Məsələ ilə bağlı bir neçə gündür ki, əkiz bacıların fikrini öyrənməyə çalışsaq da bizə cavab verilməyib.
Mövqelərini dərc etməyə hazırıq.
Sözügedən mahnıları oxucularımıza təqdim edirik.
f Paylaş