Elçindən şəxsi həyatı ilə bağlı ETİRAF: "Evlənəndən sonra qadağa qoydum" - FOTO

Elçindən şəxsi həyatı ilə bağlı ETİRAF: "Evlənəndən sonra qadağa qoydum" - FOTOXanim.az müğənni Elçin Cəfərovun Milli.Az-a müsahibəsini təqdim edir.

- Elçin bəy, çox hallarda mahnılarınızı özünüz yazırsınız. Bu hal sizi bəstəkarlarla üz-üzə qoymayıb ki?

- Mən buna çox normal baxıram. Nəinki mən, hər-hansısa müğənni bu istedada malikdirsə, qoy yazsın da. Mənə elə gəlir ki, yaxşı bəstəyə gözəl münasibət bildirmək lazımdır. Yaxşıdırsa, yaxşıdır da. Bunu necə danmaq olar? İnanmıram bizim bəstəkarlarımız bu dərəcədə qısqanc olsunlar.

- Ailə həyatı qurandan sonra özünüzə məhdudiyyət qoymusunuz?

- Təbii ki, məhdudiyyətlər var. Bunu mən özüm-özümə qoymuşam. Problemlərin ailəmdən uzaq olmasını istəyirəm. Bu, həmişə belə olub. Özümün olar-olmazlarımı bilirəm. Müəyyən şeylər var ki, davam edir. Məsələn sənət yoldaşlarımızla görüşüb, otururuq. Bəzi məqamlar var ki, uzaq durmağa çalışıram. Nəinki sənətdə, həyatda da ailə başçısı kimi nümunə olmağa çalışıram.

- Ailə həyatınızın ilk günlərində problemlər yaşadınız?

- Xeyr, mən artıq ailə həyatı quranda hər şeyə hazır idim. Müəyyən sərbəstliklər var ki, onları çoxdan unutmuşam. Onları bəs qədər yaşamışam deyə artıq buna əsas görmürəm. Bu həyatı seçmisənsə, hər şeyi həyatın axarına buraxmalısan.

- Hər bir cütlük arasında qısqanclıq hissləri olur. Sizdə bəs necə?

- Qətiyyən bu kimi hallar yoxdur. Əgər ortada inam varsa, bunların heç biri problem olmamalıdır.

- Toy bazarında vəziyyət necədir?

- Mənim qətiyyən toylardan şikayətim yoxdur. Düzdü, bu bazarda ümumi durğunluq var. İnşallah ki, bu da düzələr. Yetər ki, hər şeyə xoş yanaşaq.

- Əvvəlki illərlə şou-biznesin bugünkü durumunu müqayisə etsək...

- Durğunluq nəinki toy bazarında, həm də şou aləmindədir. Bu da bir sınaqdır. Buna aqressiv yanaşmaq lazım deyil. Sənətçilər işləməlidir, ola bilər ki, 2-ci, 3-cü, 4-cü mahnı tutmasın, amma mütləqdir ki, 5-ci mahnı hitə çevriləcək. Çünki əziyyət çəkirsən, iş görürsən.

- Sənətə yeni gələn müğənnilərlə ünsiyyətiniz varmı?

- Yenə sərt danışacağam, deyəcəklər ki, danışdı. Şou-biznesi bir az tərpətmək, silkələmək lazımdır. Hər kəs özünə bir yol seçib, o yolla da davam edir. Heç kəsin, heç kəslə işi yoxdur. Belə olmaz! Sənətçilər arasında rəqabət olmalıdır. Yalnız rəqabətdən sonra inkişaf ola bilər. Bəzi sənətçilərimiz gənclərimizə nümunə ola bilmir. Məni bu, həqiqətən, narahat edir. Müğənnilər estradanı qoyub, meyxana janrına müraciət edirlər. Sənətə yeni gələn gənclər ondan nə ibrət götürəcək?

- Bu hal sizi niyə narahat edir ki?

- Bu, mənə görə yaxşı əlamət deyil. Gələcək yaxşı yerə gedib çıxmır. Mən, ümumiyyətlə, danışan insan deyiləm, amma bu kimi hallardan çox narahatam.

- O sənətkar dediyiniz şəxs kimdir ki, gəncləri sizin təbirinizcə desək "korlayır"?

- Bir müğənni olsaydı, böyük məmnuniyyətlə, adını deyərdim, amma çoxdur. Bəlkə də məcburiyyətdən irəli gəlir bunlar. Amma mən axtarışdayam. Demirəm ki, mən mükəmmələm! Həyatı boyu da bunu demərəm. Sadəcə olaraq, inkişaf etmək istəyirəm. İstəyirəm ki, mənimlə birgə hamı inkişaf etsin.

Xəbərlər     Baxılıb: 1607   Tarix: 11 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Düzgün yastıq seçimi rahat yatmağa kömək edir

Gərgin iş günündən sonra çarpayıda rahat yatmaq, yorğunluğu atmaq, ertəsi gün təravətli oyanmaq hər kəsin arzusudur. Təəssüf ki, əksəriyyət yaxşı yata bilmədiyini deyir. Bunun əsas səbəblərindən biri yastığın düzgün seçilməməsidir

.

Fiziki təmas ağrını aradan qaldırır

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər. -a istinadən xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma nəticəsində alimlər fiziki təması

.

Çay içərkən bu səhvə yol verməyin

Azərbaycanda ən çox istehlak edilən mayelər arasında yer alan çay tək başına istifadə edildikdə zərərli içki sayılmır. Lakin çay içərkən edilən bir səhv mədə və böyrəklərinizə ciddi zərər verə bilər. -a istinadən xəbər veri

.

Sosial media yeni doğum etmiş qadınlara mənfi təsir edir

Sosial medianın analar üzərindəki təsirlərindən bəhs edən mütəxəssislər, sosial medianın doğuşdan sonrakı dövrdə analara mənfi təsir etdiyini bildiriblər. e- -a istinadən xəbər verir ki, bu gün hər bir fərdin aktiv şəkild

.

Duzu azaldın və nəticəni görün

Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur. Yeməkləri uzun müddət saxlamaq üçün də istifadə oluna bilər və bu baxımdan mətbəxlər üçün əvəzolunmazdır. -a istinadən xəbər verir ki, Harvard Universitetini

.

Xərçəng və şəkərdən qoruyacaq UNİKAL PƏHRİZ

Arıqlamaq üçün müxtəlif pəhrizlər var, lakin onların əksəriyyəti müvəqqətidir və sağlamlığınıza zərər verə bilər. Bununla belə, Harvard alimləri qidalanmaya unikal yanaşma təqdim ediblər ki, bu da təkcə arıqlamağa kömək etmir

.

Niyə hər gün darçın istehlak edilməlidir?

Darçının tərkibində sümük toxumasının saxlanmasında mühüm rol oynayan kalium, kalsium, vitamin A və K kimi faydalı elementlər var. Darçın təkcə əhvalınızı yüksəltmir, həm də sağlamlığınıza faydalı təsir göstərir.   -a istinadən xəbə

.

Arıqlamağa əngəl olan səbəblər

Əgər kalorilərin məhdudlaşdırılması və idman arıqlamağa kömək etmirsə, endokrinoloqa müraciət etməlisiniz. .   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur qastroenteroloq Rüstəm Sadıqov danışıb. Həkim bildiri

.

Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT

Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir. xəbər verir ki, bu dəfə təqdim edəcəyi resept beyinə qan dövranını yaxşılaşdırır. Eyni zamanda damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir

turlar.az

sonxeber.az həkim məsləhəti maskalar aksessuarlar tanınmış qadınlar ayaqqabılar fotoqaleriya hakista sozleri kosmetika novruz bayramı haxışta nağıllar olumu novruza aid hakistalar zencefil