Ələt-Astara yolunda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var - VİDEO

Ələt-Astara yolunda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var - VİDEOÖlümlə nəticələnən ağır yol qəzası Ələt-Astara magistral yolunun, Lənkəranın Velədi kəndi ərazisindən keçən hissəsində baş verib.
Xanim.az xəbər verir ki, "Mercedes" markalı avtomobil əvvəl "Lada Priora" markalı maşına, daha sonra isə İran İslam Respublikası vətəndaşına məxsus yük maşını ilə toqquşub.

Nəticədə idarəetməni itirən yük maşını yaşayış evinin hasarını dağıdaraq həyətə girib. Baş verən qəza nəticəsində avtomobillər yararsız vəziyyətə düşərək deformasiyaya uğrayıb. Qəza zamanı "Mercedes"də olan Şükürov Anar Şükür oğlu, Fərzullayev Amid Natiq oğlu dünyasını dəyişiblər. "Lada Priora" markalı avtomobildə olan sürücü və sərnişinlər, Lənkəranın Gərmətük qəsəbə sakinləri, 24 yaşlı Mustafa Məcidov, 23 yaşlı Vüqar Ağayev və 26 yaşlı Mahir Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Deformasiyaya uğrayan avtomobildə sıxılaraq qalan meyitləri çıxarmaq üçün, olay yerinə FHN-nin Cənub Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə Dəstəsi cəlb olunub. Meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin qəza baş verən əraziyə DYP-nin əməkdaşları baxış keçirib. Hadisə yeri müayinə edilib. Qəzanın başvermə səbəbi isə təyin olunan avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Qeyd edək ki, qəza nəticəsində magistral yol bir neçə saat bağlı qalıb, nəticədə yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

mənbə: ARB TV

Xəbərlər     Baxılıb: 1900   Tarix: 29 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Uşaq salfetləri, yuyucu vasitələr, eləcə də dırnaq boyalarında olan OFR və QAC kimyəvi maddələri beyin strukturlarına zərər verə bilər və autizm riskini artırır. -a istinadən bildirir ki, bunu ABŞ-ın Case Uestern Reserv

.

Qarın yağlarını əridən 6 QİDA

Daha çox oturaq həyat tərzi, balanssız qidalanma vərdişləri və genetik faktorlar qarın nahiyəsində yağlarına səbəb ola bilər. Ancaq bu yağları sağlam qidalanma ilə əritmək mümkün ola bilər.   -a istinadən qarın yağını azald

.

Təbii üsulla göz xəstəliklərini necə müalicə etmək olar?

Bütün xəstəliklərin dərmanı təbiətdə gizlidir. Məsələn, aloe bitkisi faydalı xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin, o cümlədən göz zəifliyinin dərmanıdır. axşam.az-a istinadən bildirir ki, hər gün kompüterdən v

.

Qara zirənin inanılmaz faydaları - Hər gün səhər acqarına

Təbii dərman kimi istifadə olunan qara zirə(çörəkotu) əsrlər boyu alternativ təbabətdə istifadə olunur. Hazırda da qara zirə həm müalicə məqsədi, həm də ləzzətli dadına görə tez-tez yediyimiz yeməklərdə istifadə olunur. Anca

.

"Zelyonka" və yod ləkələrindən qurtulmağın sadə yolları

Dəridəki yod və "zelyonka" ləkələrindən xilas olmaq sadə, eləcə də təsirli proses ola bilər. Bu antiseptiklərdən olan ləkələr adətən 24 saat ərzində öz-özünə yox olur. Lakin onları çıxarmaq üçün səbirsizsinizsə

.

Cavan dərinin bir nömrəli sirri

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

Tünd şokoladın müalicəvi əhəmiyyəti üzə çıxdı

Alimlər ürək-damar sağlamlığını dəstəkləmək üçün yeni yollar tapmağa davam edirlər. Çindən edilən son araşdırmalar maraqlı nəticə ilə diqqəti cəlb edir: tünd şokolad təkcə müalicəvi deyil, həm də hipertoniya ilə mübarizəd

.

Balıq niyə limonla yeyilməlidir? - Beş əsas SƏBƏB

Restoranlarda balıq və dəniz məhsulları yeməkləri bir səbəbə görə limonla verilir.   -a istinadən xəbər verir ki, aşpaz Yuliya Arxipova balıq yeməklərinin nəyə görə limonla yeyilməsinin səbəbini açıqlayıb. Birincisi, gözəldir

.

Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR

Xorlama xərçəng də daxil olmaqla bir neçə xəstəliklərin mövcudluğunu göstərə bilər. . -a istinadən xəbər verir ki, bunu tanınmış nevroloq Olqa Zinçeva deyib. . Həkimin sözlərinə görə, bəzən xoruldama endokrin xəstəliklərlə

turlar.az

sonxeber.az adlarin menasi geyim necə seçməli makiyaj instagram sineye qulluq byanka yuxuyozmalar qadın kosmetika bürcler həmidə rus dilini öyrənək 2 ci dərs gözəllik hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz