Elgizin toyundan görüntülər–VİDEO

Elgizin toyundan görüntülər–VİDEOToy bitdi, ancaq bu toydan hələ çox danışılacaq...

Tanınmış teleaparıcı Elgiz Əkbər dünən - 9 mayda evləndi. ANS PRESS-in məlumatına görə, ANS-in "Adam içində" verilişinin aparıcısının media üçün qapalı olan toyu səsli-küylü keçdi. Sərxan Kərəmoğlunun idarə etdiyi toyun aparıcı müğənniləri əməkdar artistlər Firuzə İbadova və Cavanşir Məmmədov idi.

Sərxanın təqdimatı ilə qonaq sənətçilər səliqə ilə səhnədə çıxış edirdilər. Bircə səhnəmizin primadonnası İlhamə Quliyevadan başqa. Xeyr, taclı kraliça məclisə şuluq salmadı, sadəcə bu səliqəni pozdu. O, səhnədə deyil, elə oturduğu yerdə mahnı oxudu. Amiranə şəkildə Cavanşir bəyi və musiqiçiləri ayağlna çağırdı. Əvvəlcə təbrik nitqi söylədi, sonra isə adəti üzrə dövlət başçısının və birinci xanımın ünvanına xoş sözlər səsləndirdi. Çıxışından sonra canlı ifası ilə qonaqları feyziyab etdi. Başımızın üstündə Allah var, İlhamə xanımın canlı ifası möhtəşəm idi.

Xalq artisti, sənhəmizin ən güclü səsi Flora Kərimova küsülü həmkarından fərqli olaraq özünü çox sadə və təvazökar aparırdı. Həmkarları kimi səhnədə oxudu, oynadı və qonaqlarla birlikdə doyunca rəqs etdi.

Flora xanımın səhnə alması möhtəşəm oldu. İlhamə Quliyevanın masasında əyləşənlərdən başqa, bütün qonaqlar sənətkarı ayaq üstə gur alqışlarla qarşıladılar. Amma Sərxan Kərəmoğlunun qonaqlardan onun üçün bir daha alqış istəməsi, Kərimovanın xoşuna gəlmədi. "Tamaşaçıdan alqış istəmək sənətkara təhqirdir. Bu sənətkarı alçaltmaqdır. Sənətkar üçün alqış dilənmək olmaz" - deyə, aparıcıya irad tutdu.

Flora xanım ifasını başa çatdırdıqda, təəccüblü də olsa, İlhamə Quliyeva əllərini yuxarı qaldıraraq nümayişkanı çəkildə onu alqışladı.

Bir-birlərinin ünvanına efirdə və saytlarda təhqirlər işlədən Nadir Qafarzadə ilə Cavanşir Məmmədovun pıçıldaşması qonaqlara qəribə gəldi...

Toyda iştirak edən sənətçilərin və tanınmış media nümayəndələrinin adlarını yazıb sizi yormaq istəmirəm. Amma Sərxan Kərəmoğlu sənətçilərimizi elə təmtəraqla təqdim edirdi ki, qonaqlar hər dəfə hansısa dünya şöhrətli ulduzun məclisə gəldiyini zənn edirdi. Əslində sənətçilərimiz xarici görünüşləri, gözəllikləri ilə xarici ulduzlardan geri qalmırlar. Kim nə deyir desin, bizim müğənnilər toy məsələsində xaricilərə master klass keçərlər...

Toyda iştirak edənlər deyəsən dəvət edilənlərdən artıq idi. Çünki oturmaq üçün özünə yer axtaran, ayaq üstə qalanlar gözə dəyirdi. Bu isə heç kimin kefini pozmurdu. Məclisdəkilərin ya bəy və gəlinlə şəkil çəkdirmək üçün növbəyə dururdu, ya da rəqs meydançasından çıxmırdı. Hər kəs sanki öz əzizinin şad günündə olduğu kimi çox şən idi, xüsusən də ANS-çilər. Səmimiyyəti ilə tamaşaçıların ürəyini fəth edən Elgiz, kollektivin də sevimlisidir.

Demək olar ki, toyda bütün ANS-çilər var idi, bircə Afət Rahilqızıdan başqa. Qonaqları da məhz bu çox maraqlandırırdı. "Adam içində"nin digər aparıcısının həmkarının toyuna gəlməməsin səbəbi hamıya maraqlı idi. Səbəb isə çox sadə idi, bir neçə ay əvvəl atasını itirmiş Afət xanım, elimizin yazılmamış qanunlarına uyğun olaraq əzizinin ili çıxmamış toya gedə bilmədi...

Elza Seyidcahanın oğlu Əkbərin birinci toyundan sonra belə səsli-küylü toyda iştirak etməmişdim. Qonaqlarının sayı hesabı bilinməyən toyda, cavanlı-qocalı, heç kim oynamaqdan yorulmurdu. Oxumaq üçün növbəsini gözləyən müğənnilər özləri də ortadan çıxmırdılar.

Məclisdə olduğu kimi, şadlıq sarayının qarşısında da toplaşanlar az deyildi. Yaxınlıqda yaşayan sakinlər efirdə gördükləri insanları canlı görmək istəyirdilər. Elgizin yarı Əsmər xanım isə hazırda məşhurlardan da artıq gündəmdədir. Elgiz Əkbərin necə bir qızla evləndiyi görmək istəyənlər restoranın qabağında dayanıb gözləyirdilər...

Elgizin toyu bitdi, ancaq əminəm ki, bu toydan hələ çox danışılacaq... Ölkənin məşhur aparıcısı Elgiz Əkbərin toyu Ən azından bu həftənin mövzusudur.

Elgiz və Əsmərə xoşbəxtlik arzulayırıq!

Xəbərlər     Baxılıb: 2155   Tarix: 10 may 2015
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Moruq bu xəstəlikləri sağaldırmış

a istinadən moruğun faydalarını təqdim edir:. Arıqlamaq üçün bu məhsullara diqqət yetirin. Bu bitki xərçəngin qarşısını alır . Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız . - Qanı təmizləyir v

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

turlar.az

sonxeber.az toy makiyajlari kosmetoloq geyim seçimi ari mehsullari hamiləlikdən sonra maraqlı əbdürrəhim bəy haqverdiyev kosmetika irem derici novruz bayramina aid opusme qızlıq pərdəsi baldiza aid hakisda