Əlimizin içindəki xəttlər həyatımızdan xəbər verir

Əlimizin içindəki xəttlər həyatımızdan xəbər verirƏlimizin içindəki xəttlər həyatımızdan xəbər verir

"Bu elmə o insanlar falçılıq deyir ki onların nə bu elm haqında, nə də astrologiya haqqında bilikləri var. Bu elm qədim bir elmdir və əlin cizgilərindən insanın taleyini bildirir. Orta əsrlərdə bu elmin çoxlu nümayəndələri olub. Lakin inkvizisiya onları bidətçilikdə - falçılıqda ittiham edərək öldürüb".

Zamanından asılı olmayaraq qeyri-adiliklər insanların daim maraq dairəsində olub. Öncəgörmə, ulduz falı, hipnoz, mifik varlıqlar və digər bu kimi məfhumlar həmişə maraq kəsb edən mövzular sırasında olub. Xiromantiya elmini də bir çox insanlar fal və ya öncəgörmə kimi başa düşsələr də, əslində xiromantiya qədim Hindistanda yaranan bir elmdir. Təsadüf deyil ki, bizim "alın yazısı" kimi təqdim etdiyimiz ifadəyə qədim hindlilər "əl yazısı" deyirlər. "Xiros" yunanca əl, ovuc deməkdir. Uzun müddətdir bu elmlə məşğul olan və elmin həyatda özünü demək olar ki, tam təsdiqlədiyini deyən xiromant Cabbar Qurbanovun fikrincə, bu elmi qəti olaraq falçılıqla səhv salmaq olmaz.

Xiromantiya elmi insanlar tərəfindən xurafat kimi qarşılandığı bir zamanda, bəzi insanlar bunu elm kimi qəbul edir. Hətta Hindistanın Bombey şəhərində yerləşən Hindistan Beynəlxalq Universitetinin xiromantiya fakültəsində və Kanadanın Monreal şəhərində Beynəlxalq Xiromantiya Akademiyasında xiromantiya elm kimi tədris olunur. Cabbar Qurban deyir ki, əslində bu elmi məntiqi və idrakı kifayət qədər olan insanlar asanlıqla öyrənə bilərlər. Bunun üçün ilkin olaraq 4 əsas xətti bilmək lazımdır. Bu xətlərdən birincisi, baş barmağın qabarı ətrafında halqalanan xətdir. Buna həyat xətti də deyirlər. Bu xəttə diqqət yetirməklə insanın sağlamlığının necə olacağını, həyatının necə keçəcəyini, ömrünün qısa və ya uzun olacağını bilmək olur.

İkincisi, köndələn şəkildə şəhadət barmağına doğru uzanan və bəzən ovucun ortasında olan xəttə ürək və ya ünsiyyət xətti də deyirlər. Bu xətt insanın daxili aləminin, hisslərinin, başqaları ilə ünsiyyət qurmaq bacarığının göstəricisidir. Bu xətt nə qədər şaxələnirsə, deməli, adam bir o qədər də ruhən başqalarına yaxın və ünsiyyətcildir. Üçüncü xətt baş barmaqla şəhadət barmağı arasından başlayır və ovucun çeçələ barmaq istiqamətinə doğru uzanır. Ürək xəttinə təxmini paralel olan ağıl və ya intellekt xətti də var. Bu xətt sahibinin hisslərə üstünlük verdiyini, başqa birində isə intellektə əsaslandığını göstərir. Bu intellekt xəttinin uzunluğu, dərinliyi, xüsusən sona doğru bütöv olması insanın ağlının, intellektinin, düşüncəsinin nə səviyyədə olacağını göstərir.

İnsan əlində olan əsas xətlərdən dördüncüsü isə tale xəttidir. Tale xətti əlin biləyə birləşən hissəsindən orta barmağa doğru uzanan xətdir. Bu xəttin düz, əyrilik olmadan istiqamətlənməsi həmin insanın həyatının rəvan, rahat, sağlamlığının isə kafi olmasının göstəricisidir. Elə adam var ki, əlinə baxdıqda həyatı boyu heç bir çətinlik çəkmədiyini görmək olar. Sanki belə adamın bütün işləri asanlıqla başa gəlir. Lakin elə adamlar da olur ki, həmin tale xətti qırıq və kəsiklərlə müşayiət olunur. Deməli, həmin adamın həyatı da keşməkeşli keçir.

Xiromant deyir ki, əslində bu 4 xətdən əlavə xətlər də var. Bunlar sabit xətlər deyil. Bu xətlərin içərisində insanların hansı peşəyə sahib olacaqları, xasiyyətlərinin seçilən tərəflərini, hətta o insanın ömrünün səyahətlərdə keçirəcəyini də oxumaq mümkündür.

İnsan, həyatında baş verəcək ən mühüm hadisənin-ailə həyatı qurmaq və neçə övlad sahibi olacağı ilə bağlı sualların cavabı da əldəki xətlərdən tapa bilər. Bunun üçün əlin kənarında yerləşən xətləri müşahidə etmək lazımdır. Çeçələ barmağın yaxınlığında yerləşən xətlərin sayı həmin şəxsin neçə dəfə ailə həyatı quracağına və həmin xətlərə şauqili istiqamətdə olan xətlərin sayı isə onun neçə övlad sahibi olacağına bir işarədir. Cabbar Qurbanov deyir ki, insan əlində olan cizgilər tam olaraq onun həyatının göstəricisi olmaya da bilir.

"Oğru adamın əlində onun oğru olacağı ilə bağlı xüsusi xətlər olur. Eləcə də alim adamın əlində xüsusi işarələr görmək mümkündür. Lakin bir şeyi unutmaq olmaz ki, xətlərin olmağı insan taleyinin 100 faiz yazılması demək deyil. İnsan özü öz taleyini də dəyişə bilir. Allahın hər bir insana qoyduğu bir çərçivə var".

İslam dinində də fala baxmaq şeytan əməli sayılır. Qurani-Kərimin "Maidə" surəsinin 90-cı ayədə deyilir ki, insanların gələcəyi haqda xəbər vermək günah hesab olunur və yol verilməzdir.

Ailə və Uşaq     Baxılıb: 10010   Tarix: 31 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…

Ana südü həm körpə, həm də ana sağlamlığı üçün ən əhəmiyyətli qida qaynağıdır. Bununla əlaqədar türkiyəli professor Nalan Karabayır məlumat verib:. "Ana südü körpələr üçün ən sağlam qida mənbəyidir. Əmizdirmə ana-uşa

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

.

Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir

Yeni bir araşdırma uşaqları döyməyin beyin inkişafına təsirini aydınlaşdırıb. Bir çox valideynlər mübahisə edə bilər ki, səhv bir şeyi təkrarlamamaq üçün uşağına yüngül bir şillə vurulmalıdır. Ancaq bu valideynlər bilməlidirlə

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

turlar.az

sonxeber.az geyim dəbləri sac duzumleri adlarin menasi azerbaycan haqqinda biserli uzun donlar şorbalar hamiləlikdə qidalanma kosmetika qiz adlari usaq seirleri xərçəng bürcü toy gecesı lakonizm