Əlindəki fənər 6 yaşlı Teymuru Xocalı soyqırımından xilas edib - VİDEO

Əlindəki fənər 6 yaşlı Teymuru Xocalı soyqırımından xilas edib - VİDEOAzərbaycan Televiziyası Xocalı soyqırımına həsr olunmuş bədii-sənədli film hazırlayıb.
Open.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, televiziyanın Kinoproqramlar və dublyaj baş redaksiyasının istehsalı olan film "Ümid işığı" adlanır. Real faktlar əsasında çəkilən filmin 26 fevralda - Xocalı soyqırımı günü nümayiş olunması nəzərdə tutulub.
"Ümid işığı" Xocalı soyqırımı zamanı Teymur adlı körpənin yaşadıqlarından bəhs edib. Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum edəndə Teymurun 6 yaşı olub. Şaxtalı bir qış gecəsində anasının şirin laylası altında yatan Teymur qəflətən ah-nalə səsinə oyanır, gözlərini açanda günahsız insanların necə qətlə yetirildiyini, ona qucaq açan yaxınlarının ayaqyalın, başıaçıq qarın üzərinə necə "səpələndiyini" görüb.
Sağ qalan insanların helikopterlə təxliyəsi zamanı anası Teymuru Xocalıda unudub. Əlindəki fənər onun ümid işığına çevrilib. Məhz fənər sayəsində 6 yaşlı uşağı xilas etmək mümkün olub.
Teymur yaşadıqlarını belə xatırlayıb:
"Üç gün idi xilas olmağa çalışan ailəm, qohumlarım və digər xocalılılarla birlikdə şaxtalı, qarlı havada yol gəlirdik. Atam ağır yaralanmışdı. Anamın qucağında körpə uşaq var idi. Onlar hara getsə, arxalarınca qaçırdım. Gücüm ancaq evdən götürdüyüm fənərlə gecələr getdiyimiz yolu işıqlandırmağa çatırdı.
Biz vertolyota çatanda dedilər ki, birinci yaralılar və qucağında körpə uşaq olanlar xilas ediləcək. Vertolyot ətrafında qarışıqlıq yaranmışdı, hamı xilas olmağa çalışırdı. Vertolyot havaya qalxanda mənim də içəridə olduğumu güman ediblər, ancaq həmin vaxt mən yaddan çıxıb yerdə qalmışdım.
Nə edəcəyimi bilmirdim, son ümidim əlimdəki fənəri vertolyota tərəf tuşlamaq oldu. İşığı görən pilotlar yenidən yerə enib məni də götürdülər. Həmin fənəri bu günə qədər saxlayıram. Bu fənər həyatımın ümid işığıdır".
Qisas hissi ilə böyüyən Teymurun Vətən Müharibəsi başlayanda cəbhəyə yollanması, xocalılıların və yaxınlarının qisasını almaq üçün ağır döyüşlərə atılması filmdə obrazlı şəkildə canlandırılıb.
Zaqatalanın Muğanlı, Kəpənəkçi kəndlərində lentə alınan filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissoru Natiq Novruzov, quruluşçu operatoru Cavid Əliyev, operatoru Kamran Soduyev, prodüseri Fatimə Əzimovadır.

Şou Biznes     Baxılıb: 1287   Tarix: 01 mart 2021
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zarina: 'Bir çox ailə problemlərində günahkar valideynlərdir

"Xəzər axşamı" verilişinə qonaq olan aktrisa Zarina Qurbanova maraqlı açıqlamsı ilə yadda qalıb. xəbər verir ki, o, boşanmalara münasibət bildirərək fikirllərini izləyicilər ilə bölüşb. "Mənim 33 yaşım var

.

Sevgilisi ilə dalaşdı, təcili tibbi yardım gəldi

Britni Spirs yenidən qalmaqal ilə gündəmə gəlib.  . xəbər verir ki, o, sevgilisi Paul Richard Soliz ilə Los-Ancelesdəki Chateau Marmont otelində istirahət edərkən aralarında münaqişə yaranıb. Hadisə şahidlərinin jurnalistlər

.

Azərbaycan 'Avroviziya'nın növbəti mərhələsinə keçə bilmədi

"Avroviziya-2024" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib. xəbər verir ki, nəticələrə görə Azərbaycan final mərhələsinə keçə bilməyib. 12-ci sırada çıxış edən təmsilçilərimizin bu günə qədər bukmeykerlə

.

Evlilik tarixi bəlli oldu

Aktyor Tolqa Sarıtaş evlilik hazırlıqlarına başlayıb. xəbər verir ki, aktyor pərəstişkarlarına şad xəbəri verərək iyunda nikah masasına oturacağını açıqlayıb. Gəlinlik və bəy kostyumunu gələcək həyat yoldaşı Zeynep Mayruku

.

Acun Ilıcalı daha bir komandanı alır

İngiltərə çempionatının komandalarından olan "Hall Siti"nin sahibi Acun Ilıcalı daha bir komandanı alacağını açıqlayıb. xəbər verir ki, o, bu dəfə Sloveniyanın "Maribor" komandasını alacağını deyib. Ilıcal

.

Qorxaq kişiləri sevməyin' - Günel etiraf etdi

"Adam dəqiq olmalıdır. Bir-birinizə açıq olun. İlk başlarda necədirsə, elə məsum qalsın".  . xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. "Kişi özünə inanmırsa, karmaya girməsin

.

Aşıq Əli: "Dərmanlardan sonra kökəldim

"Uşaqlıqda xəstə olmuşam. Dərmanlardan sonra kökəldim". -a istinadən xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu verilişlərin birində deyib. Artıq çəkisindən danışan sənətçi buna keçirdiyi xəstəliyin səbəb olduğun

.

Reynmen sevgilisinə evlilik təklifi edib

Sosial mediada Reynmen kimi tanınan türkiyəli müğənni Yusuf Aktaş izləyicilərinə evlənəcəyini açıqlayıb. xəbər verir ki, Reynmen sevgilisi Cansu Kurtarana evlilik təklif etdiyini deyib. Cütlüyün yayın əvvəlində evlənəcəy

.

Orxan Zeynallının konserti baş tutdu - FOTOLAR

Reper Orxan Zeynallının "Buz uşağı" adlı konserti baş tutub. xəbər verir ki, Bakı İdman Sarayında keçirilən gecə anşlaqla keçib. Sənətçi 500-ə yaxın insan qarşısında çıxış edib. Konsertdə Orxan Bakı Opera Orkestr

turlar.az

sonxeber.az yaz geyimleri 2024 kosmetik vasiteler maskalar körpəyə qulluq pəhriz diet hamilə geyimləri saç tökülməsi kosmetika ariqlamaq aybawi gözəllik uşaq şeirləri burcler