Əllərə qulluq

Əllərə qulluqİşlərimizin çoxunu əllərlə gördüyümüz üçün ən çox əllər çirk olur və tez-tez yuyulur. Əlləri tez-tez yuduqda, xüsusən də qış aylarında əlin dərisi quruyur və qabıq verir. Ona görə də əllərini tez-tez yuyan adamlar (həkimlər,ərzaq istehsalatında işləyənlər, bərbərlər) əllərini zərif uşaq sabunu ilə yumalıdırlar. Əllər qurulanandan sonra qliserinli kremlə kremlənməlidir. Eyni ölçüdə götürülmüş qliserin və naşatır spirti qarışımı da əllərin elastikliyinin bərpasında yardımçı olur.
Ev işlərində, istehsalatda əllər tez-tez çirklənirsə, əllərə ya qoruyucu krem çəkilməli, ya da əlcək geyinilməlidir.
Əllərdə irinli xəstəliklər əmələ gəlməsin deyə, əlləri yuduqdan sonra ilıq naşatır spirti məhluluna batırılmış pambıqla silmək lazımdır.
Əlləri kobudlaşmış və qabıq verən adamlar gecə vannaları qəbul eləməlidirlər. 2 litr ilıq suya 2 xörək qaşığı üzüm sirkəsi əlavə edib, əlləri 15 dəqiqə onun içində saxlamalıdırlar.
1,5 litr suya 1 xörək qaşığı qliserin, yarım çay qaşığı naşatır spirti qatıb əlləri 10 dəqiqə saxlamaqla kobudlaşmış dəridən xilas olmaq olar.
Tünd çay, şalfey, palıd dəmləməsi ilə əlləri vanna etmək dəriyə yaxşı təsir bağışlayır.
Tarlada işləyən qadınların əlləri kimyəvi dərmanların və bitkilərin təsirindən cadar-cadar olur və çatlayır. Bunun qarşısını almaq üçün 2 çay qaşığı kartof ununu, 1 stəkan suda bişirməli, 2 litr su ilə qarışdırmalı və ilıq halda vanna etmək lazımdır.
Əllərdə qabar əmələ gəlirsə, həftədə 2-3 dəfə ilıq sodalı su ilə vanna etmək lazımdır.
Əllərin dərisində olan kobudlaşmanı aradan qaldırmaq üçün səhər və axşam limon dilimi ilə əlləri sürtmək lazımdır. Bu dərini yumşaq və hamar edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1371   Tarix: 24 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Günün bu saatları dərs oxusanız, beyin

Qısa müddət sonra on birinci sinif şagirdləri buraxılış və qəbul imtahanları verəcək, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün isə yay sessiyası başlayacaq. Bir çox tələbə vərdiş etdiyi gecə dərslərində

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı

Yaponiyanın Toregem Biopharma startapı dişlərin böyüməsi üçün dünyada ilk dərmanın sınaqlarını elan edərək stomatologiya sahəsinə inqilabi töhfə verib. .   -a istinadən xəbər verir ki, bu dərman, yaradıcılarının iddia etdiy

.

İqlim dəyişikliyi bu xəstələrə mənfi təsir göstərir

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.   -a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin himayəsi altında fəaliyyət göstərən bir qrup alimi

.

30 dəqiqədən artıq telefonla danışmaq

Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir. -a istinadən xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasiir insanlara təzyiq problemi yaratmasından danışıb:

.

Diqqət: Bu kartof çox təhlükəlidir

Göyərmiş, yaşıla çalan kartof ən zəhərləyici təsirli kartofdur. -a istinadən xəbər verir ki, terapevt, tibb elmləri namizədi Marqarita Koroleva yaşıl rəng almış kartofun zərərindən danışıb:. "Kartof gün altında uzu

.

Mütləq səhər yeməyi yeyin

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. axşam.az-a istinadən bildirir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksə

.

Ürəyi dərmansız gücləndirməyin yolu

Stress, təşviş və gərginlik ürək və digər orqanlarda problemlər yaradır. "medicina"ya istinadən xəbər verir ki, alimlər ürəyi qüvvətləndirmək üçün dərmansız təsirli metod açıqlayıblar. Stress və narahatıq, fiki

.

Gənələr ən çox bu qan qruplarına düşür: Otluqda oturanlara XƏBƏRDARLIQ

Yaz və yay aylarında park, bağ kimi, çəmənlərin olduğu yerlərdə insanlar dincəlməyə üstünlük verir. Ancaq otluqda oturub durandan sonra bədəninizi yoxlamaq tövsiyə olunur. Əgər bədəninizdə gənə aşkarlasanız va ya hər hans

turlar.az

sonxeber.az makiyaj etmek qaydalari geyim dəbləri qaşların formalari qripdən qorunmaq yuxuyozmalar infarkt elametleri kolbasa hazirlanmasi kosmetika novruza aid hakisda toy gecesı statuslar toy gecesi baliq burcu