Əllərə qulluq

Əllərə qulluqİşlərimizin çoxunu əllərlə gördüyümüz üçün ən çox əllər çirk olur və tez-tez yuyulur. Əlləri tez-tez yuduqda, xüsusən də qış aylarında əlin dərisi quruyur və qabıq verir. Ona görə də əllərini tez-tez yuyan adamlar (həkimlər,ərzaq istehsalatında işləyənlər, bərbərlər) əllərini zərif uşaq sabunu ilə yumalıdırlar. Əllər qurulanandan sonra qliserinli kremlə kremlənməlidir. Eyni ölçüdə götürülmüş qliserin və naşatır spirti qarışımı da əllərin elastikliyinin bərpasında yardımçı olur.
Ev işlərində, istehsalatda əllər tez-tez çirklənirsə, əllərə ya qoruyucu krem çəkilməli, ya da əlcək geyinilməlidir.
Əllərdə irinli xəstəliklər əmələ gəlməsin deyə, əlləri yuduqdan sonra ilıq naşatır spirti məhluluna batırılmış pambıqla silmək lazımdır.
Əlləri kobudlaşmış və qabıq verən adamlar gecə vannaları qəbul eləməlidirlər. 2 litr ilıq suya 2 xörək qaşığı üzüm sirkəsi əlavə edib, əlləri 15 dəqiqə onun içində saxlamalıdırlar.
1,5 litr suya 1 xörək qaşığı qliserin, yarım çay qaşığı naşatır spirti qatıb əlləri 10 dəqiqə saxlamaqla kobudlaşmış dəridən xilas olmaq olar.
Tünd çay, şalfey, palıd dəmləməsi ilə əlləri vanna etmək dəriyə yaxşı təsir bağışlayır.
Tarlada işləyən qadınların əlləri kimyəvi dərmanların və bitkilərin təsirindən cadar-cadar olur və çatlayır. Bunun qarşısını almaq üçün 2 çay qaşığı kartof ununu, 1 stəkan suda bişirməli, 2 litr su ilə qarışdırmalı və ilıq halda vanna etmək lazımdır.
Əllərdə qabar əmələ gəlirsə, həftədə 2-3 dəfə ilıq sodalı su ilə vanna etmək lazımdır.
Əllərin dərisində olan kobudlaşmanı aradan qaldırmaq üçün səhər və axşam limon dilimi ilə əlləri sürtmək lazımdır. Bu dərini yumşaq və hamar edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1060   Tarix: 03 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Baş ağrısına dözmək görün nələrə səbəb olur

Həkimlər baş ağrısına dözməyin təhlükəli olduğunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, baş ağrısı təhlükəli xəstəliklərin əlaməti ola bilər. Baş ağrıları müxtəlif tibbi şərtlərin əlaməti ola bilər, lakin çox vax

.

Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı

Yaponiyanın Toregem Biopharma startapı dişlərin böyüməsi üçün dünyada ilk dərmanın sınaqlarını elan edərək stomatologiya sahəsinə inqilabi töhfə verib. .   -a istinadən xəbər verir ki, bu dərman, yaradıcılarının iddia etdiy

.

Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI

Bəzən yetkin insanların bir çox məsələlərdə şəxsi rəyi olmur və özünü müdafiə edə bilmir. Məsələ burasındadır ki, bu xüsusiyyət gənc yaşda formalaşır.   -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, valideynlər müstəqi

.

Cinsi gücü artıran, orqanizmi gənc saxlayan qidalar – İllərə meydan oxuyun

Sağlam cinsi həyat psixi və fiziki sağlamlıq baxımından mühüm rol oynayır. Cinsi həyat stress kimi səbəblərdən təsirlənsə də, istehlak edilən qidalar da böyük əhəmiyyət kəsb edir. Tərəvəzlər və yağsız zülallarla zəngin, həmçini

.

Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ

"Elektron siqaretlərin istifadəsi adi siqaretlə müqayisədə orqanizmə nikotinin daha çox daxil olmasına gətirib çıxarır ki, bu da orqanizmin müxtəlif həyati sistemlərinə mənfi təsir göstərir". -a istinadən bildiri

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

.

Gözəllik prosedurları üçün ən ideal yaş dövrü hansıdır?

Rusiyalı kosmetoloq Yekaterina Şostak xüsusi inyeksiyaların köməyi ilə cavanlaşmaq üçün hansı yaşın daha uyğun olduğunu açıqlayıb. -a istinadən bildirir ki, inyeksiya ilə üz dərisini cavanlaşdırmaq üçün ən uyğun yaş menopauzada

.

Yaz yorğunluğu ilə mübarizə aparmağın sirri

Baharla birlikdə dəyişməyə başlayan gündüz və gecə dövrləri, iqlim dəyişikliyi səbəbi ilə orqanizmin yeni şərtlərə uyğunlaşmağa çalışması asan deyil. axşam.az-a istinadən bildirir ki, mütəxəssislər yaz yorğunluğu ilə mübariz

turlar.az

sonxeber.az maskalar geymler 2024 geyim şəkilləri maraqlı faktlar bayatilar xinayaxdi ucun tük tökən əqrəb bürcü kosmetika atalar sozu qz eviyçun hakışta faydalı bilgilər bürcler bahar