Əllərinizin çatlamaması, daha zərif olması üçün bu maskaları edin

Əllərinizin çatlamaması, daha zərif olması üçün bu maskaları edinSoyuq hava ilə əlaqədar əllərin dərisi quru, kobud olur. Nəticədə əllər qızarır və çatlamağa başlayır. Əllərimizin yumşaq olması üçün bunları etməliyik.

Soyuq havada əlcəksiz çölə çıxmayın. Çölə çıxmamışdan 30-40 dəqiqə əvvəl əllərinizə qoruyucu krem vurun. Evdə qabları yuyarkən, ev işləri görərkən xüsusi əlcəklərdən istifadə edin.

Əlcəkdən istifadə etməsəniz əllərinizin dərisi çatlayacaq və zamanla kobud görünüş alacaq. Əllərinizi həmişə isti su ilə yuyun.

Əllər üçün xüsusi vannalar edin: Bu vannalar əllərin qidalanması və dərinin nəmlənməsi üçün nəzərdə tutulub. Prosedur üçün 1 çay qaşığı kraxmalı 1 litr isti su ilə qarışdırın. Əllərinizi bu qarışığın içərisində saxlayın. Bu proses 7-15 dəqiqə davam etməlidir. Çünki bu vaxt ərzində əllərinizin tərkibindəki epidermisin vəziyyəti yaxşılaşmağa başlayır. Bu vanna vasitəsilə əlləriniz yumşalacaq.

Əllərin dərisinin tonusunu normalda saxlamaq üçün daha bir maska təqdim edirik. Bunun üçün mixək, qreypfrut yağı, limon suyu və sodadan istifadə edin. Bu qarşıqda əllərinizi 7-10 dəqiqə saxlamalısınız.

Əllərin dərisinin nəmlənməsi, qidalanması üçün digər maskamız budur: Südə bir neçə qaşıq zeytun yağı və mixək qarışdırın. Əlləriniz bu qarışıqda 10 dəqiqə saxlayın.

Gözəllik və Moda   Baxılıb: 1011   Tarix: 15 fevral 2016  
f Paylaş




DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti