Əməkdar artist göz yaşı tökdü: "Onun xəstəliyi imkan vermədi ki, bu illəri doyunca yaşayım" - FOTO

Əməkdar artist Elşən Cəbrayılovun Milli.Az-a müsahibəsi

- Elşən bəy, siz dəyərli sənətkarımız Şahin Cəbrayılovun oğlusunuz. Sənətə gəlişinizdə atanızın təsiri olubmu?

- Atam böyük sənətkar, gözəl insan idi. Teatrı mənə o sevdirib. İncəsənətə gəlməyimi istəmirdi, çünki bilirdi ki, bu sənət əziyyətlidir. Bilirdi ki, əsəblərimin pozulduğu vaxtlar özümü ələ ala bilməyəcəyəm. Özü çox əsəbi insan idi, indi də evə girəndə elə bilirəm ki, səsi gələcək. Atama çox bağlı övlad olmuşam. Yəqin ki, elə buna görədir ki, xəstə olduğu illərdə ona layiqincə baxmışam. Atamdan çox şeylər öyrənmişəm. O, çox savadlı insan idi, ölümündən sonra qalan kitabxanası buna əyani sübutdur. Məni özü ilə teatra aparardı, teatrda və evimizdə dəyərli sənətkarların bir çoxunu uşaqlıqdan görmüşdüm. Onlar bizə tez-tez gələr, atamla sənət söhbətləri edərdilər. Çox təəssüf ki, bugünkü gündə nə atam, nə də ki onların çoxu həyatda var. Heç bir övlada çəkdiyim əziyyətləri arzulamıram. Amma valideyn qayğısı çəkmək şərəfdir. Həmişə deyirəm ki, atam gərək həyatdan belə getməzdi. O, buna layiq deyildi.

- Uşaqlıq illərinizi necə xatırlayırsız? Uşaqlıqınızı doya-doya yaşaya bildinizmi?

- (Dərindən köks ötürərək) Eh, uşaqlıq illərim... Həm acılı, həm şirinli illərim. Atamın xəstəliyi imkan vermədi ki, bu illəri gözəl yaşayım. Ümumiyyətlə, gənclik illərimdən danışanda kövrəlirəm. Heç bilmədim bu illər necə keçdi? Çox işləyərək bu illərin bəhrəsini gördüm. Evə mən baxırdım, təsəvvür edin mən tək bunu bacardım, məğlub olmadım. Çünki o kişinin övladı idim.

- Sənətə gəlişin həyatda nələrdən sizi məhrum etdi?

- Sənət mənə çox çörək, şöhrət verdi. Alqışlarla, rollarımla, aparıcılığını etdiyim dövlət tədbirləri ilə yaşayıram, fəxr edirəm. Sənət məndən heç nə almadı, çünki ağılla davrandım. Atamın səhvlərini təkrarlamadım, təbii ki, əsəbləşməyi nəzərdə tuturam. Düzdü, arada olur, amma hisslərimi cilovlaya bilirəm.

- Rəhmətə gedərkən nəyi vəsiyyət etdi sizə?

- Ölümündən bir həftə öncə söhbətimiz oldu. Bunları demək mənə çox pis təsir edir (kövrəlir). Anamı, bacılarımı mənə tapşırdı. Ən çox da anamı, dedi ki, onu tək qoyma. Təsəvvür edin ki, yas mərasiminə kimi mənə məsləhət verdi. Dedi ki, aparın məni səssiz dəfn edin, üstümə də bir nişanə qoyun ki, qəbrim itməsin. Sonda məndən halallıq da aldı. Təbii ki, bunları mən gülərək zarafat kimi qəbul etdim. Haradan biləydim ki, yazıq atam ölümünü hiss edirdi? Onun vəfatından sonra depressiyaya düşdüm, həyata belə nifrətlə baxırdım.

- Sənət dostları atanızın ölümündən sonra ailənizdən uzaqlaşdılar, yoxsa əksinə?

- Həyatda olan atamın sənət dostları ilə teatrda çiyin-çiyinə çalışıram. Yanlarındayam, bu, mənə bəsdir. Hörmətimi saxlayırlar, mənə nəvaziş göstərirlər.

- Elşən, çoxları fikirləşir ki, atanız teatrda çalışırdı deyə sizi də ora qəbul etdilər. Əgər istedadla bu birlik təşkil etməsəydi, orada çalışardınız?

- Mən Akademik Milli Dram Teatrında böyümüşəm. Universitetdə təhsil ala-ala teatrda rollar oynayırdım, həm də Musiqili Teatrda balet artisti idim. Bu, mənim bir aktyor kimi plastikamın inkişafı üçün lazım idi. Universiteti bitirən kimi öz doğma teatrımda ştatla işə qəbul olundum. Atam xəstə olduğundan artıq səhnəyə çıxmırdı, teatrda isə yer yox idi. Ərizəsini yazıb öz yerini mənə verdi. Son dəfə əlində əsa teatrdan gedəndə onun baxışları məni ağlatdı. Dedim ki, nahaq yerini mənə verdin, dedi ki, sən olmasaydın, onsuz da, o yeri başqası tutacaqdı.

- Ailə həyatı qurarkən bəs teatrdan kimləri dəvət etmişdiniz?

- Bütün teatr orada idi. Elə adam yox idi ki, gəlməsin. 2 nəfər üzrlü səbəbə görə gəlməmişdi. Heç kim inanmırdı ki, mən özümə təkbaşına toy edəcəyəm.

- Atanızı itirəndən sonra teatra gəlmək, təbii ki, sizin üçün çox çətin olub. Necə çıxdınız bu depressiyadan?

- Qapıdan içəri girəndə məni ağlamaq tuturdu. Elə bilirsiz indi elə deyil? Hər gün teatra gedəndə yadıma düşür, bu, silinməz bir yaddaşdır. Fikir verməyin çox kövrək insanam (ağlayır).

- Paxıllığını çəkənlər, mane olanlar çox olurdu sizə teatrda?

- Mən bunu hər addımımda hiss edirəm. Amma görməməyə çalışıram, onlara yazığım gəlir. Zəhərli bir həyat sürürlər.

- Kimdir ki, onlar?

- Bu kimi insanlar istər sənətdə, istərsə də adi həyatda çoxdur. Mən o cür insanlara fikir versəydim, bu səviyyəyə çatmazdım.

- Bezdirib uzaq salmaq istəyənlər olub sizi?

- Xeyr, buna yol vermərəm.

- Nə vaxtsa atanızın taleyini yaşamısız?

- Atamın taleyini yaşamamışam, hiss etmişəm. Allah hər bir kəsə bir alın yazısı bəxş edir. Atamın alın yazısı ürəkaçan olmadı.

- Teatr düşünürsüz ki, təkcə istedadlı insanların yeridir?

- Belə olsaydı, nə gözəl olardı. Yetərincə istedadsız, səhnədə gəzə bilməyən aktyorlar çoxdur. Səhnə bir meydandır, hamı özünü güclü saya bilər. Amma səhnəyə çıxanda güclü də bilinir, zəif də. Onlar səhnədən getsələr, yaxşı olardı. Teatr bir ələkdir, bu ələkdən çoxları ələnib.

- Azərpaşa Nemətov teatrınıza direktor təyin olunanda bir çox aktyorlar ümüd edirdi ki, hər şey yaxşı olacaq. Hər şey gözlədiyiniz kimi oldu?

- Hər şey birdən-birə olmur ki. Azər müəllim çalışır ki, aktyorlar üçün sevindirici işlər görsün. İnanıram ki, belə də olacaq. Söhbət məndən gedirsə, bugünkü gündə bir çox tamaşalarda oynayıram. Buna misal olaraq, "Müfəttiş", "Almaz" tamaşasındakı rollarımı göstərə bilərəm.

- Firəngiz Mütəllimova saytımıza müsahibəsində qeyd etmişdi ki, özləri üçün səhnəyə gül gətizdirənlər var. Onların kimliyini siz bilirsiz?

- Kimlərsə bunu arzulayır, amma gül ala bilmir. Yəqin ki, ona görədir. Amma bizim yaxınlarımız, əzizlərimiz də tamaşaya əliboş gəlmirlər. "Müfəttiş" tamaşasında tanımadığım tamaşaçı tərəfindən hədiyyə aldım. Hədiyyəni açıb baxdım ki, brilliyant qaşlarla bəzədilmiş bir üzükdür. Bir az narahat qaldım, bilmədim ki, kimdir. Kimlər özləri üçün gül gətizdirir, baş əyən zaman bu hiss olunur.

- Müsahibə gedişində hər dəqiqə də övladlarınızdan danışmağınız diqqətimdən yayınmadı. Görünür, olduqca ailəcanlısız. Hətta övladlığa uşaq da götürmək istəyirdiniz. Bu istəyiniz necə oldu?

- Bəli, ailəmi çox sevirəm. Amma bütün bunlara baxmayaraq ev problemi məni narahat edir. Ümid edirəm ki, nə vaxtsa bu problem də düzələcək. Mənim iki övladım var: Şahin və Zəhra. Yenə uşaq istəyirəm, fikrimdən daşınmamışam. İstəyirdim ki, 1 qız övladı götürüb saxlayım. Bir az imkan buna yol vermədi.

- Bəs harada yaşayırsız?

- Xalamgildə yaşayıram. Çətindir, amma nə edim?

- Ata eviniz bəs nə oldu?

- Atam 32 kv m evdə dünyasını dəyişdi. Təsəvvür edin indi bu ev nə vəziyyətdədir.

- Hal-hazırda bu evdə kim yaşayır?

- Anam, o ev anamındır. Onu o evə atamla yaşanan xatirələr bağlayır. O evin hər bucağında atamın bir xatirəsi var.
Əməkdar artist göz yaşı tökdü: "Onun xəstəliyi imkan vermədi ki, bu illəri doyunca yaşayım" - FOTOƏməkdar artist göz yaşı tökdü: "Onun xəstəliyi imkan vermədi ki, bu illəri doyunca yaşayım" - FOTO

Xəbərlər     Baxılıb: 1992   Tarix: 22 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir?

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsin

.

İnsan hər gün ağlasa nə olar?

Duyğularınızı daim nəzarətdə saxlamaq və ağlamağa imkan verməmək son dərəcə zərərlidir. Ancaq hər gün uzun müddət ağlamaq sağlamlığa zərər verə bilər. İnsan hər gün ağlasa nə olar?. -a istinadla xəbər verir ki, tez-tez ağlama

.

Necə qidalansaq, mədəmiz də bayram edər?

Baharın gəlişinin rəmzi olan Novruz bayramının süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatsız, çərəzlərsiz təsəvvür etmək mümkün deyil. Amma bu süfrəsini zənginləşdirməyə çalışarkən qidalanmada yol verdiyimiz bəzi səhvlə

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Gündə 50 qram halva yeməyin faydaları

Halva gündə 50 qramdan çox olmamaq şərti ilə ürək və bağırsaqlar üçün faydalıdır,. "unikal"a istinadən xəbər verir ki, zülallar, vitaminlər və minerallarla (kalsium, dəmir və maqnezium) zəngin olan halva qığırdaq

.

Zeytun yağının içinə limon sıxıb içsəniz

Ən sağlam yağlar arasında yer alan zeytun yağı istehlakı ilə bir çox fayda təmin edir. Zeytun yağının tək başına faydaları ilə yanaşı, alternativ istifadəsi də var. Bu barədə -ə istinadən xəbər verir. Sağlam həyat vərdişlərini

.

Oruclu insan niyə daha sağlam olur?

Oruc tutmaq hər bir müsəlmanın vacib ibadətlərindən biridir. Lakin oruc həm də fiziki-ruhi sağlamlıq üçün çox əhəmiyyətlidir. qafqazinfo-ya istinadən xəbər verir ki, oruc zamanı orqanizmdə hüceyrə yenilənməsi baş verir və toksinlə

.

Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Uşaq salfetləri, yuyucu vasitələr, eləcə də dırnaq boyalarında olan OFR və QAC kimyəvi maddələri beyin strukturlarına zərər verə bilər və autizm riskini artırır. -a istinadən bildirir ki, bunu ABŞ-ın Case Uestern Reserv

.

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

ABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan "Fusobacterium nucleatum" bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanı

turlar.az

sonxeber.az geymler 2024 qis geyimləri 2024 hamiləlik mürəbbələr hamilə geyimləri babil baglari maskaların hazırlanması kosmetika qiz evi ucun burclerin uyumu hakista sozler bayraq damla