Ən bəxti gətirən bürc hansıdır?

Ən bəxti gətirən bürc hansıdır?Hər birimiz nə vaxtsa çətin vəziyyətlə üzləşmişik. Bəzən də elə olur ki, uğursuzluqlar hansısa naməlum səbəblərə görə, üstəlik ard-arda baş verir.
Bəziləri isə öz istək və arzularına asanlıqla və əziyyətsiz nail olur. Bəs niyə çoxlarının həsrətində olduğu gözəl bəxt və şans hər kəsin üzünə gülmür?
Astroloqlar bunu bürclərə bağlayır. Belə ki, onlar zodiak işarələrinin insan həyatına təsirsiz ötüşmədiyini iddia edir. Odur ki, biz bu dəfə qoroskop həvəskarlarını ən məsud və şanslı bürclərin siyahısı ilə tanış etməyə qərar vermişik.
Qoç
Bütün Qoçlar bəxti gətirənlər qrupuna aid edilir. Bu insanların həm məhəbbət, həm də pul məsələsində bəxti üzünə gülür. Bu və digər sahədə bəxt tamamilə başa düşüləndir, çünki Qoçlar iddialıdır, ehtiraslıdır və uduzmaqdan qorxmurlar, oyun prosesinin özü onların xoşuna gəlir. Nəticədə isə qazanan tərəf onlar olur. Onlara oxşamağa çalışmayın, onsuz da, bu, sizdə alınmayacaq.
Buğalar
Buğaların sevgidə bəxti inanılmaz dərəcədə gətirir. Bu işarə altında doğulan kişilər də, qadınlar da, qarşı tərəfi yoldan çıxartmağın yollarını yaxşı bilir. Bu, onları həm də maliyyə qələbələrinə aparıb çıxarır. Əgər Buğalar kifayət qədər hiyləgərdirsə, onda onlar öz məqsədləri naminə həmişə və hər yerdə mənfəətli tanışlıqdan istifadə edə biləcəklər.
Əkizlər
Fortuna (Fortuna - Roma mifologiyasında bəxt allahı) Əkizlərə tez-tez kömək etmir. Əsasən bəxt onların üzünə çıxılmaz vəziyyətlərdə gülür. Qəfil hansısa inanılmaz qüvvə tərəfindən bütün problemlər həll olunur və onlar sudan quru çıxırlar. Məsələn, maddi durum pis olanda, kimsə gözlənilmədən onlara pul verir. Əkizləri məhz bu səbəbə görə, tez-tez başqasının hesabına yaşayan adamlar deyilir.
Xərçəng
Xərçənglər pul və sərmayə məsələlərində çox şanslıdır. Bu anadangəlmə iş adamları öz kapitalını artırmağı və qara gün üçün pul toplamağı yaxşı bacarır. Xərçəng bürcünün nümayəndələri düzgün tanışlıqlar qurur. Xərçənglər həyat yolunun əvvəlində onları yarı yolda qoymayan, heç vaxt düşmənə çevrilməyən yaxşı dostlar qazanır.
Şir
Şirlərin qüsurları və zəif cəhətləri çoxdur, ona görə də Fortuna onlara digər zodiak işarələri ilə müqayisədə daha çox lazımdır. Bəxt Şirlərə bütün məhəbbətini onlara bəxş edən və qayğısına adamları hədiyyə edir. Şirlərin ətrafında çoxlu dostlar və sevdiyi insan olur. Amma bu, onların möhtəşəm və qeyri-adi olması ilə bağlı deyil, sadəcə, ulduz və Kainat belə istəyir.
Qız
Qızların xoşbəxtliyi ondadır ki, bəxt onların üzünə heç gözləmədikləri, bütün ümidlərini itirdikləri zaman gülür. Təəssüf ki, bu nadir hallarda baş verir. Bu, onların bacarıq və hər bir işi sona çatdırmaq istedadları ilə kompensasiya olunur. Qızlar pul yığmağı və yalnız ən münasib anda müharibəyə başlamağı bacarır. Qısası, diplomat qızlar taktika və strategiya oyunlarında rəqib tanımır.
Tərəzi
Tərəzilər bəxt sarıdan demək olar ki, Qızlarla eyni taleyi yaşayır. Kainat onları bəxtdən, şansdan demək olar ki, məhrum edib. Amma onların bir böyük üstünlüyü var. Doğulanda ulduzlar Tərəzilərə hansısa qeyri-real məlahət və xarizma verir. Bu cazibə onları fiaskodan xilas edir, sevgidə kömək edir və sadəcə uğur gətirir.
Əqrəb
Əqrəblər təbiətən güclüdür və bəxti çox vaxt gətirir. Onların mürəkkəb vəziyyətlərdə problemlərin öhdəsindən məharətlə gəlməsi bunu aydın ifadə edir. Əgər ofisin binası bomba düşsə, onda yalnız Əqrəblər sağ qalacaq. Əgər dünyanın sonu gəlsə, onda Yer Kürəsini Əqrəblər xilas etməli olacaq.
Oxatan
Oxatanlar inanılmaz dərəcədə şanslıdır, özü də bu, onların nə etməsindən asılı deyil. Onlara sadəcə olaraq nəyi isə istəmək kifayətdir. Bir az vaxt keçəcək və onlar öz istəklərinin ilk bəhrəsini görəcək. Oxatanlara həsəd aparmaq olar, bu bürcü bəxt reytinqində yalnız Qoçlar ilə müqayisə etmək olar, bəzən hətta onları üstələyirlər.
Oğlaq
Əgər Oğlaqlardan bəxtin onların üzünə gülüb-gülmədiyini soruşsanız, sizə cavab verəcəklər ki, "Yox". Onlar öz gözündə cəfakeşdir və bütün uğurlarını əzab-əziyyətlə qazandıqlarını iddia edirlər. Əslində isə əksinədir. Tale onlara daim qalib gəlmək və işdə yaxşı vəzifə qazanmaq şansı verir. Oğlaqların sevgidə də bəxti gətirir, amma onlar bunu ya görmür, yaxud da şanslardan istifadə etmirlər.
Dolça
Dolçalar da bəxtəvər bürclərə aid edilir. Dolçalar riski sevir, buna görə tale onları qələbələri ilə mükafatlandırır. Yəqin ki, bir çox filmlərdə müdrik və çox önəmli məlumatlardan xəbərdar olan qəhrəmanları xatırlayırlayırsınız. Bax, Dolçalar da elədir. Onlar həmişə bir addım öndədir, çünki başqalarından daha çox bilir. Necə? Məlum deyil. Yəqin ki, bu Fortunadır.
Balıq
Balıqların da bəxti kifayət qədər tez-tez gətirir, lakin Kainat onlardan bunun əvəzində demək olar ki, həmişə nəsə götürür. Məsələ ondadır ki, Balıqlar nədə bəxtləri gətirəcəyini əvvəlcədən müəyyən edə bilmir. Ona görə də tez-tez çətinliklərlə rastlaşırlar. Balıq bürclərini uğursuz adlandırmaq çətindir, bununla belə bəxtin üzlərinə güldüyünü də demək olmaz.
Publika.az

Mətbəx     Baxılıb: 2711   Tarix: 18 may 2019
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Qara dəniz dadı: Kumak Recipe

Kuymak Resepti üçün Tərkibi. 2 -ci. yığılmış yemək qaşığı. kərə yağı. 2 -ci. yığılmış yemək qaşığı. qarğıdalı unu. bir. su şüşəsi. Bu. (otaq temperaturunda). bir. Damğa. kəsmik. 1 çay fincanı. Qaynar su. bir. çay qaşığı silin

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

turlar.az

sonxeber.az kosmetik vasiteler geyim və ayaqqabılar yaz geyimleri 2024 faydalı məsləhətlər hakışta zirinc faydalari allergik xəstəliklər kosmetika hüzeyir hacibəyov qadin saglamlig lakonizim qoğalın nağlı tapmacalar