Ən çox arzu olunan qadın olmaq istəyirsinizsə, bu xəbəri OXUYUN !

Ən çox arzu olunan qadın olmaq istəyirsinizsə, bu xəbəri OXUYUN !Ötəri həvəs və ehtiras tamamilə kişinin qadını yaxşı tanıdığından sonra ona qarşı yaranan sevgiyə və bağlılığa oxşar deyil. Bir çox xanımlar bəylər tərəfindən heyranlıq dolu baxışlara layiq görülür, amma onlardan yalnız bəziləri belə münasibətlərlə hər gün qarşılaşırlar.

Çoxsaylı sorğular göstərdi ki, kişi qadında minillərlə qiymətləndirilən fizioloji və psixoloji xüsusiyyətləri görmək istəyir. Sosioloqlar kişiləri ən çox cəlb edən və onlarda istək yaradan bir neçə qadın obrazını ayırıblar.

Mükəmməl evdar xanım.

Hərçənd müasir həyat ev məişətində təsərrüfat üzrə müxtəlif texnikadan, hazır yarımfabrikatlardan və köməkçidən istifadə etməyə icazə verir, evdar xanım obrazı reytinqlərin zirvələrini tutmaqda davam edir. Kişilər dadlı yeməyi çox sevirlər, amma onlar çox tənbəldir. Onlar sevdikləri qadının hazırladığı dadlı ev yeməklərindən dadmaq istəyirlər. Qadın əgər yoldaşını dadlı yeməklərlə sevdirə bilirsə, hətta onun təmizliyə riayət etmə bacarıqsızlığı da bağışlanılır.
Əgər siz uşaqlıqdan yemək hazırlamağı sevmirdinizsə və sizdə tamamilə evdarlıq instinktləri yoxdursa, bu zaman yemək bişirməyi öyrənə bilərsiniz. Aşpazlıq dərsləri sizə bir sıza əyləncəli dərsləri təklif edir ki, burada siz həm yemək hazırlamağı öyrənəcəksiniz, həm də ki bir çox faydalı məlumatlar əldə edəcəksiniz.
Şən və qayğısız xanım obrazı.
Kişilər həmişə adi həyat problemləri ilə yüklənməmiş şən qadınlara üstünlük verirlər. Xoşbəxt və gülümsəyən xanım kişinin həyatına parlaq rənglər əlavə edir, kişi də öz növbəsində rahatlaşır və öz problemlərinə başqa tərəfdən baxmağa başlayır. Düzdür, çox vaxt kişi belə qadınlarla ailə həyatı qurmur, amma o məhz belə qadını öz yanında görmək istəyir.
Şəxsi psixoloq.
Kişi istəyir ki, qadın onu anlasın, dinləyə və zəruri olduqda faydalı məsləhət verə bilsin. "Şəxsi psixoloq" rolunda olan qadın ona öz ürəyini boşaldıb, yığılmış neqativdən "azad olmaq" üçün lazımdır. Əgər xanım onun problemlərini, həyata şikayətlərini səbrlə dinləməyi bacararsa və düzgün məsləhətlər verərsə, kişinin gözlərində o qiymətsiz olacaq. Əsas onun evdə problemlərlə bölüşəcəyi, kənarda isə başqa qadınlarla əylənəcəyi bir kəsə çevrilməməkdir. Şəxsi psixoloq olmaq üçün kişini dinləməyi öyrənmək lazımdır və onu hər səhv hərəkəti üçün danlamaq lazım deyil. Bu sevdiyiniz insanın sizə yenidən qayıtmaq istəməsi üçün kifayət edəcək. Məsləhətlər vermək vacib deyil, siz sadəcə ona inandığınızı və hər şeyin alınacağını söyləyib onu həvəsləndirə bilərsiniz.
Aşiq xanım. Kişilər onları sevən qadınları çox xoşlayır. Bu onların mənliyini yüksəldir və onların özlərinə qiymətini səmalara qədər qaldırır. "O məni sevirsə, deməli məndə sevilə biləcək nə isə var!". Kişilərin əksəriyyəti belə düşünür. Bundan başqa, aşiq qadının çəhrayı eynəkləri kişinin səhv hərəkətlərini, uğursuzluqlarını və mənfi tərəflərini görməyə imkan vermir. Belə qadın kişini səmimiyyətlə sevdiyi üçün onu həmişə bağışlayacaq.
Yaxın dost. Kişi qadının onun maraqlarını anlayıb və həmfikir olmağını çox xoşlayır. Belə xanıma o, düşdüyü gülməli vəziyyəti danışmağı ayıb saymır. Əgər bu xanım hələ "kişi oyunlarını oynamağı" bacararsa, bu çox gözəl olacaq. Axı onunla futbol matçına yola düşmək, velosipedlə gəzmək, yürüşə getmək olar. O həmişə yaxın olacaq və onunla danışılası ümumi söhbətlər olacaq. Kişi dost qadına ehtiyac duyur.

Sosioloqlar təbii ki, kişiləri hansı qadınlar cəlb etdiyini aydınlaşdıra bilərlər, amma niyə onun məhz bu xanıma deyil, başqasına aşiq olduğu əbədi sual altında qalır. Buna görə hər bir qadının sevilən və arzu olunan biri olmaq şansı var. Kişilərin özlərinin praktiki məsləhətləri və "köməkləri" sizə onun gözlərində mükəmməl obraza nail olmağa imkan yaradacaq.(qadin.az)

Xəbərlər     Baxılıb: 4632   Tarix: 25 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb

ABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, qeyri-invaziv beyin stimulyasiyası yaşlı insanlarda depressiya və narahatlıq əlamətlərini yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, elmi işin nəticələri "Brai

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Kişilərdə belin ölçüsü 100 sm-ə çatdısa cinsi zəiflik başlayır - DİQQƏT

Kişilərdə cinsi istəksizlik və zəifliyin səbəblərindən biri fiziki aktivsizlik, stress hormonunun qanda çox olması və qan qatılığıdır. -a istinadən xəbər verir ki, uroloq Andrey Smernitskiy dərmansız bu problemlərdən çıxı

.

Yerkökünün bilmədiyimiz faydası

Mütəxəssislər yerkökünün faydalarını açıqlayıb.   -a istinadən bildirir ki, bu tərəvəzin bir sıra dəyərli faydaları var. Yerkökü xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ümumiyyətlə ürəyə müsbət müalicəvi təsi

.

Yeniyetmələrin siqaret aludəçiliyi təhdid yaradır

11-15 yaşlı yeniyetmələr arasında alkoqol və elektron siqaret istifadəçilərinin sayı narahatlıq doğuran həddə artıb. Dövlətlər bunun qarşısını almaq üçün konkret addımlar atmalıdır. -a istinadən xəbər verir ki, bunu Ümumdüny

.

Qanda şəkəri salan meyvə

Bu meyvədə olan rezisdent nişasta və pektin qanda qlükozanı tənzimləyir və uzun müddət toxluq verir. -a istinadən xəbər verir ki, avstraliyalı diyetoloq Syuzi Barrell yetişməmiş yaşıl bananın faydasını açıqlayıb. "Yetişmi

.

Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

Kartof kulinariya ənənəmizdə o qədər məşhur və axtarılan məhsuldur ki, onlarsız pəhriz təsəvvür etmək demək olar ki, mümkün deyil.   -a istinadən bildirir ki, lakin artıq çəki ilə mübarizə prosesində, karttofdan imtina etməlisiniz. 

.

Arıqlamağa əngəl olan səbəblər

Əgər kalorilərin məhdudlaşdırılması və idman arıqlamağa kömək etmirsə, endokrinoloqa müraciət etməlisiniz. .   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur qastroenteroloq Rüstəm Sadıqov danışıb. Həkim bildiri

.

Bamya toxumunun FAYDALARI – Belə istifadə edin

Bamya toxumu nədir? Bamya toxumları meyvəsi yetişdikdən sonra əmələ gələn kiçik, tünd qırmızı və ya qəhvəyi rəngdə, liflə zəngin toxumlardır. Meyvədən ayrıldıqdan sonra qurudulur.   -a istinadən doktor Mehmet Uçar bu barəd

turlar.az

sonxeber.az gelinlikler geyim necə seçməli qis geyimləri 2024 2024 gəlinliklər vetene aid bayatılar badimcan murebbesi hazirlanmasi qış tədarükü kosmetika ariqlamaq həmidə rus dilini öyrənək sanamalar cinsi