Ənciri sevmək üçün 25 səbəb

Ənciri sevmək üçün 25 səbəbƏncir tərkibində olan aminturşular, beta-karotin, antioksidant, vitamin və mineralların zənginliyinə görə insan oqranizminə çox böyük faydaları vardır.
1. Əncirin tərkibi K vitamini ilə zəngindir. Bu səbəbdən də əncir ürək-damar, təzyiq xəstələri üçün təbii dərman vasitəsidir. Uzun müddət əncir yemək, vena damarlarında çatışmazlıqları aradan qaldırır və varikoz genəlməni azaldır.
2. Əncir tərkibində olan fitsin fermenti sayəsində qanın laxtalanma qabiliyyətini azaldır və tromb əmələgəlməsini dayadırır.
3. Əncirin tərkibində dəmirin miqdarı çox olduğuna görə o anemiya xəstəlikləri zamanı qanartırıcı təsir göstərir.
4. Tərkibində olan maddələr qanda xolesterolun miqdarını azaldır.
5. Əncir kalimla zəngindir. Kalium ürək əzələsini möhkəmləndirir, təzyiqi tənzimləməyə kömək edir.
6. Sidikqovucu təsirə malik olduğu üçün əncir orqanizmdə olan artıq suyu çıxarmaq qabiliyyətinə malikdir.
7. Tərkibində olan fruktoza fiziki və zehni yorğunluğu aradan qaldırır.
8. Əncir orqanizmin K vitamininə olan təlabatını ödəyir. Bunun üçün əncir mövsümündə hər gün bu meyvədən yemək lazımdır.
9. Hamilə qadınlara sintetik vitaminlərdən istifadə etməkdənsə, əncir və ya onun qurusundan yemələri tövsiyə edilir.
10. Əncir maddələr mübadiləsini yaxşılaşdırır.
11. Əncir ürəkbulanmanı, ağızda quruluğu və ürək yanğısını aradan qaldırır.
12. Qadınlar menopauza dövründə əncir yesələr döş xərçəngi riski azalacaq.
13. Bronxit zamanı 2-3 ədəd quru ənciri 1 stəkan qaynar südə salıb içdikdə, sinə yumşaldıcı təsir göstərir.
14. Əncirin öskürək kəsici xüsusiyyəti var.
15. Yatmazdan əvvəl əncir yemək bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
16. Səhərlər acqarına əncir yemək böyrək daşlarının əriməsinə səbəb ola bilir.
17. Quru və təzə əncir ən yaxşı təbii işlədici vasitədir, qəbizlikdən qurtulmağa kömək edir. (milli.az)
18. Şəkrlərlə zəngin olan əncir beyinin fəaliyyətini yaxşılaşdırır.
19. Əncir əhval-ruhiyyəni qaldırır.
20. Ağız boşluğu xəstəlikləri zamanı əncir yarpağının dəmləməsi ilə qarqara eləmək xəstəliklərin əlamətlərini azaldır.
21. Kökünün qaynamasından alınan məhlulla yaraları yuduqda tez sağalır.
22. Əncir saplağından axan süd ilə döyənəkləri aparmaq olur.
23. Əncir qurusu aclıq hissini aradan qaldırır, onun 100 qramında 50 kalori var. 2-3 əncir qurucu aclığı aradan qaldırmaqla yanaşı, orqanizmin sutkalıq mikorelementlərə olan təlabatını ödəyir.
24. Əncir yarpağını 10-15 dəqiqə qaynadıb saçları yuduqda saç tökülmənin qarşısı alınır.
25. Tərkibində olan pektin maddəsi ənciri əvəzolunmaz bir meyvəyə çevirir. Əncir toxumaların cavanlaşmasında və kapilyar damar divarının möhkəmlənməsində faydalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1047   Tarix: 19 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin

Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq. . Gecə yatmazdan öncə anana

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

turlar.az

sonxeber.az yemek reseptleri hamiləlik maskalar müxtəlif doğumdan sonra hamiləlik hesablama makiyaj sirləri kosmetika babasil veten haqqinda atalar sozu burcler haqqinda novruz bayramina aid hakistalar hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz