Ər-arvad arasında cinsi əlaqənin bir sərhədi var? İntim normalara dini baxış...

Ər-arvad arasında cinsi əlaqənin bir sərhədi var? İntim normalara dini baxış...Sual: Anal seks haramdır?
İslam dinində buna necə baxılır? Ər-arvad arasında cinsi əlaqənin bir sərhədi var? Əgər varsa, bu məhdudiyyət nədən ibarətdir? Mən eşitmişəm ki, anal sekslə məşğul olanlar ömür boyu cənabət (cünub) qalacaqlar. Bu düzdür?

Cavab: Ər-arvadın arasında cinsi əlaqənin sərhədi var. Quranda bildirilib ki, cinsi əlaqənin əsas məqsədlərindən biri nəslin davam etdirilməsidir və bu qadının cinsiyyət orqanından olmaq şərti ilə sərbəst buraxılıb. Bununla əlaqədar ayə aşağıdakı kimidir:

"Səndən qadınların heyz halını soruşurlar. De ki, o bir əziyyətdir. Heyz günlərində onları rahat buraxın. Təmizlənənə qədər onlara yaxınlaşmayın. Tərtəmiz olduqdan sonra onlara Allahın sizə buyurduğu yerdən yaxınlaşın. Allah tövbə edənləri sevər. Allah təmiz olanları da sevər".

"Qadınlar sizin üçün bir tarladır. Tarlanıza istədiyiniz kimi gəlin və özünüz üçün ön hazırlıq görün. Allahdan çəkinin və ona qovuşacağınızı bilin. Bunu inananlara xəbər ver (iman edənləri bununla müjdələ)" (Bəqərə, 2/222).

Ayədəki tarlasözü məhsul götürülən yer deməkdir. Tərs yol ilə cinsi əlaqədən heç nə törəməz. Yəni, məhsul götürmək olmaz. Buna görə də ayə tərs cinsi əlaqəni qadağan edir. Bu ayələrə əsasən Allahın əmr etdiyi cinsi əlaqə normal yol ilə baş tutan əlaqədir.

Bu məsələ ilə əlaqədar hədislərə baxdığımız vaxt peyğəmbərimizin də bu cür cinsi əlaqəni qadağan etdiyini müşahidə edirik:
"Arvadı ilə tərs yoldan cinsi əlaqəyə girənlər Allahın rəhmətindən uzaq qalırlar".1

"Qadınlarınızla tərs cinsi əlaqəyə girməyin. Allah doğru olanı deməkdən çəkinməz".2

"Allah bir kişiyə və ya qadına arxadan yaxınlaşan kəsə rəhmət (mərhəmət) nəzəri ilə baxmaz".3

"Bir kişinin arvadı ilə tərs cinsi əlaqə qurması kiçik lutilikdir (homoseksual olmaq, xalq dilində geylik)".4

Haram olduğunu bilə-bilə Allahın əmr etdiyi yerdən deyil, qadağan olan yerdən cinsi əlaqə qurmaq bir müsəlmana yaraşmaz. Belə bir davranış yolverilməzdir. Tərs cinsi əlaqə haram olsa da, "bunun ucbatından ömür boyu cənabət qalmaq" barədə söhbət gedə bilməz. Tövbə etmək və bu əməli bir daha təkrar etməmək lazımdır.

QEYD: Yuxarıdakı ayələrə (Bəqərə surəsinin 222 və 223-cü ayələri) Azərbaycan dilində aşağıdakı kimi məna verilmişdir (Mənbə: quran.az saytı):
1) Əlixan Musayev-in tərcüməsi:
- 222. Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın". Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.

- 223. Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.

2) Ziya Bünyadov və Vasim Məmmədəliyev-in tərcüməsi:
- 222. (Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!" Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!

- 223. (Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!

Maraqlı     Baxılıb: 21061   Tarix: 01 dekabr 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizi

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

Azərbaycanlı şagirdlər ABŞ-da üzümüzü ağ etdilər - FOTO

ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən "The World Scholars Cup" beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümü

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

AMEA-da nə baş verdi və daha nələr olacaq? – Detallar

Gözlənildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi islahat baş tutdu. Prezidentin fərmanı ilə AMEA-nın 24 institutu, Naxçıvan bölməsinin 2 institutu və bir rəsədxanası, Gəncə bölməsinin 3 institutu və Nəbata

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçildi

Bu gün AMEA-da prezident seçkiləri keçirilib. xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsas namizəd olub və qurumun prezidenti seçilib. Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevi

.

Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitab

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub. -

turlar.az

sonxeber.az geyim şəkilləri aksessuarlar geymler 2024 türk mətbəxi gürcü mətbəxi ana südü göyəmin faydası kosmetika yumurta qızlıq pərdəsi webnem tovuzlu bayatı janrlar