Ərinin əmisi oğlu ilə yatan qadınla bağlı ŞOK: "Həmin kişinin qardaşı ilə də cinsi əlaqədə olubmuş"

Ərinin əmisi oğlu ilə yatan qadınla bağlı ŞOK: "Həmin kişinin qardaşı ilə də cinsi əlaqədə olubmuş"Bir neçə gün bundan öncə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində xəyanət üstündə baş verən döyülmə hadisəsinin yeni təfərrüatları məlum olub.

Xanim.az bildirir ki, A24.Az-ın əldə etdiyi məlumata görə, yerli sakin Həsənov Elşad Yusif oğlu əmisinin gəlini ilə intim əlaqədə olduğuna görə qadının əri Həsənov Əli və onun qardaşları tərəfindən döyülüb. Belə ki, Əli Həsənovun həyat yoldaşı ilə Elşadla yanaşı, onun kiçik qardaşı Rəşad Həsənov da mütəmadi olaraq cinsi əlaqədə olublar. Həyat yoldaşına ərinin əmisi oğlanları ilə xəyanət edən qadın buna məcbur edildiyini bildirib. O qeyd edib ki, əvvəllər onunla cinsi əlaqədə olan E.Həsənov onu qardaşı R.Həsənovla da intim əlaqəyə girməyə məcbur edib. Əks halda, onu kənddə biabır edəcəyi ilə şantaj edib. Şantaja məruz qalan qadın isə qardaşların onunla cinsi əlaqədə olmasına razılıq verib. Daha sonra əlbir olan qardaşlar qadını onunla intim həyat yaşamadığı halda, övladlarını öldürəcəkləri ilə hədələyiblər.

Məlumatda bildirilir ki, qadın artıq atası evinə yollanıb. O, əvvəl doğulduğu Göygöl rayonunun Topalhəsənli kəndindəki atası evinə gedib. Daha sonra qardaşının onu öldürəcəyi barədə xəbərdarlığını eşitdikdə, qohumlarının köməkliyi ilə Gəncə şəhərində yaşayan digər yaxıbnlarının evinə gedib. Onun iki azyaşlı övladı isə ərinin dayısının evində yaşayır.

E.Həsənovun hazırda kənddə yaşadığı bildirilir. Hadisədən sonra E.Həsənovun həyat yoldaşının da Gədəbəy rayonundakı atasının evinə qayıtdığı vurğulanır. Qeyd olunur ki, qadın bundan sonra E.Həsənovla birlikdə yaşaya bilməyəcəyi üçün bu addımı atıb. O, uşaqlarını ərinin evində qoyaraq tərk edib.

"Əli evə gələndə, həyat yoldaşının telefonuna mesaj gəldiyini görüb. Mesajın göndərildiyi nömrənin Elşada aid olduğu biləndə, arvadına heç nə deməyib. Əmisinin arvadına, yəni Elşadın anasının yanına gedib deyib ki, bəs, oğlun belə bir iş görüb. Anası da deyib ki, mənim elə bir oğlum yoxdur, nə edirsinizsə, edin", – deyə mənbə redaksiyamıza bildirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini Ə.Həsənov qardaşları ilə birlikdə kənd sakini E.Həsənovu soyunduraraq onun əyninə qadın paltarları geyindiriblər. Daha sonra onu ağır işgəncələrə məruz qoyaraq döyüblər. Dekabrın 12-də Ə.Həsənov qardaşları ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər     Baxılıb: 2127   Tarix: 21 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ

Çoxlu miqdarda arağın çox tez içilməsi həyat üçün təhlükəli ola bilər. .   -a istinadən xəbər verir ki, Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov spirtli içkinin ölümcül dozas

.

Saç boyaları süd vəzi xərçəngi yaradır?

Saçları davamlı olaraq rəngləyən şəxslərdə döş xərçənginə tutulma riski digərlərinə nisbətən 9 dəfə çoxdur.   -a istinadən xəbər verir ki, elmi araşdırmada 46 min 709 qadın iştirak edib. Tədqiqatlarda Afrika əsilli amerikal

.

Bu davranışlar ciddi xəstəliyə səbəb ola bilər

Əksər insanlar üçün adi görünən bəzi davranışlar obsesif-kompulsiv pozğunluqdan (OKB) əziyyət çəkən insanlar üçün ciddi problem hesab olunur. Başqa sözlə desək, OKB olan insanlar istər-istəməz təkrarlanan düşüncələri və b

.

Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər

Kifayət qədər yuxunuzu alıb, səhər rahat oyanmaq istəyirsinizsə, bəzi addımları yerinə yetirməlisiniz. .   -a istinadən xəbər verir ki, qadgetlarınızı bir kənara qoyub yatmazdan bir saat əvvəl kitab götürsəniz, yəqin ki

.

İqlim dəyişikliyi bu xəstələrə mənfi təsir göstərir

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.   -a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin himayəsi altında fəaliyyət göstərən bir qrup alimi

.

Baş ağrısına dözmək görün nələrə səbəb olur

Həkimlər baş ağrısına dözməyin təhlükəli olduğunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, baş ağrısı təhlükəli xəstəliklərin əlaməti ola bilər. Baş ağrıları müxtəlif tibbi şərtlərin əlaməti ola bilər, lakin çox vax

.

Ürəyi dərmansız gücləndirməyin yolu

Stress, təşviş və gərginlik ürək və digər orqanlarda problemlər yaradır.   -a istinadən xəbər verir ki, alimlər ürəyi qüvvətləndirmək üçün dərmansız təsirli metod açıqlayıblar. Stress və narahatıq, fikir və kədər miokar

.

Şabalıdın bilinməyən faydaları: Siz də yararlanın

Şabalıd pəhriz lifləri, minerallar, sağlam yağlar, vitaminlər və antioksidantlar da daxil olmaqla qida maddələri ilə zəngindir. -ə istinadən bildirir ki, şabalıd C vitamini ilə zəngindir. Xüsusilə soyuq qış günlərində qızardılmış

.

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Günün bu saatları dərs oxusanız, beyin

Qısa müddət sonra on birinci sinif şagirdləri buraxılış və qəbul imtahanları verəcək, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün isə yay sessiyası başlayacaq. Bir çox tələbə vərdiş etdiyi gecə dərslərində

turlar.az

sonxeber.az qadin sayti yemek reseptleri hamiləlik gilasın faydası etiraflar elm haqqında aforizmlər donlar yay ucun kosmetika oglaq xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gozellik novruz hakışdaları şəhid