"Ermənilər məndən ötrü ölür, ürəkləri gedir, şəklimi paylaşırlar..." - Xalq artistimizin qızı

"Ermənilər məndən ötrü ölür, ürəkləri gedir, şəklimi paylaşırlar..." - Xalq artistimizin qızı"Bəzi adamların Şəfanın uğurlarını deyil, həyatındakı pis və ermənilərlə bağlı hadisələrdən xəbər tutub onu qabartmağa çalışdıqlarına artıq öyrəşmişəm. İlk növbədə onu qeyd etməliyəm ki, erməni ilə əməkdaşlıq etməmişəm. Məni ittiham edənlər niyə Azərbaycanı İranda, Rusiyada və başqa ölkələrdə peşəkar stilist kimi təmsil etməyimdən danışmırlar? İranda məni qarşılamaq üçün 240 nəfər toplanmışdı, hətta fişənglər atdılar. Niyə xəbər saytları bir dəfə də olsun mənim nailiyyətlərimdən yazmır? Heç olmasa Azərbaycan vətəndaşının başqa ölkədə belə yüksək səviyyədə qarşılanmasından yazardılar... Əsl vətənpərvər insan işgüzar Azərbaycan qadınının yaxşı işlərini üzə çıxartmalıdır. Öz ölkəsi üçün çox işlər görən insanı cəmiyyətə təqdim etməli idilər. Qoy hamı bilərdi ki, Azərbaycanda belə xanımlar da var. Həmişə sadə insan olmuşam, özümü tərifləməyi özümə rəva görməmişəm. Amma daha susmayacam".
Xanim.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri erməni stilist Alis Ataxanyanla işbirliyi görməkdə günahlandırılan Xalq artisti Ramiz Novruzun qızı və azərbaycanlı makiyaj ustası Şəfa Novruzova deyib. O, sosial şəbəkədə ünvanına səsləndirilən tənqidlərə cavab verib:

"Georgi Kot məsələsində də onun anasının erməni olduğundan xəbərim yox idi. Sağ olsunlar ki, mənim yerimə onun kimliyi və miliyyəti ilə maraqlanıblar. O qədər sadəlövh adamam ki, Georginin anasının soyadını axtarmaq ağlıma gəlməyib. Onun anasının erməni olduğunu da sonradan mənə yazılan rəylərdən bilmişəm, atası isə rusdur. Bizdə də belə qəbul olunub ki, ata haralıdırsa, uşaq da oralı sayılır. Halbuki, məndən başqa da Azərbaycanın ən məşhur stilistləri Gerorgenin yanına gediblər, onlar haqqında isə heç kim heç nə yazmadı. Ad çəkmək istəmirəm, amma çoxlarının getdiyi mənə dəqiq məlumdur. Ondan dərs aldığım üçün məni təndiq edirdilər, indi isə bilsinlər ki, Amerikada erməni olduğunu dediyiniz şəxs mənim pul yığanım olacaq. Mən ona yox, o, mənə xeyir verəcək. Alis Ataxanyan təşkilati işlərə baxır".
Stilist Alis Ataxanyanın da erməni əsilli olduğundan xəbərsiz olduğunu söyləyib:

"O, şirkətin adi işçisidir. Şirkət isə irlandlarındır. Alisin soyadına nə mən, nə də ki, menecerim fikir verib. Haradan ağlıma gələrdi ki, Amerikada fəaliyyət göstərən şirkətdə erməni işləyə bilər. Əslində Alis rus dilini bildiyi üçün bizə yönləndirilib, ona bizimlə əlaqə saxlamaq tapşırılıb. İndi də desinlər ki, Şəfa ermənilərə dərs verməyə gedir".

Makiyaj ustası Moskvada verdiyi ustad dərslərə erməni tələbələrin gəldiyini də gizlətməyib:
"Axı mən təşkilatçılara necə deyim ki, erməni tələbələr istəmirəm? Yaxud dərslərdə bir neçə erməni olduğu üçün imtina etməliyəm? Master-klasslarıma erməni tələbələrin gəldiyini də iş prosesində öyrənirəm. Vallah məndən ötrü ölürlər, ürəkləri gedir, şəkillərimi çəkib instaqramda paylaşırlar. Onlara adi tələbəm kimi baxıram, mən onlar üçün kumir və top stilistəm. Vətənpərvər insanam ki, ölkəmin adını hər yerdə qaldırmaq üçün çalışıram. Sosial şəbəkədə məni tənqid edən "padsan" oğlanlardan soruşmaq lazımdır ki, bu vətən üçün nə ediblər?".

Ş.Novruzova instaqram hesabındakı 1 milyona yaxın izləyicisinin içərisində çoxlu sayda əcnəbilərin olduğunu vurğulayıb:

"Səhifəmin izləyici sayını artırmaq üçün ona bir qəpik də pul qoymamışam. Bu gün dünyanın ən məşhur makiyaj səhifələri məni izləyir, artıq top stilistlərin arasına girmişəm. Qoy, fəxr etsinlər ki, Azərbaycanın dünyada tanınan mənim kimi stilisti var. Bu gün heç azərbaycanlı müğənniləri məni xaricdə qarşıladıqları kimi qarşılamırlar. Elə təəssürat yaranmasın ki, özümdən razı adamam, qətiyyən, çox sadə insanam. Lakin yayılan xəbərlər və instaqrama yazılan rəylər məcbur edir ki, sözümü deyim. Sənətə qarşı məndə bir qədər paxıllıq olub. Həmişə istəmişəm ki, dünyanın tanınan makiyaj ustalarından olum. Düşünürdüm ki, necə olur ki, dünənin uşağı məşhur olur? 20 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm, illərlə öz üzərimdə işlədim və hər kəsə sübut elədim ki, Azərbaycandan da top stilist çıxa bilər. Axı bunun nəyi pisdir? Öz sahəmdə həmişə iddialı olmuşam. Məndən başqa dünyada populyar olan azərbaycanlı stilist yoxdur. Ağlıma gəlməzdi ki, nə vaxtsa Amerikada da tanınaram. Bunun özü böyük xoşbəxtlikdir. Balalarımın və atamın canına and içirəm ki, bütün bunları pula görə etmirəm. Ordan qazandığım pullar onsuz da yola xərclənir. Allaha and olsun ki, əsas məqsədim Azərbaycanın adını tanıtmaqdır. Öz gələcəyimi qurmağa çalışıram. Onsuz da orada qazındığım pulları Bakıda üç günə qazanıram, pul mənim üçün maraqlı deyil. Əsas istəyim odur ki, gördüyüm işin keyfiyyəti ilə tanınım".

Stilist ölkədən getmək fikrində olduğunu da gizlətməyib:
"Ola bilsin ki, başqa ölkəyə köçüm. Onda da başqa dövlətin adını qaldıracam. Ölkə itirəcək, mən yox. Bu gün məndən dərs almaq üçün Rusiyadan, İsraildən, İrandan və başqa ölkələrdən nə qədər tələbə gəlir. Mənim sayəmdə Bakıda turistlərin sayı artır. Yalandan özümü tərifləməyi sevmirəm, həmişə iş göstərmişəm. Amma ustad dərsləri vermək üçün dəvət aldığım şirkətdə bir nəfər erməninin çalışmasını bu qədər şirşirtmələri qəlbimi qırırır. Maraqlısı odur ki, həmin şəxsin erməni olduğundan heç məlumatım da olmayım. Əgər saytlarımız uğurlarımı işıqlandırmırsa, mənimlə bağlı digər məsələlərdən də yazmaqlarına ehtiyac yoxdur".

Məlumat üçün bildirək ki, Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın ABŞ-da fəaliyyət göstərən "Beyond Beauty Parlor" studiyasının rəhbəri Alis Ataxanyanın dəvəti ilə ustad dərslərinə getməsi xəbərləri sosial şəbəkələrdə tənqid edilib.
Şəfa Novruzovanın adı ötən il erməni əsilli stilist Georgi Kotla birgə hallanırdı. Stilist erməni əsilli həmkarı ilə münasibət qurmasına görə ictimaiyyətin ciddi tənqidlərinə tuş gəlmişdi.
Qeyd edək ki, stilsitin qarşıdakı aylarda Amerika ilə yanaşı, Qazaxıstan, Tümen, Almaniya, İstanbul, Rusiya və Dubayda ustad dərsləri verməsi planlaşdırılıb.

Xəbərlər     Baxılıb: 3230   Tarix: 07 dekabr 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Saxta SİQARETLƏR: məktəblərin qarşısındakı alver, xərçəng riski – EKSPERTLƏR AÇIQLADI

İnsanların əksəriyyətinin ən çox əziyyət çəkdiyi məqamlardan biri də saxta məhsullardır. Dünya statistikasına nəzər yetirsək, daha çox saxta siqaretlərin idxal olunduğunmu görərik. Maraqlıdır, görəsən, saxta siqaretlər insa

.

Kişilər niyə evlənmək istəmir? - Ən ümumi səbəblər

Hər iki cinsin davranışının dəyişməsinə baxmayaraq, evliliyə münasibət faktiki olaraq eyni olaraq qalıb. Qadınlar əksər hallarda evliliyə və güclü münasibətlərin yaradılmasını istəyirlər.   -a istinadən xəbər verir ki, mütəxəssisləri

.

Bu xəstəliyi olanlar banan yeməlidir

a istinadən bananın faydalarını təqdim edir:. - Banan qan şəkərini balanslaşdırmağa kömək edir. - Ürək sağlamlığını qoruyur. - İnsulin müqavimətini artırmaqda təsirlidir. - Hüceyrələri oksidləşdirici stresdən qoruyaraq yaşlanm

.

Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?

Dərdlərə dərman aspirin bu ağacdan hazırlanır. Söyüd yarpağının bel ağrılarının müalicəsində ən güclü üsullardan biri olduğunu bilirdiniz?. -a istinadən söyüd yarpağının bu inanılmaz faydası barədə yazını təqdim edir. . Söyü

.

Makaronla bağlı dəhşətli fakt - belə yedikdə

Makaron bişirildikdən dərhal sonra yeyilməlidir.   -a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bu, sağlamlıq problemlərinə səbəb olmaya bilər. Yenidən qızdırıldıqda makaronda olan nişasta dəyişdirilmiş nişastaya çevrilir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Depressiyadan əziyyət çəkənlər bu meyvədən yesin - Mövsümüdür

ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb. -a istinadən bildirir ki, hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bi

.

Duzu azaldın və nəticəni görün

Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur. Yeməkləri uzun müddət saxlamaq üçün də istifadə oluna bilər və bu baxımdan mətbəxlər üçün əvəzolunmazdır. -a istinadən xəbər verir ki, Harvard Universitetini

.

İnternetlə depressiya arasında hansı əlaqə var?

Avstraliya, Böyük Britaniya və Malayziyadan olan beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, kompüterlər, noutbuklar və smartfonlar yeniyetmələr arasında yuxululuğa və depressiya əlamətlərin

turlar.az

sonxeber.az qaşların formalari hamiləlik qadin dunyasi pamidor maskasi qaraciyər seksual pozalar dişlərə qulluq kosmetika banan seksler yemek reseptleri vətənə aid atalar sözləri vusale elizade