Ermənistan səhra komandirlərini Qarabağa toplayır – MÜHARİBƏ

Ermənistan səhra komandirlərini Qarabağa toplayır – MÜHARİBƏDağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşməkdədir.
Ermənistan prezidenti Serj Sarkisyanın dekabrın 8-də ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Hamburq toplantısı ilə eyni gündə Qarabağa getməsi danışıqlar masasına oturmaq istəmədiyinə dair mesaj kimi qiymətləndirilir. Halbuki, rəsmi Bakı Hamburqda 3+2 formatında görüşün keçirilməsini istəyirdi. 3+2 formatında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, həmçinin Minsk qrupunun həmsədr ölkələrin XİN rəhbərlərinin birgə görüşü nəzərdə tutulurdu. Lakin Ermənistan bu görüşdən qaçdı.

Maraqlıdır ki, Hamburq görüşünün xüsusi əhəmiyyət daşıdığı haqqında fikirlər var idi.

"Bütün gözlər Hamburq toplantısına dikilib. Əgər bu toplantıda hansısa müsbət məqamlar olmasa, o zaman proseslər qaynar mərhələyə keçə bilər", - "Bloomberg" agentliyi ötən ay belə yazmışdı.

Ekspertlər də münaqişə zonasında gərginliyin yüksəldiyini, müharibənin istisna olmadığını vurğulayırdılar.

Misal üçün, rusiyalı hərbi ekspert Dmitri Litovkinin fikrincə, artıq Azərbaycan və Ermənistan münaqişənin müharibə yolu ilə həlli ssenarisinə hazırlaşır: "Hərbi büdcənin artırılması, hərbi texnikanın alınması təhlükəsizliyin təmin olunmasına hesablanıb. Görünür, tərəflər münaqişənin sülh yolu ilə həllinə artıq ümid etmirlər".

Digər hərbi ekspert Pavel Felqenqauer də Dağlıq Qarabağda müharibə riskinin yüksək olduğunu deyib və iki ssenari irəli sürüb:

"Birinci ssenari aprel variantıdır. Yəni əsas mövqeləri tutaraq, dayanmaq. İkinci ssenari genişmiqyaslı müharibədir və bura başqa ölkələr də qoşula bilər".

Hamburqda görüş baş tutmadı, əvəzində Serj Sarkisyan işğal altındakı Qarabağa gəldi.

Bütün bunların fonunda Ermənistanda I Qarabağ müharibəsinin komandirlərinin aktivləşməsi də diqqət çəkir.

"Komandos" ləqəbli Arkadi Ter-tadevosyan tert.am saytına açıqlamasında deyib ki, keçmiş səhra komandirləri Talış kəndinə gələrək, orada xidmət keçmək istəyirlər.

Qeyd edək ki, aprel müharibəsində Azərbaycan Ordusu uğurlu əməliyyatla işğal altındakı ərazilərin bir qismini, o cümlədən Talış kəndini azad edib.

Erməni döyüşçü isə könüllülərin Talışa gedərək orada xidmət keçmək istədiklərini bildirib: "Onların arasında məşhur döyüşçülər də var. Misal üçün Arkadi Karapetyan onlardan biridir. Biz "Yeni Talış" kəndinin əsasını qoymaq istəyirik".(publika)

Xəbərlər     Baxılıb: 1559   Tarix: 10 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb

ABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, qeyri-invaziv beyin stimulyasiyası yaşlı insanlarda depressiya və narahatlıq əlamətlərini yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, elmi işin nəticələri "Brai

.

Kişilər niyə evlənmək istəmir? - Ən ümumi səbəblər

Hər iki cinsin davranışının dəyişməsinə baxmayaraq, evliliyə münasibət faktiki olaraq eyni olaraq qalıb. Qadınlar əksər hallarda evliliyə və güclü münasibətlərin yaradılmasını istəyirlər.   -a istinadən xəbər verir ki, mütəxəssisləri

.

İki həftədə bir dəfə pəhrizi pozmaq olar - Zərərsizdir

Sağlam qalmaq üçün yağlı, şirin və çox duzlu yeməklərdən imtina etmək yaxşıdır. Ancaq iki həftədə bir dəfə zərərli yemək sağlamlığa o qədər də böyük zərər verməz. -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinolo

.

Nəyə görə üzü sabunla yumaq olmaz? - 72%-li sabunun zərərləri

Tualet sabunu ilə üzü yumaq dəriyə təsiri baxımından tövsiyə edilmir.   -a istinadən xəbər verir ki, dermatoloq Tatyana Yeqorova sabunun dəriyə neqativ təsirini açıqlayıb. "Gigiyenik sabunda əsas maddədən əlavə müxtəli

.

Mixəyin faydaları nələrdir?

Mixəyin bir çox faydası olduğu məlumdur. Daha çox ağız qoxusunu aradan qaldırmaq üçün istifadə olunsa da, mixək həzmi asanlaşdırmaqdan mədə ağrılarını aradan qaldırmağa qədər bir çox işdə təsirlidir. Həm bütöv, həm də to

.

15 gündə qarın piyini əridən İÇKİ

Yaz aylarında bir çox insan qarın piylərindən xilas olmağa çalışır. Qarın piyi hətta normal çəkidə olan insanlarda belə yarana bilir. Bu piylərdən qısa müddətdə xilas olmaq elə də asan deyil. Ona görə də idman və sağlam qidalanm

.

Arıqlamağa əngəl olan səbəblər

Əgər kalorilərin məhdudlaşdırılması və idman arıqlamağa kömək etmirsə, endokrinoloqa müraciət etməlisiniz. .   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur qastroenteroloq Rüstəm Sadıqov danışıb. Həkim bildiri

.

İnsanlar arasında maral zombi xəstəliyi yayıla bilər

Amerikalı elm adamları insanlarda xroniki arıqlama xəstəliyinin (CWD) şübhəli iki halının müəyyən edildiyini bildirdilər. Bu prion xəstəliyi maralların beyninə və sinir sisteminə təsir edərək, onları zombiyə bənzər canlılar

.

Xərçəng və şəkərdən qoruyacaq UNİKAL PƏHRİZ

Arıqlamaq üçün müxtəlif pəhrizlər var, lakin onların əksəriyyəti müvəqqətidir və sağlamlığınıza zərər verə bilər. Bununla belə, Harvard alimləri qidalanmaya unikal yanaşma təqdim ediblər ki, bu da təkcə arıqlamağa kömək etmir

turlar.az

sonxeber.az geyim seçimi adlarin menasi geyim şəkilləri ana haqqinda atalar sözləri fikrət əmirov baliqqulagi dirnaqlara qulluq maskalari kosmetika hakista sozler qızlıq pərdəsi veten haqqinda atalar sozu penis xeyanet