Ev şəraitində Çiyələkli Dondurmanın hazırlanma qaydası

Ev şəraitində Çiyələkli Dondurmanın hazırlanma qaydasıAsan Çiyələkli Dondurma
Təqribən 6 porsiya
Ərzaqlar:

3 stəkan təzə çiyələk
1 stəkan şəkər tozu
2 stəkan soyuq yağlı qaymaq
2 stəkan soyuq tam yağlı süd

Hazırlanma Qaydası:
Çiyələkləri yuyun və təmizləyin. Çiyələkdən 2 stəkan götürüb blenderdə pure halına salın. Qalan çiyələkləri isə xırda-xırda doğrayın. (Əgər çiyələklər çox yetişibsə və yumşaqdırsa siz sadəcə olaraq onların hamısını ya çəngəllə, ya da kartof əzənlə əzib həm şirə, həm də kiçik yumşaq parçalar əldə edə bilərsiniz.)
İri dərin qabda çiyələk püresini şəkərlə qarışdırıb əllə çalın. Suyu ilə birlikdə doğranmış çiyələkləri, yağlı qaymağı və südü əlavə edin. Qarışdırın.
Qarışığı dondrmadüzəldəninizin buzxana qabına töküb istehsalçının verdiyi təlimata görə hərəkət edin.
Əgər dondurma maşınınız yoxdursa qarışığı qapaqlı möhkəm qaba töküb buzxanaya qoyun. Bir saatdan sonra buzxanadan çıxarıb bir neçə dəqiqə yumurtaçalanla, yaxud elektrik əl mikseri ilə kənarlarındakı buzu qırmaqla çalın. Qapağını örtüb yenidən buzxanaya qoyun. Bunu daha 2-3 dəfə təkrar edin və dondurmanı tamamilə donmaq üçün buzxanada saxlayın. Bu proses krem teksturalı dondurma əldə etməyə imkan verəcək.
Nuş Olsun!
azadqadin.az

Mətbəx     Baxılıb: 5183   Tarix: 31 may 2016
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

turlar.az

sonxeber.az aksessuarlar hamilelikde qidalanma toy makiyaji sekilleri saglamlig pol breqq könül kerimova orucluqda cinsi əlaqə kosmetika cinsi sağlamlığa aid atalar sözləri pizza hakistalar video