Fransızsayağı balıq

Fransızsayağı balıqFransızsayağı bişirilmiş balığın dadı əvəzolunmazdır. Onu bizim reseptimizlə hazırlasanız, çox razı qalacaqsınız.

Tərkibi:

• Bir dəstə şüyüd

• 2 xörək qaşığı tomat pastası

• 3/5 kq balıq filesi

• Pendir

• Bir çimdik dəniz duzu

• 1 çimdik acı istiot

• 3 diş sarımsaq

• 5 pomidor

Hazırlanması:

1. Əvvəlcə balıq filesini götürürük (qızılbalıq), onu doğrayırıq, duzlayıb, istiotlayırıq.
2. Balığı yağlanmış qabın içərisinə qoyuruq. Yuxarısına pomidor halqaları düzmək lazımdır.
3. Sonra xırdalanmış sarımsaq, duz və zövqə görə istiot səpilir.
4. Üzərinə tomat pastası (ketçup da olar) və doğranmış şüyüd səpilir. Bəyəndiyiniz başqa göyərtilər də olar.
5. Üzərinə sürtkəcdən keçirilmiş pendir səpilərək 180 dərəcədə qızdırılmış sobaya qoyulur bə 35 dəqiqə bişirilir.

Nuş olsun!

Mətbəx   Baxılıb: 966   Tarix: 08 iyun 2015  
f Paylaş




DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti