Gel-boya manikürünün sağlamlığa təsiri varmı?

Gel-boya manikürünün sağlamlığa təsiri varmı?Manikürün tarixi uzun və bir qədər əyləncəli olmuşdur. Antik Misir və Qədim Roma dövründə belə insanlar statuslarının təyininə inandıqları üçün əllərinə qulluq etməyə çox diqqət yetirirdilər.
Bu ənənə aristokratların dövründə də davam etmişdir. Manikürün ilk və önəmli atası 1930-cu ildə bəzəkli manikür edən Fransa kralı Louis Philippe hesab olunur. O vaxtdan bəri dırnaq xidməti sahəsi sıçrayışlarla inkişaf etmişdir. İlk dırnaq boyası 1900-cı ildə çıxdı və iki il sonra Charles Lashman dünyada milyonlarla qadının qəlbini zəbt edən - uzunmüddətli qala bilən rəngli boya formulu hazırlamağı bacardı. 1980-ci ilin əvvəllərində akril bazara çıxarıldı. Daha sonra akrilə əlavələr edilərək müvəffəqiyyətlə ultrabənövşəyi lampa işığı altında bərkiyən gel-boya hazırlandı. Stuart Nordstromun rəhbərlik etdiyi American Creative Nail Design (CND) şirkəti bu çətin işdə uğur qazandı. Xanımların gözəllik dünyasını alt-üst edən məşhur shellac-ı yaratdılar. Daha sonra rəqib manikür şirkətlər öz gel-boyalarını işləyib hazırladılar. Şübhəsiz ki, gel manikürü kövrək dırnaqları möhkəm tutur, həftələrlə gözəlliyini qoruyub saxlayır, amma belə manikür təhlükəsizdirmi? Detalları araşdırdım.
Son illərdə xanımlar gel-manikürdən mütəmadi, fasiləsiz yararlanaraq qüsursuz dırnaq görünüşünə çalışırlar. Praktik, rahat, rəngarəng və gözəldir.
Dermatoveneroloqlar dekorativ boya ilə dırnağın örtülməsini orqanizmə müəyyən məqamlarda zərər verdiyini qeyd edirlər. Bunu gel boyanın tətbiq texnologiyası ilə izah edirlər. Dırnaqlar, bir qayda olaraq, aşındırıcı bir alətlə işlənərkən dırnaq təbəqəsinin üst qatları çıxarılır ki, bu da onu təbii qorumadan məhrum edir. Sonra zədələnmiş dırnaq təbəqəsi ciddi kimyəvi və termik təsirə məruz qalır. Bu təsir nəticəsində toxuma susuzlaşır, sağlam rəngini itirir, incəlir, daha da kövrəkləşir. Bundan əlavə, gel cilasının tətbiqi zamanı istifadə olunan ultrabənövşəyi lampa işığına qarşı həssaslığı olan insanlarda ciddi fəsadlar yaranır. Ultrabənövşəyi şüalar vaxtından əvvəl dərinin qocalmasına və piqmentasiyasına səbəb olur.
Mütəxəssislərin fikrincə, dırnaqlarda davamlı qalın lak boyalı təbəqə sağlamlığı nəzarətdə saxlamağa çətinlik törədir. İnfeksiyalaşma olarsa, insan onun vacib işarələrini qaçırmış olur. Dırnaqlar nə qədər uzun olarsa, dırnaq lövhəsi quruyacaq, delaminasiyaya (laylanmağa) meylli olacaq və bu, bakteriya, virus üçün keçid qapısı rolunu oynayacaq. Dırnaqların bir dəfə belə boyanmasından sonra ikinci arasında ən az 2 həftə fasilə verilməsi gərəkir ki, dırnaq növbəti prosedur üçün özünü bərpa etsin. Dırnaqlara "tətil dövründə "vitamin və avakado yağları ilə qulluq etmək daha faydalı olacaq.
Gel-boya manikürü ilə uzun su prosedurlarından,qabları əlcəksiz yumadan çəkinilməlidir. Belə ki, isti su gel manikürünün parlaqlığını azaldır.
Bir gözəllik salonunu ziyarət edərkən manikür ustaları bütün keratinləşmiş sahələri, həmçinin, kutikulu böyük səylə təmizləyirlər. Cihaz emalı ilə dırnaq quruluşunu çox yaxşı bilən ixtisaslı usta məşğul olmalıdlr. Əks halda həm dırnaq təbəqəsinə, həm də kutikulaya ciddi zərər vurulur. Onlara çox güclü nüfus etmək, dırnağın sonrakı böyüməsi və quruluşunu dəyişmək deməkdir. Kutikul və yan çıxıntılarda nazik bir epidermis yerləşir və dərinin bütövlüyünü pozmadan yalnız buynuz təbəqəni çıxarmağa icazə verilməlidir. Bəzən manikür zamanı kutikul altına girilərək böyümə zonasına zərər yetirilə bilir. Bu nahiyənin travması hətta dırnağın tamamilə məhvinə də gətirib çıxara bilər. Cihaz və alətlərin desinfeksiya və sterilizasiyasına da duqqət yetirmək vacib şərtlərdəndir. Mütəxəssislər məsləhət görür ki, alət və cihaz ucluqları fərdi olmalıdır. Çünki travma və ya yara nahiyəsindən bakteriya və virusların keçməsi qaçılmazdır. Məlum olan bir sıra xəstəliklər məhz bu yolla yayılır.
Ekspertlərin rəyinə görə, gel cilası düzgün aparıldıqda çox zərər vermir, ancaq dırnağa arada mütləq istirahət verilməlidir. Bütün gel manikür komponentlərində formaldehid vardır. Lampa ilə maksimum qızdırıldıqda çürümə baş verir və dırnaq təbəqəsinin nazik qatından dırnaq yatağına nüfuz edir. Beləliklə, formaldehid kapilyarlardan orqanizmə daxil olur. Formaldehid zəhərli maddə olaraq mənfi təsirini göstərir. Belə təsir yüksək dozalarda baş verdiyi üçün 3 aylıq lak boya örtüyündən sonra ən az 1 ay fasilə verilməsi dırnağın sağalması üçün vacibdir.
Gel cilası hər kəs üçün uyğun hesab olunmur. Dırnaq təbəqəsi çox nazik, hormonal pozğunluğu, hiperhidrozu olanlara, avitaminozlu və hamilələr, uşaqlar üçün məsləhət görülmür.
Vitamin və pəhriz əlavələrinə gəldikdə isə, sağlam dırnağa sahib olmaq və xarici təsirlərdən qorumaq üçün oral olaraq A,E,D,C,PP vitaminləri, kalsium,  sink, maqnezium qəbul edilməli, yumurta, sud və balıq məhsulları, qaraciyər, bitki yağları, qoz-fındıq kimi məhsullardan istifadə edilməlidir.
Hər şey sizin əlinizdədir, əziz xanımlar! Ona görə də əlləriniz həmişə qaydasında olmalıdır .
Hira Abbey
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1004   Tarix: 24 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

turlar.az

sonxeber.az donlar 2024 aksessuarlar yemek reseptleri dünya mətbəxi roya ayxan donlar 2024 yay adət ənənələr kosmetika aybawi öpüşme burclər sağlamlığın sirleri qizliq perdesi