Gəlinlər və qaynanalar

Gəlinlər və qaynanalarQayınana - Gəlin problemlərinin tarixçəsi çox qədim dövrlərə söykənməkdədir.
Sevdikləri eyni kişinin gözündə əhəmiyyətli olma istəyi qayınanalar və gəlinlər arasında bitməz tükənməz çəkişmələr yaşanmasına gətirib çıxarmışdır. Qısqanclıq və bir-birilərini çəkə bilməməzlik zaman- zaman mərhələlərə çıxmış və iki qadının bir-birlərini üzmək üçün inanılmaz pisliklər etdikləri müşahidə edilmişdir. Nəticədə kim qazanar bu döyüşü?Heç birinin qazanmadığını söylərsək,yanılmarıq.Bu döyüşdə bir çox insanın canı yanar; ən başda hər iki qadının, arada əzilən yoldaşın, varsa uşaqların və bəzən də digər ailə fərdlərinin.

Bəs bu tarixi problemə heç həll tapıldımı? Ümumiyyətlə ailələrə baxdığımız zaman:
* Evliliyin başında: Qayınana agresif, güclü, xoşbəxt... Gəlin isə passiv, zərər çəkmiş və bədbəxt...
* Evliliyin ortalarında: Qaynana və gəlin bir-birinin ayaqlarına basmamağa çalışar. Aralarında gizli çəkişmə sürər amma görünüşdə razılaşmış görünərlər. Əgər gəlin bu vaxt güclənmişsə qayınana artıq geri çəkilməyə başlamışdır. Əgər qayınana hələ dominant isə gəlin görünüşdə diqqətlidir amma fürsəti tapınca da hücum etməkdən qaçınmaz. Gəlin artıq qayınanadan uzaqlaşar. Mümkün olduğu qədər onu da uzaqlaşdırmağa cəhd göstərər.
* Evliliyin yetkin dövründə: Artıq gəlin ağırlığını yaxşıca evdə hiss etdirər. Gəlin agressif və xoşbəxt (intiqam alan) qayınana əzilmiş və acı çəkən vəziyyətə gəlir.

Bəs bir-biri ilə dolanan gəlin-qaynana nümunələri yoxdurmu?

Təbii ki bir çox yaxşı dolanan, hətta ana-qız kimi olan qayınana-gəlin olmuşdur və vardır, olacaqdır da.Əgər həm qayınana ,həm gəlin qarşı tərəfin haqlı ola biləcəyi tərəfləri tapa bilsə, nə hiss etdiyini anlamağa çalışsa, özünü qarşı tərəfin yerinə qoya bilsə, hörmətli ola bilsə yaşanan problemlərə müəyyən nisbətdə həll çıxarıla bilər.

Gəlin birlikdə fərqli vəziyyətlərdəki gəlin və qaynanaların düşüncələrini incələyək!

Gəlinini problem edən bir qaynana nə düşünər?

"Bu uşağı mən doğmuşam, onu böyüdənə qədər min bir əziyyət çəkmişəm. Onun üçün canımı verərəm. Onun mənə həmişə ehtiyacı var. Onu qorumalıyam. Ona zərər verəcək şeylərə mane olmalıyam. Bu gəlin oğulumu əlimdən aldı. Oğulumu xəbərdar etməliyəm. Oğulumun yaxınında olmalıyam. Oğlum məni unutmasın. Mən bu qədər zaman oğlum üçün çalışdım, indi növbə oğlumda və gəlinimdə, onlar da məni xoşbəxt etsinlər və mənim arzularımı yerinə yetirsinlər. Hələ nəzarətin məndə olduğunu onlara göstərməliyəm.Oğulumun evi mənim evimdir.O,mənim oğlumdur!!!"

Gəlinini problem etməyən bir qaynana nə düşünər?

"Mən oğlumu çox sevirəm və onun xoşbəxt olmasını, öz həyatını yoldaşı ilə birlikdə davam etdirməsini istəyirəm. Oğlum mənim sahib olduğum bir mal deyil, varlığından xoşbəxt olduğum bir şəxsdir. Artıq öz ayaqlarının üzərində dayana bilir, başqa sözlə yoldaşından qorunmağa ehtiyacı yoxdur. Əlbəttə ki, yoldaşı ilə həyatı paylaşarkən problemləri də olacaq. Onlar bu vəziyyətdə birlikdə hərəkət edəcəklər və öz təcrübələrini qazanaraq birlikdə yaşamağı öyrənəcəklər. Mən araya əsla girməyəcəyəm. Əlbəttə ki, əgər gəlinimi də mənim qızım olaraq qəbul edəcəyəmsə, onunla səmimi bir əlaqə yaratmağa cəhd göstərməm lazımdır. Fərqliliklərini xoş görüb oğlumun yoldaşını dəyişdirməsini istəməyəcəyəm.Mənim və oğlumun yoldaşı arasında bir problem var isə bunu gəlinim ilə həll edəcəyəm, oğlumla deyil. Bir ehtiyacları olduğu zaman mən həmişə onlar üçün var olacağam, amma bu onların həyatlarına qarışmaq və ya istiqamətləndirmək mənasını daşımayacaq. Onlara hörmət etməyə və anlamğa səy göstərəcəyəm.�

Qaynananı problem edən gəlin nə düşünər?

Qaynanam evliliyimizin tək problemidir. Bu qadın hər mövzuda həyatımıza qarışır. Davamlı olaraq mənə nə etməm lazım olduğunu söyləyir. Oğluna xidmətçi tutmuş kimi davranır. Davamlı dedi-qodumu edir, orada burada məni insanlara pisləyir. Hər fürsətdə oğluna mənim haqqımda pis sözlər söyləyib şikayət edir, bizi döyüşdürür. Oğulundan məni ayırmaq üçün əlindən gələni edir. Oğulu da onu susdurmur, məni müdafiə etmir. Ya anasını seçməli ya da məni. Bu qadın hər fürsətdə mənim səhvlərimi ortaya çıxarmaqla məşğul olur. Onun üzünü görmək bir tərəfə qalsın, səsini belə eşitməyə dözmək çətindir. Bu qadından necə xilas ola bilərəm Allahım? Nifrət edirəm, nə olardı sanki yox olsaydı. Uşaqlarımın bu qadının yanına getməsini istəmirəm.Qəti olaraq mənə qarşı uşaqlarımın başını doldurur. Evimə gəlməsini istəmirəm, əşyalarımı qarışdırmasından nifrət edirəm, evimi düzəltməyə qalxmasından və məni bacarıqsız kimi göstərməsini heç sevmirəm. Hələ də mətbəxə girib oğluna ən sevdiyi yeməkləri bişirməyə qalxması və oğlunun gözündə məni qeyri-kafi göstərməyə çalışması... Bu qadından nifrət edirəm..."

Qaynananı problem etməyən gəlin nə düşünər?

"O, mənim yoldaşımın anasıdır. Təbii ki, mənim anamdan fərqlidir. Onu olduğu kimi qəbul etməm lazımdır. Anlayışlı, səbirli və xoşgörüşlü olmalıyam. Bizim həyatımıza qarışmağa çalışdığı zaman gözəl bir dillə yoldaşımla birlikdə düşünüb qərar verdiyimizi söyləmək lazımdır. Davranışlarını fərdi qəbul etmək yerinə, oğlunu itirməkdən qorxan bir qadının çaxnaşması olaraq düşünüb anlamağa çalışmalıyam. Açıq və səmimi olmalıyam. Qaynanamın məni üzməsinə icazə verməyəcəyəm amma mən də qayınanamı üzmək üçün çalışmayacağam. Qayınanam ilə bir problemim var isə bunu mənim adıma yoldaşımın həll etməsini gözləməyəcəyəm. Yoldaşımı ikimizin arasına soxmayacağam .Yoldaşımın anasına hörmət edirəm və mümkün olduğunca razılaşmanın bir yolunu axtarıram..."

Ailə və Uşaq     Baxılıb: 3622   Tarix: 28 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

turlar.az

sonxeber.az həkim məsləhəti geyim seçimi yemek reseptleri günay musayeva kakos yagi mədə xorası cagatay ulusoy kosmetika bahar salam aysel xeyanet haxışda