Gənc müğənninin yeni nəfəs verdiyi "İntizar": "Deyəsən, dinləyicilərin qəlbini oğurlaya bildim…

Gənc müğənninin yeni nəfəs verdiyi "İnanıram ki, yeni oranjemanda, yeni nəfəsdə olan bu ifam musiqisevərlər tərəfindən maraqla qarşılanacaq".
Bu sözləri illərin sənətkarı, Xalq artisti Elmira Rəhimovanın repertuarında xüsusi yer tutan məşhur "İntizar" mahnısı ilə musiqi gündəmini dəyişən gənc və istedadlı müğənni Sehri Əliyeva deyib.
Xalq artisti Aygün Bayramovanın yetirməsi olan Sehri bu mahnının səhnə fəaliyyətində ona böyük uğur qazandıracağına ümid bəslədiyini bildirib:
"İllərlə əsl sənətkarlardan dərs almışam. Əvvəlcə Asəf Zeynallı adına Musiqi Kolleci, ardınca Milli Konservatoriyada Xalq artisti, sevilən muğam ifaçısı Aygün Bayramovanın sinfini bitirdim. Hazırda magistr pilləsində təhsilimi davam etdirirəm. 9 ildir ki, ustadların yanında sənətin incəliklərini öyrənən, korifeylərin əlindən su içən gənc bir ifaçı kimi özümü digər fərqli janrlarda da sınamağa qərar verdim.
Musiqi dünyamızda öz möhürünü vuran sevimli sənətkar Elmira Rəhimovanın repertuarına müraciət etdim. Sözləri Südabə Şəfaya, musiqisi isə Nüşabə Muradovaya məxsus olan məşhur "İntizar" mahnısını oxudum. Belə demək mümkündürsə, mahnıya yeni nəfəs gətirdim, yeni ruh verdim. Əlbəttə, bu addımla nə qədər böyük məsuliyyət daşıdığımın da fərqindəyəm. Elmira Rəhimova kimi böyük sənətkarın repertuarına müraciət etmək sözsüz ki, gənc bir ifaçıdan hədsiz cəsarət, özgüvən, istedad, musiqi duyumu tələb edir. Həm də söhbət milli musiqimizdə xüsusi yeri olan bənzərsiz "İntizar" mahnısından gedir.
Açığı, bu ifa ilə bağlı mümkün tənqidlərə və fərqli fikirlərə özümü öncədən hazırlamışam. Amma dünəndən mahnını müxtəlif sosial platformalarda paylaşmışıq. İzləyicilər tərəfindən o qədər xoş fikirlər yazılır ki, yaranan təəssürat məndə olan ilk qorxu, həyəcan və narahatlığı xeyli azaldıb. Deyəsən, dinləyicilərin qəlbini oğurlaya bildim. Ümid edirəm və ən əsası, inanıram ki, yeni oranjemanda, yeni nəfəsdə olan bu ifam musiqisevərlər tərəfindən maraqla qarşılanacaq, gənc müğənni olaraq, mənə gələcək səhnə fəaliyyətimdə böyük uğurlar qazandıracaq".

/ azxeber.com

Şou Biznes     Baxılıb: 677   Tarix: 21 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Natavan Həbibi:'25 il sonra ilk evimi almışam

Natavan Həbibi etirafı ilə izləyicilərini təəccübləndirib. xəbər verir ki, müğənni 25 ildir kirayədə yaşadığını deyib. Yeni ev aldığını bildirən Həbibi "Bu mənim ilk evimdir. 25 ildir Bakının hər küçəsində kirayədə qalmışıq

.

Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Rusiya Federal Vergi Xidmətinə 153 milyon rubl borcu var. Rusiy mətbuatına əsasən xəbər verir ki, mayın 1-də vergi orqanları "influencer"ə borcunu ödəməyi bildirib

.

Baliyə köçərkən burada itirdiklərimə peşman deyiləm' - Çingiz Mustafayev

Uzun zamandır səhnədən uzaqlaşıb Baliyə köçən müğənni Çingiz Mustafayev maraqlı etiraf edib. xəbər verir ki, bir müddətdir Balidə yaşayan və fərqli musiqilərə olan marağı ilə bilinən Çingiz pop musiqi ifa eməkdən zövq almadığın

.

Tanınmış türk sənətçiyə xərçəng diaqnozu qoyuldu

"Kahtalı Miçe" kimi tanınan türk sənətçi Mustafa Aslanın boğaz xərçəngi olduğu üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aslanın müalicəsi Antalya Akdeniz Universiteti Tibb Fakültəsində davam edir

.

Aktrisa eşq iddialarını yalanladı

"Kızılcık şərbəti" nin aktrisası Sıla Türkoğlu həmkarı Doğukan Güngörlə eşq yaşadığı iddialarına cavab verib. xəbər verir ki, Türkoğlu sosial media hesabından verdiyi açıqlamada bütün iddiaları təkzib edib. Gən

.

Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı

"Yarqı" serialında Ceylin obrazını canlandıran məşhur aktrisa Pınar Dəniz və uzun müddətdir sevgili olduğu həmkarı Kaan Yıldırımın toy hazırlıqlarına başladığı məlum olub. xəbər verir ki, yay aylarında evlənəcə

.

Çinarə: 'Qızım istəsə əcnəbi ilə ailə qura bilər

XƏZƏR kanalında "İncə səhər" verilişinə qonaq olan aparıcı Çinarə Əliyeva və həyat yoldaşı Ruslan şəxsi həyatları ilə bağlı maraqlı açıqlamalar edib. xəbər verir ki, bir neçə ay sonra valideyn olmağa hazılaşan cütlü

.

Azərbaycan 'Avroviziya'nın növbəti mərhələsinə keçə bilmədi

"Avroviziya-2024" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib. xəbər verir ki, nəticələrə görə Azərbaycan final mərhələsinə keçə bilməyib. 12-ci sırada çıxış edən təmsilçilərimizin bu günə qədər bukmeykerlə

.

Orxan Zeynallının konserti baş tutdu - FOTOLAR

Reper Orxan Zeynallının "Buz uşağı" adlı konserti baş tutub. xəbər verir ki, Bakı İdman Sarayında keçirilən gecə anşlaqla keçib. Sənətçi 500-ə yaxın insan qarşısında çıxış edib. Konsertdə Orxan Bakı Opera Orkestr

turlar.az

sonxeber.az reseptler makiyaj etmek qaydalari maskalar insani ariqladan qidalar pnevmoniya xesteliyi gül buketləri dermanlar kosmetika pehriz veten masturbasiya novruz bayramina aid vətənə aid bayatılar