Gənclərin bəlası skolioz

Gənclərin bəlası skoliozİnsan orqanizmində həyat tərzindən, işindən asılı olaraq müxtəlif dəyişikliklər baş verir. Belə dəyişikliklərə çox vaxt "peşə xəstəlikləri" deyilir. Yəni boyun, bel, çiyin ağrıları olur. Peşə xəstəlikləri sırasına müasir dövrün ən qlobal xəstəliklərindən olan onurğa əyriliyi də daxildir.
Milli.Az axşam.az-a istinadən bildirir ki,  onurğa əyriliyi ta qədim zamanlardan mövcuddur. Bu xəstəliyi ilk dəfə yunan həkimləri müəyyənləşdiriblər. İlk araşdırmalar mumiyalar üzərində aparılıb: 5 mumiyadan 3-ündə onurğa əyriliyinə rast gəlinib.
Onurğa əyriliyi nədir?
Günümüz kompüter və televizor qarşısında oturmaqla keçir. Çox vaxt necə oturduğumuza fikir vermirik. Elə buna görə də insanlar arasında onurğa əyriliyi artmaqdadır. Vücudumuzda iki daşıyıcı sistem mövcuddur. Biri skelet, digəri isə ona yardımçı olan əzələ sistemidir. Əgər əzələ sistemi çox zəifdirsə, onda bütün güc skeletin üzərinə düşür. Onurğa əyriliyi bu zaman meydana çıxır. Bu, təkcə bədənin deformasiyasına deyil, həmçinin digər görkəm pozulmalarına da gətirib çıxarır. Təkcə bel deyil qol, ayaq, çiyin və boyunda da sümüklər əyilir, sızlamalar başlayır. 
Onurğa əyriliyinin səbəbləri aşağıdakılardır:
·    Doğuş zamanı zədə
·    Hamiləlik vaxtı ananın düzgün qidalanmaması
·    Ağır yük qaldırmaq
·    Düzgün oturmamaq
·    Revmatizma
Onurğa əyilməsinin üç növü var:
·    Skolioz
·    Kifoz
·    Landoz
Skolioz
Onurğa əyriliyinin ən geniş yayılan növü skoliozdur. Skolioz onurğa sütünunun yana əyilməsi deməkdir. Onurğa S hərfinə bənzəyir. Bu onurğa xaricindəki problemlərdən irəli gəlir. Skolioz ağır və yüngül olur. Əgər bir çox sümüklərdə əyilmələrə rast gəlinirsə, buna "ağır skolioz" deyilir. Sadə skoliozda isə onurğa sütunu əyilməyə başlayır. Skolioza daha çox məktəblilər arasında rast gəlinir. Hazırda hər üç məktəblidən birində skolioz aşkarlanır. Məktəblidə bel ağrısının olması normal hal deyil. Əgər məktəb yaşlarında skolioz aradan qaldırılmazsa bu, gələcəkdə uşağın çiyinlərinində əyriliyinə səbəb ola bilər. Bel əyriliyi isə get-gedə ayaq sümüklərinin də əyilməsinə gətirib çıxarır. Skolioz üç mərhələdə inkişaf edir: ilkin mərhələdə sümük 5-10, ikincidə 30, üçüncüdə isə 60 dərəcə əyilir. Üçüncü mərhələ ən ağırınındır. Bu mərhələnin müalicəsi mümkünsüzdür.
Skoliozun yaranmasına səbəb sinir sisteminin zədələnməsi, əzələlərdəki balansın, onurğadakı sümük inkişafının, endokrin vəziyyətin pozulması və D vitamini çatışmazlığı səbəb olur. Skoliozun idieopatik növü də var. Yəni xəstəliyin yaranma səbəbi məlum olmur. Bəzən körpə uşaqda da revmotizm xəstəliyi olur. Onun qarşısı vaxtında alınmadıqda skolioza çevrilir.
Onurğa əyrilyinin fəsadları
Bu xəstəliyin bütün növləri orqanizm üçün təhlükəlidir. Onurğa əyriliyi insanda bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu, həm də əsəb sisteminə pis təsir edir. Onurğa əyriliyi raxitliyə və ifliçə gətirib çıxarır. İnsanda daim təzyiq və ürək nahiyəsində ağrılar olur. Uzun müddət müalicəsiz qalanda ayaqlarda tutulmalar baş verir. 
Müalicəsi
Onurğanın özündə fizioloji baxımdan onsuzda əyrilik var. Sağlam olmayan həyat tərzi insanın onurğasının tamamilə əyilməsinə və sıradan çıxmasına səbəb olur. Daha çox yeniyetmələrdə rast gəlinən onurğa əyriliyini masaj, fizioterapiya ilə müalicə etmək mümkündür. Əgər onurğa D vitamini çatızmazlığı nəticəsində əyilirsə, bu zaman balıq yağı içmək məsləhətdir. Ən yaxşısı isə idman etməkdir.
Milli.Az

Xəbərlər     Baxılıb: 848   Tarix: 26 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bu vərdiş diabet riskini azaldır

Alimlər deyirlər ki, sadə yemək vərdişi diabet riskini azaltmağa kömək edir.   -a istinadən bildirir ki, düzgün pəhriz şəkər səviyyənizi nəzarət altına almağa kömək edəcək. Son elmi araşdırmalar müəyyən bir pəhrizin diabe

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

.

Ürəyi dərmansız gücləndirməyin yolu

Stress, təşviş və gərginlik ürək və digər orqanlarda problemlər yaradır. "medicina"ya istinadən xəbər verir ki, alimlər ürəyi qüvvətləndirmək üçün dərmansız təsirli metod açıqlayıblar. Stress və narahatıq, fiki

.

Orqanizmi qalxan kimi qoruyan RESEPT

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. . -a istinadən bildirir ki, ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəv

.

Çiyələyi bu qidalar ilə birlikdə yemək olmaz

Çiyələyin müəyyən qidalarla birləşməsi həzm problemlərinə səbəb ola bilər. .   -a istinadən bildirir ki, mütəxəssislər çiyələyi süd məhsulları ilə birləşdirməyi məsləhət görürlər. Ağciyəri toksinlərdən təmizləyən qidalar

.

Siqareti tərgitdikdən sonra niyə kökəlirik?

"Siqareti buraxdıqdan sonra çəki artımı siqareti tərgitmə faktı ilə deyil, pis qidalanma vərdişləri (şəkər, duz və qızardılmış qidalardan sui-istifadə) ilə əlaqələndirilir". "Unikal"a istinadən xəbər veri

.

Diqqət: Bu kartof çox təhlükəlidir

Göyərmiş, yaşıla çalan kartof ən zəhərləyici təsirli kartofdur. -a istinadən xəbər verir ki, terapevt, tibb elmləri namizədi Marqarita Koroleva yaşıl rəng almış kartofun zərərindən danışıb:. "Kartof gün altında uzu

.

Çirkli ev sağlamlığınız üçün faydalı ola bilər – İlginc açıqlama

Evini tez-tez təmizləməyən insanların sizdən daha sağlam olmasında məhz "pintilik" amili rol oynaya bilər?. Bu, qeyri-mümkün səslənsə də, elm adamları məişət mikroblarının sağlamlıq üçün faydalı ola biləcəyini deyirlər

.

30 dəqiqədən artıq telefonla danışmaq

Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir. -a istinadən xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasiir insanlara təzyiq problemi yaratmasından danışıb:

turlar.az

sonxeber.az qis geyimləri 2024 kosmetika mehsullari hamiləlik arıqlamaq üçün çaylar genc aile suni usaq yemekleri qəlyanaltılar kosmetika ginekoloq bir arzum var kondom nedir bayraq faydalı bilgilər