General oğlunun döydüyü sürücü: "Arxadan yumruq vurdu, başım asfalta dəydi..." (VİDEO)

General oğlunun döydüyü sürücü: "Arxadan yumruq vurdu, başım asfalta dəydi..." (VİDEO)Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü sürücü hadisə barədə danışıb.

Xanim.az-in məlumatına görə, "Xaliq Faiqoğlu" şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədov "Qafqazinfo"ya müsahibəsində deyib ki, hadisə dairədə "BMW"nin qəfildən onun qarşısına çıxması ilə başlayıb:

"İyulun 3-də saat 21:30 radələrində "Memer Əməci" metrostansiyasının yaxınlığındakı dairədə hərəkətdə olarkən 10 OG 300 nömrəli "BMW" markalı avtomobil avtobusun qarşısına çıxdı. Həmin vaxt mən dairədə idim, o isə daxil olurdu. Mən ona siqnal verdim və qayda pozuntusu etdiyi üçün iradımı bildirdim. Sürücü düşüb gəldi və hansı səbəblə yolda mənim üstün olduğumu soruşdu. Mən də nişanı göstərdim, dedim buna görə sən məni gözləməlisən. O, söyüş söydü, məni təhqir etdi. Mən də dedim ki, maşında ana-bacı var, söymə. Sonra yoluma davam etdim, o da arxamca gəlirdi".

S.Səmədov bildirib ki, general oğlunun onu döyməsi "söyüş"ə görə olub:

"Marşrutun son dayanacağında saxladım, sərnişinlərdə düşüb getdi. Mən avtobusdan düşəndən sonra "BMW"nin sürücüsü mənim yanıma gəlib əsəbi şəkildə dedi ki, niyə mənə siqnal vermisən? Sonra dedi ki, məni söymüsən. İzah etdim ki, onu söyməmişəm. Mən ona "maşında ana-bacı var", o elə bilib mən ana-bacı söyüşü söydüm. Aramızda xırda mübahisə oldu, mən onun yanındakı tanışı ilə söhbət edəndə həmin oğlan arxama keçdi, qəfildən çənə nahiyəmdən bir yumruq vurdu. Mən yerə yıxıldım, başım asfalta dəydi, yarıldı, huşumu itirdim. Bir də gözümü "Semaşko" xəstəxanasında açdım, onda artıq başıma tikiş qoyurdular".

S.Səmədov səhhəti ilə əlaqədar hələ ki, işə çıxmadığını deyib.

Xəbərlər     Baxılıb: 2324   Tarix: 12 iyul 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Avokado gözəlliyi qorumaq istəyənlərə necə kömək edir?

Avokado yüksək qida dəyəri olan meyvə kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.   -a istinadən xəbər verir ki, 100 q meyvədə təxminən 160 kalori var. . Bunlar pəhriz hesab olunur, çünki tərkibində yalnı

.

Broyler toyuqlarının bu hissələrini yeməyin

Məlumdur ki, toyuq əti qiymətli kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin bir çox vitamin, mikro və makroelementlər mənbəyidir. . Bununla belə dünya alimləri qeyd edirlər ki, quşun bəzi hissələri insa

.

Qan damarlarını təmizləyən iki səhər yeməyi

Həkimlər qan damarlarını təmizləyən iki səhər yeməyini açıqlayıblar. .   -a istinadən bildirir ki, sözügedən məhsul damarları təmiz saxlamağa kömək edir. . Diyetoloqlar bildirib ki, yağ, yumurta, xama yeməkdən imtina etmə

.

Belə nəfəs almaq ağciyərlərə ZƏRƏR VURUR

"Dayaz nəfəs almaq, siqaret çəkmək, oturaq həyat tərzi və əyilmək ağciyər tutumunu azalda bilər". -a istinadən bildirir ki, bu barədə Nijni Novqorod Regional Səhiyyə və Tibbi Profilaktika Mərkəzinin baş həkimi Nataly

.

Bədəndən xolesterolu dərmansız çıxarmağın ƏN ASAN YOLU

Xolesterolun aradan qaldırılmasını sürətləndirmək üçün bədəndə müəyyən bir mineralın səviyyəsini izləmək vacibdir. Damarlarda həddindən artıq "pis" xolesterin infarkt və insult riskini artırır.   -a istinadən xəbə

.

Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

Gecə növbəsində işləməyin insan orqanizminə necə təsir etdiyi məlum olub. -ə istinadən bildirir ki, tədqiqatın rəhbəri, professor Hans Van Dongen bədənin fəaliyyət və istirahət dövrlərini tənzimləyən daxili bioloji saat

.

Şəhər, yoxsa kənddə yaşamaq – Harda xərçəng daha çox yaranır?

Kənd insanının bədəni sağlam, ömrü uzun olur deyirlər. Həqiqətənmi şəhərdən uzaq yaşamağın özü sağlamlıq üçün yetərlidir?.   -a istinadən xəbər verir ki, paytaxtda və kənddə yaşamaq orqanizmə fərqli risklər yaradır və hərəsini

.

Kişilər üçün ən sağlam pəhriz

Çox vaxt pəhriz sözü artıq çəki ilə mübarizə aparmaq kimi qəbul edilir. Əslində, pəhrizə riayət etmək bir sıra xəstəliklərdən, o cümlədən xroniki xəstəliklərdən qaçmağa imkan verir.   -a istinadən xəbər verir ki, mütəxəssislə

.

Orqanizmdə iltihabı azaldan 7 qida

Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir. -a istinadən xəbər verir ki, diyetoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb

turlar.az

sonxeber.az sade makiyaj sekilleri qadin sayti reseptler toy donlari 2024 ariqlamagin asan yollari aybaşı sikli gəlin qayınana kosmetika sanamalar yuxuda qara ilan gormek qaynana hakista dostluq bayatı