Generala ərə getdi, 25 il sonra ilk sevgilisindən evlilik təklifi aldı - FOTO

Generala ərə getdi, 25 il sonra ilk sevgilisindən evlilik təklifi aldı - FOTO"Kulis.az" məşhur diktor Nərgiz Cəlilova haqqında maraqlı faktları təqdim edir.
Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakıda dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Orta məktəbdə oxuduğu illərdə musiqi təhsili almağa başlayır. On illik musiqi təhsilini başa vurur. İncəsənətə həddindən artıq meylli olduğundan hamı düşünür ki, o, musiqi sahəsinə yönələcək. Amma gözlənilənin əksinə olaraq Nərgiz 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunur.
Generala ərə getdi, 25 il sonra ilk sevgilisindən evlilik təklifi aldı - FOTOAkademiyanı bitirəndən sonra televiziyada müsabiqə olduğunu eşidir və ora qatılmaq qərarına gəlir. Müsabiqədəki komissiyanın tərkibində məşhur diktor Rafiq Hüseynov da olur. Bir neçə mərhələni uğurla keçən Nərgiz yaxşı nəticə əldə edərək, müsabiqədən tam formada keçərək 1983-cü ildə Azərbaycan televiziyasında çalışmağa başlayır. Sonralar Rafiq Hüseynovla Nərgizin ustam müəllim münasibəti dərin dostluğa çevrilir. Onlar birlikdə bir neçə mahnı da ifa edirlər. O, müsahibələrinin birində bu barədə belə deyir:
"Komissiyanın üzvləri arasında xalq artisti Rafiq Hüseynov da var idi. Mənə elə gəlir ki, Rafiq Hüseynov olmasaydı, mən də olmazdım. İllər ötdükcə o, ailəvi can dostuma çevrildi. Qızı Leyli dünyaya gələndə ilk mənə zəng elədi və dedi ki, Nara, birinci sənə zəng edirəm, xala olmusan. O, mənim can dostum idi, baxmayaraq ki, yaş fərqimiz var idi, ustadım idi".
15 ilə qədər AZ TV-də çalışan diktor 1998-ci ildə doğma televiziyasından ayrılmalı olur. Sonra illərdə isə ABA, Space və Lider kanallarında fəaliyyətini davam etdirir.
Nərgiz Cəlilova ali təhsil aldığı illərdə tələbə yoldaşı ilə məhəbbət yaşayır. Ailə qurmaq qərarına gələn cütlüyün yolları sonradan kədərli şəkildə ayrılır. Cəlilova öz müsahibələrində xatırlayır:
"Qərar verdik ki, dördüncü kursda nişanlanaq, bitirəndən sonra isə evlənək. Onu bir gün tələbə düşərgəsinə göndərdilər. Oradan qayıdanda onda dəyişiklik gördüm, artıq o münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq yaşadım, amma o zaman bu tələb olunurdu.
Televiziyada çalışmağa başladığım illərdə bir gün mənə zəng gəldi. Bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Zəngində bildirdi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim, biz razılaşdıq və ayrıldıq. Daha sonra o, ailə qurdu və Amerikaya köçdü.
Generala ərə getdi, 25 il sonra ilk sevgilisindən evlilik təklifi aldı - FOTO25 il sonra həmin insandan mənə yenidən zəng gəldi. Onda mən də, o da öz həyat yoldaşlarımızdan ayrılmışdıq. İkimiz də subay idik. 25 ildən sonra o, yenə də evlilik təklif etdi. Təbii ki, qəbul etmədim. Çünki axar suya ikinci dəfə girmək olmaz. Bu mənim xasiyyətimdir. Bir neçə il keçdikdən sonra o, ikinci dəfə evləndi, mən isə hələ də təkəm. Hərdən fikirləşirəm ki, ilk məhəbbətim məni rahat buraxmadı".
Beləliklə ilk məhəbbəti ilə heç cür qovuşa bilməyən diktor Rusiyanın ədliyyə orqanlarında işləyən ədliyyə general-leytenantı İlqar Əlihüseyn oğlu Qasımov adlı insanla ailə qurur. Bu evlilikdən onların Nərmin adlı qızları dünyaya gəlir. Qızının on yaşı olanda, aparıcı həyat yoldaşından ayrılaraq qızı ilə birgə yaşamaq qərarına gəlir.
Diktorun ən çox sevdiyi idman növü tennisdir. Tennis sevgisi haqqında o, belə deyir:
"Ən çox sevdiyim idman növü tennisdir. Əgər 25 yaşım olsaydı, mütləq tennislə peşəkar məşğul olardım. Təsəvvür edə bilməzsiniz, mən oyunları necə izləyirəm. Hətta baxanda qışqırıram. Yaxşı ki, evdə tək yaşayıram. Heç kim səsimdən qorxmur".
O, 2009-cu ildə Xəzər TV kanalında "Pəncərə", 2015-ci ildə isə AZ TV-də "Sevilənlər" adlı verilişin aparıcısı olub. Müxtəlif TV layihələrdə uğurla iştirak edib. Tələbələr və ardıcıllarını yetişdirib.
Generala ərə getdi, 25 il sonra ilk sevgilisindən evlilik təklifi aldı - FOTONərgiz Cəlilovanın qızı Nərmin bir neçə il əvvəl uyğur vətəndaşı ilə ailə quraraq Çinə köçür. 62 yaşlı diktorun bir nəvəsi də var. / azxeber.com

Şou Biznes     Baxılıb: 995   Tarix: 11 iyun 2023
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Nərmin və rəqqasə Aygün arasında qalmaqal

Bu gün XƏZƏR televiziyasında  "İncə səhər" verilişində qonaq olan müğənni Nərmin Kərimbəyova və rəqqasə Aygün Babayeva arasında mübahisə düşüb. xəbər verir ki, buna səbəb Aygünün illər öncə olmuş hadisəni yenidə

.

Orbakayte anasının hədiyyəsini satışa çıxartdı

Rusiyalı müğənni Kristina Orbakaite Alla Puqaçovanın ona hədiyyə etdiyi evi satışa çıxarıb. Rusiya mətbuatına əsasən xəbər verir ki, Orbakaite "İstra" su anbarının sahilində yerləşən anası Alla Puqaçovanın ona hədiyy

.

Kızılcık Şerbeti'nin aktyoru azərbaycanlı imiş

"Kızılcık Şerbeti" serialında Fatih obrazını canlandıran aktyor Doğulan Güngör qatıldığı verilişdə özü ilə bağlı məlumat verərkən hər kəsi təəccübləndirib. xəbər verir ki, o, atasının azərbaycanlı olduğunu deyib

.

Aktrisa eşq iddialarını yalanladı

"Kızılcık şərbəti" nin aktrisası Sıla Türkoğlu həmkarı Doğukan Güngörlə eşq yaşadığı iddialarına cavab verib. xəbər verir ki, Türkoğlu sosial media hesabından verdiyi açıqlamada bütün iddiaları təkzib edib. Gən

.

Sizdə bu vitaminlər çatmırsa....- RİSKLİ XƏSTƏLİK

D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan "Bacteroides fragilis"in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər. Londondak

.

Hiss yenə dəyişdi - FOTOLAR

Gənclərin sevimli müğənnisi Hiss bu dəfə yeni imici ilə təəccübləndiri. xəbər verir  ki, sənətində də fərqlilikləri ilə tez-tez adından söz etdirən sənətçi bu dəfə kamera qarşısına yeni obrazda çıxıb. Saçlarını uzadaraq rəngin

.

Evlilik tarixi bəlli oldu

Aktyor Tolqa Sarıtaş evlilik hazırlıqlarına başlayıb. xəbər verir ki, aktyor pərəstişkarlarına şad xəbəri verərək iyunda nikah masasına oturacağını açıqlayıb. Gəlinlik və bəy kostyumunu gələcək həyat yoldaşı Zeynep Mayruku

.

Namiq Aygünlə yeni duetindən danışdı: 'Çox toxunan sözləri var'

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yeni açıqlaması ilə diqqət çəkib. -ə istinadən xəbər verir ki, "İncə səhər" verilişinə qonaq olan Çuxurlu Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb

.

Aktrisa ilk dəfə qızını paylaşdı

Bir müddət əvvəl qızı Asyanı qucağına alaraq ilk dəfə ana olmaq sevincini yaşayan məşhur aktrisa Qonca Vuslateri həyat yoldaşı Levent Yaşar və körpəsi ilə doğuşdan sonra xəstəxana otağında çəkdirdiyi fotoları pərəstişkarların

turlar.az

sonxeber.az toy makiyajlari donlar 2024 sade makiyaj sekilleri qrip zökəm qadın sonsuzluğu hakista qidalandirici maskalar kosmetika hakışda həsən bəy zərdabi şəkərbura qaynanaya aid maraqli hakistalar