Göyçayda BƏDBƏXT HADİSƏ: Zibillikdən dərman tapıb içdi, öldü - FOTO

Göyçayda BƏDBƏXT HADİSƏ: Zibillikdən dərman tapıb içdi, öldü - FOTOGöyçayın Ləkçılpaq kənd sakini Ziya İbrahimov Maştağadakı Ruhi-Əsəb Dispanserindən evə dönərkən əlindəki "fenazepam" dərmanını zibil qutusuna atıb ("fenazepam" 1974-cü ildən buraxılan psixotrop dərman növüdür. Ensiklopediya məlumatlarına görə, yalnız keçmiş SSRİ-də istifadə edilib – red.). Qızı 7 yaşlı Aysu dərmanı götürərək həblərdən 5-ni özü atıb, birini də kiçik qardaşına verib. Sonradan vəziyyəti ağırlaşan Aysu nə etdiyini babası Faiq İbrahimova söyləyib. Bundan sonra hər iki uşaq rayon xəstəxanasına aparılıb.

Faiq İbrahimovun AzadlıqRadiosuna dediyinə görə, ilkin tibbi yardımdan sonra qızın vəziyyəti normallaşdığından həkimlərin məsləhəti ilə xəstəxanadan çıxarıb. Amma ertəsi gün səhər uşağın durumu ağırlaşır və huşsuz halda yenidən xəstəxanaya aparılır. Həkimlərin bütün səyləri nəticə vermir və uşaq ölür.

"YARDIM GÖSTƏRİLSƏ DƏ, UŞAQDA İRƏLİLƏYİŞ OLMAYIB"

Aysunun ailə üzvləri belə hesab edirlər ki, həkimlər xəstəni sağalda bilməyəcəklərini əvvəlcədən söyləsəydilər, onlar digər xəstəxanalara üz tutardılar.

Göyçay rayon xəstəxanasının pediatriya şöbəsinin müdiri Rafael Fazilov müsahibəsində bildirib ki, xəstəxanaya gətiriləndə uşağın vəziyyəti ağır olub. Şöbə müdirinin sözlərinə görə, ilk tibbi yardımdan sonra Aysunun səhhəti düzəldiyindən ailəsi və həkim Vüqar Davudovla razılaşmadan və yazılı izahat alınandan sonra uşaq evə buraxılıb:

"Mayın 12-də səhər saatlarında uşaq yenidən xəstəxanaya gətirilib. Bu vaxt vəziyyəti ağır olub. Hər cür yardım göstərilsə də, uşaqda irəliləyiş olmayıb. Vəziyyətinin ağırlığına görə, Bakıya göndərmək də mümkün olmayıb".

Rafael Fazilovun fikrincə, uşaq kəskin dərman zəhərlənməsindən ölüb.

Məsələ Göyçay rayon prokurorluğunda araşdırılır.

Maraqlı     Baxılıb: 2445   Tarix: 03 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Yerin heyrətamiz yeni görüntüsü yayıldı

NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib. Bu barədə Amerikanın Səsi məlumat yayıb. Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasında

.

AMEA-da prezident seçkiləri keçiriləcək

AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Bu barədə  -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılmas

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb

II və II ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqi"ni

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

turlar.az

sonxeber.az geyim və ayaqqabılar hamiləlik maskalar göyəm mürəbbəsinin resepti pehriz saxlamaq qaydalari qadinda cinsi isteksizlik azərbaycan haqda kosmetika novruz bayramı bedii edebiyyat kahfe kali vetene aid atalar sozu bayatilar