Göyəm turşusu

Göyəm turşusuƏrzaqlar: Göyəm turşusu

Göyəm

Sarımsaq

Duz

Şəkər tozu

Sirkə ( 60%-lı)

Yapışqan

Hazırlanması:

Göyəmi saplağını təmizləyib yuyub bankalara yığırıq.

Göyəm turşusuHər 800q -1kq bankaya 1 x.q duz, 1 ç.q şəkər tozu, 1 ç.q az sirkə və 1 balaca diş sarımsaq əlavə edirik.

Göyəm turşusuÜstünə qaynar su tökürük.

Göyəm turşusuQapaqları qaynar suya salıb bankaların ağzını qapaqla bərk bağlayıb yapışdırıcı ilə yapışdırırıq. Bankaları çalxalayırıq duzu tamam əriyir.

Göyəm turşusuƏdyalın arasına qoyub bükürük. Soyuyanda əgər dibinə duz yığılıbsa yenə çalxalayıb götürürük.

Nuş olsun!

Mətbəx   Baxılıb: 8674   Tarix: 01 noyabr 2013  
f Paylaş




DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti