Gözaltı torbalardan və qırışlardan qurtulun - MASKALAR

Gözaltı torbalardan və qırışlardan qurtulun - MASKALARGözləriniz şişib? Gözaltında nazik cizgilər peyda olub? Aile.lent.az bu yazısında gözlə bağlı yaşanan bu problemlərinizə faydalı olacaq 5 möhtəşəm üsul təqdim edir.
Gözəl gözlər üçün sadə, ucuz və tamamilə təbii formullar!

Soyuq, dehidrasiya, günəş və yaş bu incə cizgilərin yaranmasına səbəb olur. Bununla yanaşı da azca şişkinlik ortaya çıxır.

Aloe vera və üzüm çəyirdəyi yağı

Üzüm çəyirdəyi gözəl gözlər üçün ən yaxşı vasitələrdən biridir. İstənilən marketdə tapılan üzüm çəyirdəyi yağına aloe vera əlavə etmək daha effektli olacaq.
Kremi hazırlamaq üçün sadəcə 1 yemək qaşığı aloe vera, 2 damcı üzüm çəyirdəyi yağı və 1 çay qaşığı arı südü götürün. Bunların hamısını qarışdırın. Yatmadan əvvəl göz ətrafına çəkin və masaj edin.

Zeytun yağı və kakao tozu

Bu qarşım göz ətrafındakı su normasını tənzimləyir və qırışları azaltmaq üçün möhtəşəmdir. Kakao tozu hər yerdə tapılır, həm çox ucuzdur, həm də faydalı. Sadəcə 1 yemək qaşığı kakao tozunu bir neçə damcı zeytun yağı ilə qarışdırın. Bunu təxminən 3 gün saxlayın. Göz ətrafına bununla masaj edin.

Qatıq və yaşıl çay

Şişkin gözlər və gözaltı torbalarla oyandığınız günlərdə bu müalicə üsulundan istifadə edin. Yarım stəkan su ilə yaşıl çay hazırlayın. 2 yemək qaşığı qatıq əlavə edin və yaxşıca qarışdırın. Sonra soyutmaq üçün soyuducuya qoyun. Gözaltı torba və şişkinliklərdən qurtulmaq üçün gözaltına sürtün.

Xiyar və vazelin

İkisi də su normasını tənzimləyən, dərini yeniləyən vasitədir. 2 ədəd xiyarı dilim-dilim doğrayın. Çəngəllə xiyarı vazelinin içində əzərək xəmir halına gətirin. Soyutmaq üçün bir neçə dəqiqəlik soyuducuya qoyun. Səhərlər və yatmadan 10 dəqiqə əvvəl istifadə edin. Böyük fərqi hiss edəcəksiniz. Torbalar aradan qalxacaq və qırışlarınız da azalacaq.

Gül suyu və qatıq

3 damcı gül suyunu 2 yemək qaşığı qatıqla qarışdırın və göz altına sürtün. Göz ətrafındakı qan dövranı sürətlənəcək, dəriniz daha elastik və sıx olacaq.

Gözəllik və Moda     Baxılıb: 5398   Tarix: 12 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

Buruq saçları necə düzləşdirmək olar?

Bəli, həm də 8 ay boyunca dümdüz və parlaq qala bilər, üstəlik də saçlarınızı heç köhnəltməz! Hətta köhnəsindən daha parlaq və sağlam olarlar. Bu əməliyyatın adı "Straight Therapy". Termal düzləşdirici ilə saçlarını

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Estetik olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı nəticəsində bu əməliyyatlardan istifadə edənlərin sayı getdikcə artır. Əvvəllər əsasən səhnə adamlarında gördüyümüz estetik əməliyyatlara artıq hər kəs müraciə

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

turlar.az

sonxeber.az qadin dunyasi qaşların formalari yay kolleksiyasi tənəffüs orqanları baş gicəllənməsi dodaq cins salvarlar facebook kosmetika buga burcu ariqlamaq bahar faydalı maskalar rus dili 2ci ders