Gözüm atır. SƏBƏBLƏR və HƏLLİ

Gözüm atır. SƏBƏBLƏR və HƏLLİGöz qapağının qeyri-ixtiyari atması (tik, spazm) kifayət qədər yayılmış haldır.
Tibbdə bu hal "miokimiya" adlandırılır. Əksər hallarda spazm bir gözün aşağı göz qapağında olur, lakin bəzən bu yuxarı göz qapağında da mümkündür.
Tik qəfildən başlayır və tez də qurtarır. Əksər hallarda belə tik heç bir ciddi xəstəliyin əlaməti deyil, heç bir xüsusi müalicə tələb etmir və özü özündən keçir. Lakin bəzən tik bir neçə həftə, hətta bir neçə ay ərzində davam edə bilər. Bu halda Həkimə müraciət etmək lazımdır.
Əgər göz qapağında olan tik uzun müddət ərzində davam edirsə, mütləq oftalmoloqun və nevroloqun müayinəsindən keçin. Nadir hallarda olsa da göz qapağında tik ciddi göz və nevroloji xəstəliklərinin əlaməti ola bilər.
Göz qapağında tikin səbəbləri:
- İlk və ən yayılmış səbəb stresdir. Uzunmüddətli stress orqanizmdə bir çox pozulmalara səbəb olur. Belə stresin fonunda insanda, o cümlədən, miokimiya inkişaf edə bilər. Adətən insan stress vəziyyətdən çıxdıqda tik da yox olur.
- Yorğunluq, yuxunun az olması. İnsan uzun müddət ərzində kifayət qədər yatmazsa və dincəlməzsə, bu da göz qapağında tikin əmələ gəlməsinə səbəb ola bilər.
- Göz yorğunluğu. Bu xüsusilə kompüterdə işləyən insanlara aiddir. Göz uzun müddət ərzində gərgin vəziyyətdə olur və bu da miokimiyaya səbəb ola bilər. Mütəxəssislər uzun müddət ərzində kompüterdə işləyən insanlara belə məsləhət verir - 1 saat işlədikdən sonra gözlərinizə 5-10 dəqiqə ərzində dincəlməyə imkan yaradın (uzağa baxın, gözlərinizi tez-tez yumun və açın və s. göz üçün olan gimnastika edin).
- Kofein və alkoqol. Mütəxəssislərin fikirinə görə, çoxlu miqdarda kofein (çay, qəhvə, "enerji içkilərin" tərkibində var) və alkoqol gözdə tikin inkişafına səbəb ola bilər.
- Quru göz sindromu. Bu sindrom yaşlı, uzun müddət ərzində kompüterdə işləyən, kontakt linzaları taxan insanlarda inkişaf edir.
- Qidalanmada maqnezium və kalsium kimi mikroelementlərin çatışmazlığı tikin səbəbi ola bilər.
- Düzgün seçilməmiş eynəklər və kontakt linzaları gözdə gərginliyin artmasına və nəticədə göz qapağının atmasına səbəb ola bilər.
- Allergiyadan əziyyət çəkən insanlarda da miokimiya inkişaf edə bilər.
Miokimiyadan tez-tez əziyyət çəkən insanlar kifayət qədər yatmalı və dincəlməli, gözə olan gərginliyi məhdudlaşdırmalı, stress vəziyyətlərindən uzaq olmalıdır. Həkim belə insanlara kalsium və maqnezium preparatları, B qrupu vitaminləri, yüngül sakitləşdirici preparatları təyin edə bilər.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1596   Tarix: 14 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Şarmlı qadınlarda kişiləri başdan çıxaran şeylər - BU YALNIZ QADIN SİRRİDİR - FOTOLAR

Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bir çox üsullardan istifadə edirlər. Bu üsullar nəticə vermədikdə özünü bədbəxt hiss edir, amma əslində vəziyyət o qədər də mürəkkəb deyil. Kişilərin qadınlara baxdığı bəzi məqamla

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

İntim üçün ən uyğun saat - Qadınlarda cinsi istək 23:00, kişilərdə isə

Qadın və kişi münasibətlərində önəmli rol daşıyan amil cinsi münasibətdir.  . Lakin cinsi istəyin saatları qadın və kişilərdə fərqlidir.  .  xəbər verir ki, araşdırmalar nəticəsində qadın və kişilərdə sevişmə üçün ən uyğu

turlar.az

sonxeber.az reseptler gelinlikler qadin dunyasi stil və moda dirnaq ucun maskalar gəlinliklər qəlyanaltı reseptləri kosmetika sirin qogal kahfe fali klitor bayatılar baliq burcu