Gün ərzində tox saxlayan qidalar
1. Çörək Otu
Tərkibindəki yağlar sayəsində gün boyu toxluq hissi yaradır, iştahanı kəsir.
2. Darçın
Şəkər xəstələrinin rahatlıqla istifadə edə biləcəyi qidadır. Gün ərzində qan şəkərini normada saxlayır və aclıq hissini öldürür. Əgər şəkər xəstəsisinizsə və pəhriz saxlayırsınızsa rahatlıqla darçın istifadə edə bilərsiniz. Darçın xolesterolun da səviyyəsini aşağı salır.
3. Kefir
Gün ərzində zərərli içkilər əvəzinə bol-bol kefir içə bilərsiniz. Xüsusliə də, həzm problemi yaşayanlar istədikləri qədər kefir içə bilərlər. Eyni zamanda orqanizmi vitaminlərlə və minerallarla təmin edir.
4. Yaşıl çay
Kilo almağı ləngidir və bədəndəki toksinlərin çıxmasına yardım edir. Bütün pəhrizlərdə yaşıl çay mütləq təklif edilir.
5. Yoqurt
İştahanı azaldır və tərkibində kalsium olduğu üçün çəki itirməyi asanlaşdırır.
6. Yulaf əzməsi
Hər evdə olması lazım olan möcüzəvi bir qidadır. İnsanı uzun müddət tox saxlamaqla, eyni zamanda həzmi də asanlaşdırır. Yoqurtla, südlə istifadə edə bilərsiniz. Hətta yulafla keks, poğaça və s. şirniyyatlar da bişirə bilərsiniz.
7. Badam
Liflə zəngin olan badam eyni zamanda omega-3 mənbəyidir. Yoqurtla və ya tək halda yeyə bilərsiniz.
8. Yumurta
Protein olan yumurta gün boyu sizi tox tutar. Xüsusilə də, səhər yeməyi zamanı tez-tez istifadə edə bilərsiniz. Tək halda yeməyə çətinlik çəkirsinizsə, içərisinə göyərti əlavə edərək kükü bişirə bilərsiniz. Kalorisi olduqca azdır.