Gün vurma zamanı ilk tibbi yardım

Gün vurma zamanı ilk tibbi yardımGün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma, temperaturun 400C və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edlir. Ağır hallarda qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra evə gəldikdə baş verir.
Gün vurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!).
Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoyun. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir üsul - paltarını soyundurub zərərçəkəni soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin temperaturu normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün.
Xəstənin vəziyyəti ağırlaşarsa dərhal "təcli yardım" çağırın!
Huşunu itirdiyi halda zərərçəkənə naşatır spiriti iylətmək, tənəffüs olmadıqda isə sünü tənəffüs vermək tələb olunur.
İsti vurma uzun müddət ərzində havası boğanaq olan otaqda (hamamda, saunada, avtobusda, metroda), qalması zamanı, çölə çıxarkən havaya uyğun olmayaraq çox isti geyindiyi hallarda, çimərlikdə voleybol, futbol və s. oyunlar oynadığı zaman baş verir. Uşaqların və yaşlı adamların orqanizmində istilik mübadiləsi zəif şəkildə tənzimləndiyi üçün isti vurma onlarda daha tez-tez baş verir.
İsti vurma bir çox hallarda qəflətən meydana çıxır: ilk baxışda kifayət qədər sağlam görünən insan birdən birə əzgin olur, onun temperaturu 400 C və daha atıq dərəcəyə yüksəlir, bəzi hallarda qıcolmalar, sayıqlama və hallusinasiyalar (qarabasmalar) qeyd edilir. Xəstənin sifəti əvvəlcə qızarır, sonra isə birdən birə avazıyır. Nəbz sürətlənir, çətinliklə əllənir; tənəffüs səthi olur, bəzən qusma da qeyd edilir.
İsti vurma zamanı ilk tibbi yardım gün vurmada olduğu kimidir. Zərərçəkənin vəziyyəti ağırlaşarsa dərhal "təcli yardım" çağırın və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın.
Diqqət! Çimərlikdə olduğu zaman heç bir halda alkoqol içkiləri qəbul etməyin! Alkoqol orqanizmdə termorequlyasiyanı (istiliyin tənzimi) kəskin şəkildə pozduğu üçün bu istivurmanın səbəbi ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 978   Tarix: 08 iyul 2022
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Gündə 50 qram püstə yeyin - FAYDALARI

Püstə zəngin qida mənbəyidir. Xüsusilə zülal, sağlam yağlar, lif, maqnezium, fosfor və B vitamini ilə zəngindir. Antioksidantlar, digər minerallar və vitaminlər baxımından da əhəmiyyətli bir tərkibə malikdir. -ə istinadə

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Həkim qəbulunda etdiyimiz SƏHVLƏR

Pasiyentlər tez-tez həkim qəbulu zamanı səhvlər edirlər. .   -a istinadən xəbər verir ki, mütəxəssislər pasiyentlərin növbədə olarkən başqalarının söhbətlərini dinləməməyi tövsiyə edir. Həmçinin, başqa bir xəstənin gəlişini

.

Gündə 1 çay qaşığı qəbul edin, cinsi gücünüz artacaq

Cinsi performansı artırmaq üçün təbii üsullara maraq günü-gündən artır.   -a istinadən xəbər verir ki, kimyəvi dəstək əvəzinə qidalanma vərdişlərini dəyişdirərək cinsi sağlamlıq üzərində müsbət təsirlər yaratmaq mümkündür

.

"Allergiyası olanlar bu qidaları yeməsinlər - yeyən uşaqlar

Yaz mövsümündə ən çox rast gəlinən problemlər sırasında allergik xəstəliklər xüsusi yer tutur. Statistik məlumatlara əsasən, hazırda dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Mövsümi allergiya nəticəsind

.

Ürəyi xəstəliklərdən qoruyan 10 qida

Ürək xəstəliyi riski demək olar ki, bütün insanları təhdid edən bir xəstəlikdir. Bu riski azaltmaq üçün idmanla yanaşı istehlak edilən qidalara da diqqət yetirmək lazımdır. "Unikal"a istinadən ürək-damar xəstəliklərində

.

Niyə körpələrə yumurta ağı vermək olmaz? - İshal ola bilər

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən xəbər verir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Fakt budur ki, zülalın tərkibində uşağın mədə-bağırsa

.

DİQQƏT! Yuxusuzluq insanı 4 yaş qocaldır

Araşdırmalara görə, sadəcə iki gecə qeyri-kafi yuxu insanı bir neçə il yaşlı hiss etdirə bilər. .   -a istinadən xəbər verir ki, isveçli psixoloqların fikrincə, insan iki gecə 4 saat yuxu yatdıqda özünü 4 yaşdan daha qoc

.

Məşhur COVID peyvəndinin mənfi təsirləri TƏSDİQLƏNDİ

AstraZeneca şirkəti ilk dəfə məhkəmədə COVID peyvəndinin nadir yan təsirləri ola biləcəyini etiraf edib. .   -a istinadən xəbər verir ki, məsələn, dərman trombositopeniya sindromu ilə tromboz (TTS) sindromunun inkişafın

turlar.az

sonxeber.az həkim məsləhəti hamiləlik adlarin menasi sifahi xalq ədəbiyyatı növləri gözəllik xəbərləri qışa hazırlıq xinayaxdi bayatilari kosmetika mikayıl abdullayev maraqlı qadin saglamlig efsaneler haxista