Günə limonlu su ilə başlamağın bilmədiyimiz faydaları

Günə limonlu su ilə başlamağın bilmədiyimiz faydalarıXalq arasında "gündə bir limon yeyilən evə həkim gəlməz" deyə bir ifadə də mövcuddur. Soyuqdəymə, təzyiqin qalxması zamanı və bir çox yeməklərdə, şirniyyatlarda limonun istifadəsi hər kəsə məlumdur.
Bu dəfə isə hər gün səhər-səhər bir stəkan limonlu su içməyin faydaları haqqında bilmədiklərimizi öyrənək.
Azertag.az bildirir ki, limon suyu həzm sistemini yaxşılaşdırır, ötən gündən qalan lazımsız qida qalıqlarının orqanizmdən xaric edilməsinə yardımçı olur. Bədəndəki mineralları balanslaşdırır.
Limon suyu görmə qabiliyyətini gücləndirir. Tərkibindəki "C" vitamini və antioksidantlar sayəsində gözləri "sarı nöqtə" - makula degenerasiyası və katarakta xəstəliyindən qoruyur.
Cildi yumşaldır. Cildin yumşaqlığı üçün gün ərzində çoxlu su içmənin vacibliyini hər kəs bilir. Limon isə cilddəki qara nöqtə və qırışların qarşısını alır. Limon qaraciyərin ən yaxın dostu sayılır. Toksinlərin orqanizmdən xaric edilməsində qaraciyərin işini asanlaşdırır və zərərli bakteriyaları məhv edir.
Limon orqanizm üçün gərəkli olan kaliumla çox zəngindir. Kalium insan orqanizmində ən çox yayılmış üçüncü mineraldır. İmmunitet sistemini gücləndirir. Hər gün limon suyu içənlərin içməyənlərə nisbətən soyuqdəymə və zökəmə tutulma riski dəfələrlə azdır. C vitamini ilə zəngin olan limon viruslara qarşı ən effektiv müdafiəçi rolunu oynayır.
Metabolizmanı sürətləndirir. Limon suyu təbii yollarla arıqlama vasitəsi kimi ekspertlər tərəfindən təklif olunur. Belə ki, limon aclıq hissini aparır və metabolizmanı sürətləndirir, bədənin pH səviyyəsini tənzimləyir. Hər səhər insanların günə enerji ilə başlamaq üçün qəhvə içmək istəklərini önləyir. Limon stresslə mübarizədə əvəzsiz vasitələrdən sayılır.
Lakin limon suyu hər kəs üçün müsbət təsir göstərməyə bilər. Diabet xəstələri, mədəsində qastrit, xora olan insanlar, aşağı təzyiq və qanazlığından əziyyət çəkənlər üçün əks təsirə səbəb olur. Limonun normadan çox istifadəsi diş əti qanamalarına, təzyiqin, qan şəkərinin sürətlə düşməsinə, diş minasının aşınmasına və nəticədə dişlərin isti-soyuq yeyəcək və içəcəklərə qarşı həssaslığına, böyrəklərdə idrar istehsalının artması ilə orqanizmdən su və natriumun tez-tez xaric olunmasına səbəb olur.

Gözəllik və Moda     Baxılıb: 3109   Tarix: 18 iyul 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Koreyalı qadınların 4 cavanlıq sirri

Koreyalı qadınlara baxanda onların əsl yaşını təxmin etmək çətindir. Bu insanlar həmişə yaşlarından daha cavan görünürlər. Bir çoxu bunun genetika ilə əlaqəli olduğunu düşünür, amma belə deyil. Əsl səbəb odur ki, Asiya qadınlar

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

Gözəl görünmək üçün nələri etməlisiniz?

Saçınızı hər gün yuyun. Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

turlar.az

sonxeber.az geyim necə seçməli donlar 2024 makiyaj instagram tanınmış qadınlar ev dizaynlari yataq otagi usaq sampunlari qadin sayti kosmetika yutube pehriz bayatılarımızda vətən həsrəti masturbasiya uzeyir