Günə xoş əhval-ruhiyyə ilə başlayın!

Günə xoş əhval-ruhiyyə ilə başlayın!Gününüzü müsbət əhval-ruhiyyə ilə başlamaq istəyirsiniz. Bunu sevimli desertinizi şənləndirici rənglərlə bəzəməklə edə bilərsiniz. Səhər yeməyini belə desertlə başlamaq sizə pozetiv enerji verəcək.
Sizə əsas çiyələk lazım olacaq. Düzdür təzə çiyələyi əldə etmək üçün may ayını gözləməlisiniz. Yox əgər "Səhər həzzi"ni indi dadmaq istəyirsinizə hər zaman market və bazarlarda satılan çiyələklərdən də istifadə edə bilərsiniz.

Resept:

Çiyələk – 500 qr

Xama - 500 qr

Yumurta (sarısı) - 4 ədəd

Şəkər tozu - 100-140 qr

Portağal likörü (zövqə görə) -1-2 xörək qaşığı

Peçenye (savoyardi- "qadın barmaqları") – 12 - 18 ədəd

Çiyələk seçilir, yuyulur və suyu çəkilir, saplaqları təmizlənir. Hazır çiyələklər blenderdə xırdalanır, zövqə görə səkər səpilir. Əgər çiyələk çox şirindirsə şəkərsiz də keçinmək olar. Alınmış çiyələk püresinə likör əlavə edin. Ancaq likör əlavə etmək istəmirsinizə, onsuz da keçinmək olar.

Bir neçə giləmeyvəni kənara qoyun, sonra nazik doğrayın. Badələri bəzəmək üçün onlar sizə lazım olacaq. Bu gözəl görüntü üçün lazımdır.

Yumurtaların sarısını ağından ayırın (yumurta ağlarını soyuducuda saxlayıb başqa yeməklər üçün də istifadə edə bilərsiniz). Bəziləri bu desert üçün yumurtanın ağından da istifadə edirlər. Ancaq kerem onsuz daha dadlı olur. Yumurta sarısını şəkərlə qarışdırıb mikserdə bir rəngli kütlə halına düşənə qədər qarışdırın.
Digər bir kasaya xamanı boşaldın, mikserdə yaxşıca qarışdırıb, yumurta sarısını əlavə edin.

Qədəhin dibinə yumurta sarısı ilə qarışdırılmış xamanı əlavə edirik.

Sonra hər qədəhə Savoyardi peçenye dənələrini qoyun (1 qədəhə 1-2 peçenye). Çiyələk puresindən qədəhə tökün. Qədəhin hündürlüyü peçenyenin hündürlüyü ilə eyni olsa daha yaxşı olar. Onda peçenyelər tam şəkildə kremlə əhatə olunacaq və yumşaq olacaq. Pürenin üzərinə 1 qat krem, sonra püre və çiyələk dilimləri əlavə edin. Prosesi 2-3 dəfə təkrarlayın.

Sonra alınmış kütlələri qədəhlə birgə soyuducuda yerləşdirib, 5 saat saxlayın. 6 qədəh desert alınacaq (qədəh 300 ml)

Günə xoş əhval-ruhiyyə ilə başlayın!Günə xoş əhval-ruhiyyə ilə başlayın!Günə xoş əhval-ruhiyyə ilə başlayın!Günə xoş əhval-ruhiyyə ilə başlayın!Günə xoş əhval-ruhiyyə ilə başlayın!Günə xoş əhval-ruhiyyə ilə başlayın!Günə xoş əhval-ruhiyyə ilə başlayın!

Mətbəx   Baxılıb: 710   Tarix: 06 aprel 2015  
f Paylaş




DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti