Hakışta

HakıştaXınayaxdı məclisləri üçün hakıştalar

Ağ dəvə düzdə qaldı hakışta,
Yükü Təbrizdə qaldı hakışta.
Oğlanı dərd apardı hakışta,
Dərmanı qızda qaldı hakışta.

Gülü atdım dənizə hakışta,
Batdı çıxmadı üzə hakışta.
Nolar bizim baxçada hakışta,
Yar gələ bir gün bizə hakışta.

Bir oğlan var biçində hakışta,
Sarı sünbül içində hakışta.
Nolar onu görərdim hakışta,
Bu həftənin içində hakışta.

Dağlar başında lalə hakışta,
Əlində var piyalə hakışta.
Mən səninəm ay oğlan hakışta,
Düşmə özgə xəyala hakışta.

Ağacın adamı var hakışta,
Yedikcə badamı var hakışta.
Hərə bir ağız desin hakışta,
Desinlər adamı var hakışta.

Bir qız gördüm biçində hakışta,
Sarı sünbül içində hakışta.
Burda bir toy olacaq hakışta,
Bu ayın içində hakışta.

Mən aşiq gözlərinə hakışta,
Qoy baxım gözlərinə hakışta.
Canım canına qurban hakışta,
Gözlərim, gözlərinə hakışta.

Bülbül qonubdu gülə hakışta,
Calaq olub gül-gülə hakışta.
Yar gəldi bağçamıza hakışta,
Xəzan gətirdi gülə hakışta.

Ulduz dönüb ay olmaz hakışta,
Yaz getməsə yay olmaz hakışta.
Könül sevən gözələ hakışta,
Gözəllikdə tay olmaz hakışta.

Qızılgül dəstə-dəstə hakışta,
Bülbül qonar gül dəstə hakışta.
Burda bir yar sevmişəm hakışta,
Ala göz, boyu bəstə hakışta.

Sənə qurban ay oğlan hakışta,
Mənə ver sən hay oğlan hakışta.
Gəzdim eli-obanı hakışta,
Yoxdur sənə tay oğlan hakışta.

Qaşların çatan oğlan hakışta,
Köynəyi kətan oğlan hakışta.
Nişanlın apardılar hakışta,
Bixəbər yatan oğlan hakışta.

Əzizim aydın olsun hakışta,
Ay doğsun aydın olsun hakışta.
İki həsrət qovuşdu hakışta,
Gözlərin aydın olsun hakışta.

Dağ başına bar gəldi hakışta,
Demə ahüzar gəldi hakışta.
Qardaşı gözləyirdim hakışta,
Birdə gördüm yar gəldi hakışta.

Girdim bağa nar üçün hakışta,
Heyva dərdim yar üçün hakışta.
Analar qız bəsləmiş hakışta,
İgid oğlanlar üçün hakışta.

Tanrı məni quş eylə hakışta,
Qanadımı gümüş eylə hakışta.
Dar yolda dar küçədə hakışta,
Yarı mənə tuş eylə hakışta.

Mən aşiqəm gün gəlir hakışta,
Ay dolanır gün gəlir hakışta.
Gözlərin aydın olsun hakışta,
Nişanlın bu gün gəlir hakışta.

Bu gün ayın onudur hakışta,
Zərxaradan donudur hakışta.
Qurban olum qardaşa hakışta,
Bu gün onun toyudur hakışta.

Gözəl yaşına gərək hakışta,
Sürmə qaşına gərək hakışta.
Toy günü tumə şalı hakışta,
Örtə başına gərək hakışta.

Bu gəlin özün bilməz hakışta,
Danışar sözün bilməz hakışta.
Suya tək gələn gözəl hakışta,
Çeşmənin sözün bilməz hakışta.

Ay gülü xonçadadı hakışta,
Atları yoncadadı hakışta.
Qurban olum qardaşa hakışta,
Güzgüsü xonçadadı hakışta.

Taley sənə yar olsun hakışta,
Ömrün yaz bahar olsun hakışta.
Könül verdiyin oğlan hakışta,
Sənə tacidar olsun hakışta.

Pəncərənin milləri hakışta,
Açıb qızılgülləri hakışta.
Oğlanı yoldan eylər hakışta,
Qızın şirin dilləri hakışta.

Su gəldi bendə dəydi hakışta,
Kətil kəməndə dəydi hakışta.
Qardaşım bir yar sevib hahışta,
Bütün bu kəndə deydi hakışta.

İydənin hal ləçəyi hakışta,
Ətirlidir çiçəyi hakışta.
Kaş bəxtimə düşəydi hakışta,
Oğlanların göyçəyi hakışta.

Armud ağacı haça hakışta,
Əlim dolaşdı saça hakışta.
İgid ona deyirəm ki, hakışta,
Sevdiyini ala qaça hakışta.

Sular kimi axmaram hakışta,
Başa xına yaxmaram hakışta.
Üzün görsəm bəsimdir hakışta,
Aya, günə baxmaram hakışta.

Həyəti yonca quda hakışta,
Yedik doyunca quda hakışta.
Qızın elindən aldıq hakışta,
Ağla doyunca quda hakışta.

Göydə ulduz olaydım hakışta,
Bəxtəvər qız olaydım hakışta.
Yar qapını döyəndə hakışta,
Evdə yalqız olaydım hakışta.

Yaşım üzümdən gedər hakışta,
Axar gözümdən gedər hakışta.
Çəkməyin oğlan adı hakışta,
Ağlım özümdən gedər hakışta.

Qaşların qarşı- qarşı hakışta,
Gözlərin bostan arxı hakışta.
Hara getsən tez qayıt hakışta,
Bilki, sən qoyma yalqız hakışta.

Dərmişəm şirin narı hakışta,
Şirin deyirlər yarı hakışta.
Hamıdan şirin olur hakışta,
Kiçik qardaşın yarı hakışta.

Qara toyuq hindədi hakışta,
Yumurtası hindədi hakışta.
Gəlnimizin qaş, qələmi hakışta,
Bəyimizin cibindədi hakışta.

Mən aşiqəm gəl bizə hakışta,
Bu gün axşam gəl bizə hakışta.
Qardaşımın toyudu hakışta,
Yığılıbdır el bizə hakışta.

Əmim oğlu biçində hakışta,
Köynəyi tər içində hakışta.
Getdim tərin silməyə hakışta,
Qaldım tikan içində hakışta.

İlana bax illana, hakışta,
İlan göydə fırlanır, hakışta.
An içmişəm qurana hakışta,
Gərək gedəm xuliqana hakışta.:):)

Bibərdən uzun, ay qız hakışta,
Göydə ulduzun ay qız hakışta.
Gəl alım qardaşıma, hakışta,
Olum baldızın ay qız hakışta.

Portağalı soymuşam, hakışta,
Mis üstünə qoymuşam hakışta.
Üç gün idi acıydım hakışta,
Yarı görüb doymuşam hakışta.

Qızıl üzük laxladı hakışta,
Verdim nənəm saxladı hakışta.
Nənəmə qurban olum hakışta,
Yarı qonaq saxladı hakışta.

Qızıl üzük laxladı hakışta,
Verdim anam saxladı hakışta.
Anama qurban olum hakışta,
Məni tez adaxladı hakışta.

Divarın o üzündə hakışta,
Ceyran otar düzündə hakışta.
Bir səhər gəl, bir axşam,
Gözüm qalsın üzündə hakışta.

Samavarım qızıldı hakışta,
Yeddi yerdən sızırdı hakışta.
Mən sevdiyim oğlanın hakışta,
Qabağ dişi qızıldı hakışta.

Al almağın vaxtı var, hakışta,
Şal almağın vaxtı, var hakışta.
Oğlanın adamısız, hakışta,
Aparmağın vaxtı var, hakışta

Maşını yaşıl oğlan hakışta,
Yaman yaraşır oğlan hakışta.
Məhləmizdən keçəndə hakışta,
Qızlar savaşır oğlan hakışta

Al almağa gəlmişik,hakışta,
Şal almağa, gəlmişik hakışta.
Oğlanın adamıyıq, hakışta,
Aparmağa gəlmişik hakışta.

Maraqlı     Baxılıb: 753116   Tarix: 10 iyul 2015
f Paylaş

Oxşar xəbərlər

.

Prezident təqaüdünə layiq görülən tələbələr - ADLAR

Prezident İlham Əliyevin "2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncamına əsasən, bu təqaüdə layiq görülən 102 nəfə

.

AMEA-da nə baş verdi və daha nələr olacaq? – Detallar

Gözlənildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi islahat baş tutdu. Prezidentin fərmanı ilə AMEA-nın 24 institutu, Naxçıvan bölməsinin 2 institutu və bir rəsədxanası, Gəncə bölməsinin 3 institutu və Nəbata

.

Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib - FOTO

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib. R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, onun Azərbaycand

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

Yerin heyrətamiz yeni görüntüsü yayıldı

NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib. Bu barədə Amerikanın Səsi məlumat yayıb. Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasında

.

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir. xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Müsabiqənin vakansiya seçimi mərhələsində vakant yer seçmək imkanı əvvəlc

.

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Bu barədə  -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılmas

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

turlar.az

sonxeber.az geyim dəbləri qadin sayti toy gecesi onkologiya salatlar və qəlyanaltılar qiz usagini acmaq sevgi dünyası kosmetika bedii edebiyyat arxadan olmag irem derici statuslar vetene aid bayati